Cümə, 17 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Naxçıvanda müəllimlərin məktəbin internetindən istifadəsinə qadağa qoyulmasının səbəbi açıqlanıb

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Şahbuz rayon Külüs kənd tam orta məktəbində müəllimlərin məktəbə aid internetdən istifadəsinə qadağa qoyulması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Nazirlikdən "Report"un yerli bürosuna verilən məlumatda bildirilib ki, Şahbuz Rayon Rabitə İdarəsi ilə bağlanmış müqaviləyə əsasən sözügedən məktəbə 2.5 meqabit internet verilir: "İnternetdən məktəb tərəfindən üç elektron lövhə və kompüter otağında olan kompüterlərdən tədris prosesinə uyğun olaraq istifadə olunur. Həmin internetdən müəllimlər şəxsi məqsədləri üçün istifadə etdikdə isə internetin sürəti aşağı düşür. Bu da tədrisdə müəyyən çətinliklər yaradır. Həmçinin müəllimlərin şəxsi məqsədlər üçün internetlə təmin olunması ilə bağlı məktəbin heç bir öhdəliyi yoxdur".

Qeyd olunub ki, məktəbdə tədris elektron lövhəli otaqlarda qrafikə əsasən, kompüter otaqlarında isə dərs cədvəlinə uyğun olaraq aparılır: "Həmin qrafikdə və dərs cədvəlində nəzərdə tutulmuş tədris saatlarından kənar vaxtlarda müəllimlər öz şəxsi inkişafları üçün məktəbin elektron lövhələrindən və kompüterlərindən istifadə edirlər. Bunun üçün də peqaqoji heyətə heç bir məhdudiyyət qoyulmur. Külüs kəndində mobil internetdən istifadə ilə bağlı problemə gəldikdə, akinlər müvafiq operatorlardan istifadə etməklə 4G şəbəkəsi ilə internetə qoşula bilirlər".

Məlumatda məktəbdə suyun olmaması ilə bağlı yayılanların da həqiqəti əks etdirmədiyi vurğulanıb: "Hazırda məktəbdə su ilə bağlı heç bir problem yoxdur və digər vasitələrdən istifadə olunmaqla müvəqqəti olaraq məktəbə su çəkilib. Məktəbin artezian quyusunun avadanlığında olan nasazlıqla bağlı məlumat aidiyyəti qurumlara göndərilib. Yaxın müddət ərzində artezian quyusunda təmir işləri aparılacaq".

Poliqon.info 


Etiket: İnternet


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda bu ərazilərdə torpağın sotu 500 min manata satılır

Azərbaycanda tüğyan edən saxta “endirim minnətinə” qarşı necə mübarizə aparmaq olar?

Deputatın 64 yaşlı qudası 11 nəfəri işə düzəltmək adı ilə aldadıb

Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - Yenilənib

Lənkəranda itkin düşmüş 22 yaşlı qadının boğularaq öldürüldüyü müəyyən olunub, tanışı tutulub

Türkiyədə hələ də dövlət çevrilişi edə biləcək qurumlar və güc mərkəzləri mövcuddur?

Qətlə yetirilən tələbə barədə detallar: Könül sonuncu telefon danışığını kiminlə edib? - Video

Bakıda evi satan kirayənişin ölkədən qaçıb - Rəsmi

Paşinyan: Ermənistan sərhədçiləri artıq 10 gündür ki, Bağanis-Voskepar ərazisində xidmət aparır

Bakıda tıxacın aradan qaldırılması məqsədilə yeddi layihə icra olunacaq

Dövlət sərhədini pozmağa cəhd göstərən 10 nəfər saxlanılıb

Ən çox oxunanalar