Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nazir: “Azərbaycan Ordusunun Naxçıvanda keçirdiyi uğurlu hərbi əməliyyatların detallarını açıqlaya bilmərəm”

“Ötən il Naxçıvanda keçirilən hərbi əməliyyatlara Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev yüksək səviyyədə qiymət verib. Bir çox hallarda məxfiliyi qorumağa çalışırıq. Ona görə də Naxçıvan əməliyyatının detallarının hamısını danışmaq olmur”

Bunu Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov deyib.

Nazirin sözlərinə görə, həmin əməliyyatlarda Əlahiddə Ümumqoşun Ordusu əsgərindən tutmuş komandanına kimi yüksək peşəkarlıq nümayiş etdirib: “Onlar əməliyyatı elə peşəkarlıqla həyata keçirdilər ki, qarşı tərəf dərk etmirdi ki, nə baş verir? Bəlkə də axıra qədər dərk edə bilməyiblər. İndi də öz uğursuzluqlarını, məğlubiyyətlərini ört-basdır etməyə çalışırlar. Bu isə onların problemidir. Ümumiyyətlə, hərbiçilər arasında söz davası aparmağın tərəfdarı deyiləm. Dəfələrlə demişəm, hərbçilər döyüş meydanında sözünü deyir. Bəzilərinin hərbi biliyi, bacarığı yoxdur və deyirlər ki, orada top atılmadı, döyüş aparılmadı... Əksinə, yüksək peşəkarlıqlı komandirlər bəzi əməliyyatları elə həyata keçirirlər ki, böyük atışmaya ehtiyac olmur”.

Z.Həsənov Azərbaycan Ordusunun uğurla yeni tarix yazdığını vurğulayıb: “Dünyada gedən döyüşləri izləyirik, müsbət və ya mənfi tərəflərini təhlil edirik. Müsbət tərəflərini ordumuzda tətbiq edirik. 2016-cı ildə də hər şeyi xırdalığına qədər təhlil etdik, hansı təhdidlərlə üzləşdik, hansı çətinliklər qarşımıza çıxdı və sair. Problemlərin aradan qaldırılması üçün planlar cızdıq, Prezident İlham Əliyevə məruzə etdik. Bu məsələlərin içində yeni avadanlıq, silah alınması məsələsi də vardı. Prezident İlham Əliyev bu məsələyə diqqətlə yanaşdı, problemlərin əksəriyyəti həll edildi”.

Qeyd edək ki, 1992-ci ildə erməni silahlı birləşmələri tərəfindən işğal edilən Şərur rayonunun Günnüt kəndi ötən ilin iyul ayında Azərbaycan Ordusunun nəzarəti altına keçib. Kənd 26 ildən sonra işğaldan azad olunub.(Report)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

"Bakı marafonu 2023"ün qalibi: Hər şey mənim üçün asan oldu

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

Ən çox oxunanalar