Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Naxçıvan Qarnizonu Qoşunlarının təlimi başa çatıb - Video

“Naxçıvan Qarnizonu Qoşunlarının 2020-ci tədris ilinə uzlaşma planı”na əsasən bir neçə birləşmə və hissənin cəlb edilməsi ilə keçirilən komanda-qərargah təlimi başa çatıb...

PİA.az xəbər verir ki, təlimin gedişində birləşmə və hissələrin səfərbərlik ehtiyatları ilə komplektləşdirilməsi üçün şəxsi heyətin qəbulu məntəqələri açılaraq xüsusi ixtisaslar üzrə çağırılmış heyətin praktiki qəbulu həyata keçirilib.

Mobil, stasionar və dayaq rabitə qovşaqlarının, retranslyasiya məntəqələrinin kompleks tətbiqi ilə ordunun geniş şaxəli səhra rabitə sistemi qurularaq idarəetmə məntəqələri arasında bütün növ informasiya mübadiləsi təmin edilib.

Mürəkkəb relyefli qarlı ərazidə ayrı-ayrı istiqamətlərdə düzünə tuşlamaya çıxarılan tank bölmələrinin və birinci eşelondakı zenit qurğularının atışı ilə düşmənə uzaq hüdudlarda atəş zərbələri endirilib.

Gecə ərzində bölmələrimiz şərti düşmənin hücumlarını dəf etsə də müəyyən istiqamətlərdə bölük dayaq məntəqələri dərinliyinə irəliləmə imkanı əldə edən düşmənin məhv edilməsi üçün raket-artilleriya və hava hücumundan müdafiə bölmələrinin dəstəyi ilə mexanikləşdirilmiş və motoatıcı bölmələr tərkibindən yaradılmış taktiki qruplar əks həmləyə keçərək itirilmiş vəziyyəti əlverişli hüdudlarda bərpa edib.

Zirehli texnikaları tankəleyhinə bölmələrimiz tərəfindən məhv edilən düşmənin nizamlı şəkildə geri çəkilməsinə imkan verilmədən ərazinin hakim yüksəkliklərinə taktiki desant endirilib.

Aviasiya bölmələri tərəfindən artilleriya divizionunun atəş mövqeyinə və komanda məntəqələrinin açılma rayonuna aviazərbələr praktiki uçuşla təqlid edilib. Hava hücumundan müdafiə bölmələri aviatexnikaların və pilotsuz uçuş aparatlarının uçuşlarının aşkarlanması, izlənməsi və məhv edilməsi üzrə praktiki fəaliyyət göstərib, daşınan zenit raket komplekslərindən atışlar icra ediblər.

Düşmən hücumlarını digər istiqamətlərdə dəf edən bölmələrə atəş dəstəyinin gücləndirilməsi üçün ağır yükdaşıma vasitələri ilə tank bölmələrinin bir istiqamətdən digərinə daşınması həyata keçirilib.

Ərazidə açılmış səyyar tibb qrupunun peşəkar tibb personalı döyüş meydanında yaralılara ilkin tibbi yardım göstərərək təxliyəsini təşkil ediblər.

Komanda-qərargah təliminin sonuncu mərhələsində Naxçıvan Qarnizonunun Simulyasiya Mərkəzində birləşmə və hissələrin fəaliyyəti, qərarların və hesablamaların reallığı kompüterlər üzərində keçirilən təlimdə qiymətləndirilib.

Təlimin yekunu keçirilən zaman bildirilib ki, təlimdə məhdudgörmə şəraitində tapşırıqların yerinə yetirilməsinin operativliyi və səmərəliliyi, qarşılıqlı fəaliyyətin və hərtərəfli təminatın təşkili, silah və döyüş texnikasının gecə vaxtı tətbiqi uğurla həyata keçirilib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək

Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı qərar verdi

Qətlə görə saxlanılan direktor müavini imiş - Yenilənib, Foto

Sabirabadda dəfn olundu, Bakıda televizor alanda tutuldu

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Ceyhun Bayramovla ATƏT sədri arasında görüş keçirilib - Yenilənib

Putin Peskovla bağlı qərarını açıqladı - Foto

Köç karvanı Şuşaya çatıb, açarlar sakinlərə təqdim edilib - Yenilənib 

Baş nazirdən həqiqi hərbi xidmətə çağırışla bağlı qərar

Natiq Miri: Hər tərəfdə kim nə düşünürsə düşünsün, Azərbaycana möhtacdırlar...

Ən çox oxunanalar