Çərşənbə, 28 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nazir: Gələn həftələrdən bağçalar isti qida ilə təmin olunacaq

Hazırda məktəbəqədər təhsil müəssisələrində uşaqların qidalanması 1994-cü ilin normativi ilə tənzimlənir...

PİA.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bildirib. Onun sözlərinə görə, hazırda bu normativ dəyişdirilməsi üzərində iş görülür:

“Bu normativ kifayət qədər köhnədir və müəyyən mənada vaxtı keçmiş sənəddir. İndiki normativdə ayrı-ayrı qida növləri və qarşısında qramı yazılıb. Məsələn, bir uşaq gün ərzində neçə qram süd içməlidir, meyvə və tərəvəz, ağ çörək, qara çörək və s. yeməlidir. O siyahıya baxsaq görəcəksiz ki, orada olan qidaların bəziləri bu gün ümumiyyətlə bazarda yoxdur. Məsələn, ikinci növ buğda unu yoxdur. Bizim yanaşmamız isə budur ki, bu, qida növləri ilə yox, kalori ilə tənzimlənməlidir. Hazırda mütəxəssislərin də cəlb olunması ilə bu standartların ilkin versiyası hazırlanıb. Növbəti həftələrdən 50-yə qədər bağça – yavaş-yavaş o say 100-ə qaldırılacaq – isti yeməklə təmin olunacaq. Bu halda şəffaflıq da artacaq. Çünki indiki halda monitorinqdə bir-bir gedib hər uşağa neçə qram kartof düşdüyünü ölçə bilmərik, bu, qeyri-mümkündür. Ona görə də orada kifayət qədər suallar və problemlər yarana bilir. Amma isti qidanı ölçmək asandır”.

pia.az


Etiket: bağça qida


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qadınlar həmişə bu bürcün kişilərinə aşiq olurlar - Yaxşı hipnoz edirlər

Neftçalada su idarəsinin vəzifəli əməkdaşına çirkli su içirdilər — Video

Azərbaycanda bankların adından fişinq cəhdləri həyata keçirilir

Bakıda bu səfərbərlik idarəsinin rəisi işdən çıxarıldı

Ramil Səfərovun həyat yoldaşı, BDU rektorunun müşaviri... – Ağdamda xanım namizəd qalib gələcək?

Necə edək ki, evdə olmayanda elektrik sayğacı pul yazmasın?

Hümbət Hüseynov rəqibini sıxışdırmağa başlayıb - Pulunun gücü ilə

Bu proqramla telefonunuzda kart hesablarınızı oğurlayırlar

Ukraynanın Kurskdakı uğurunun əsas səbəbi - PUA hücumları...

Yaxın zamanda bu bürcləri xoş xəbərlər gözləyir

Ən çox oxunanalar