Cümə, 17 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nazir müavini təyin olunan dəmiryolçu Cavid Qurbanovun vəzifədə işləyən qohumları - Siyahı

Dünən Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin olunan, 30 illik dəmiryolçu Cavid Qurbanovun vəzifədə olan qohumları ilə bağlı jurnalist Həbib Müntəzir məlumat paylaşıb.

AzToday.az xəbər verir ki, şərti olaraq “Kəlbəcər klanı” adlandırılan Cavid Qurbanovun vəzifəli qohumlarının siyahısı:

Vyana Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Eldar qızı Qasımova – Cavid Qurbanovun həyat yoldaşı,

Ədliyyə müşaviri, Baş prokurorluqda Cinayət təqibindən kənar icraat idarəsinin rəis müavini Şəmşir Şəmşirli – Cavid Qurbanovun oğlu,

Abşeron rayon Polis Şöbəsinin rəisi Şəhriyar Şəmşirli – Cavid Qurbanovun qardaşı,

Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin rəisi işləmiş, “Az-Qo” MMC və “Sayalı” MMC şirkətlərinin sahibi, işadamı İlqar Qurbanov – Cavid Qurbanovun qardaşı,

Milli Məclisin deputatı Aqil Məmmədov – Cavid Qurbanovun əmisi oğlu,

Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev – Cavid Qurbanovun qohumu, Aqil Məmmədovun əmisi nəvəsi,

Korrupsiyaya qarşı Baş Mübarizə İdarəsinin prokuroru Nicat Şəmşirov – Cavid Qurbanovun əmisi oğlu,

Xəzər rayonu Yol İstismar İdarəsinin rəisi Cabir Qurbanov – əmisi oğlu

Sumqayıt şəhər Məşğulluq İdarəsində şöbə müdiri Nahid Şəmşirov – Cavid Qurbanovun əmisi oğlu,

Kəlbəcərin Ağdaban kənd icra nümayəndəsi Murad Qurbanov – Cavid Qurbanovun əmisi oğlu,

Nəqliyyatda Baş Polis İdarəsində yüksək vəzifədə çalışan Əkbər Şəmşirli – Cavid Qurbanovun qardaşı oğlu,

Yevlax Rayonu, Kolanı kəndində Quşçuluq firmasının rəhbəri Fərhad Şabər oğlu Qurbanov – Cavid Qurbanovun əmisi oğlu,

Azərbaycan Dəmir Yolları” QSC-nin həkim-sanitar xidmətinin rəisi Adil Şükürov – Cavid Qurbanovun yaxın qohumu,

“KDY logistics” adlı dəmir yolu ilə yük daşımaları şirkətinin rəhbəri Qalib Məmmədov – Cavid Qurbanovun qohumu.

Prezident yanında Dövlət İdarəçilik Akademiyasında “Dövlət və bələdiyyə idarəetməsi” ixtisasını qiyabi oxuyan, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov – Cavid Qurbanovun yaxın adamı, qohumuq əlaqələri olduğu da deyilir,

Dağıstanın Yujdağ İnstitutunun Hüquq fakültəsi diplomu ilə Bakı Apellyasiya Məhkəməsinin hakimi olmuş Xəyalə Cəmilova, kəlbəcərli şair Adil Cəmilin qızı – Cavid Qurbanovun yaxın adamı,

Parlamentin deputatı Jalə Əliyeva – Cavid Qurbanovun kurasiyasında olan deputatlardan biri,

Vəsilə Abdulova – Cavid Qurbanovun himayəsində olan “TOPAZ”- qumar biznesinə rəhbərlik edən şəxs,

Kəlbəcər rayon 2 saylı orta məktəbin direktoru Azad Əsgərov – Cavid Qurbanovun qohumu.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Deputatın 64 yaşlı qudası 11 nəfəri işə düzəltmək adı ilə aldadıb

Qətlə yetirilən tələbə barədə detallar: Könül sonuncu telefon danışığını kiminlə edib? - Video

Məktəb direktorunun müavininin qətli törətdikdən sonra meyiti basdırdığı ərazidən görüntülər

Bakıda 15 yaşlı qız özünü binadan atdı: Hadisə yerindən görüntülər - Video

Zümrüd cin atına mindi: “Murdarsınız, sizə yazığım gəlir”

Azərbaycanlı deputat ziyafətdə mahnı oxudu - Video

Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - Yenilənib

Zelenski: “Rusiyanı ədalətli sülhə məcbur etməliyik”

Prezident İlham Əliyev və Aleksandr Lukaşenko mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib

XİN-in idarə rəisi BƏƏ səfiri ilə iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edib

Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub

Ən çox oxunanalar