Çərşənbə axşamı, 10 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Navalnı Putinin təhlükəszilik xidməti rəisinin duel çağrışını qəbul etdi 

Müxalifət lideri federal telekanalın canlı efirini istəyir

Rusiya müxalifətinin lideri Aleksei Navalnı Rusiya Milli Qvardiyası başçısının “duel” çağırışını qəbul etdiyini bildirib və bu duelin yeri kimi Rusiyanın dövlət telekanallarından birinin canlı efirini təklif edib.

Oktyabrın 18-də bir az məzəli, amma kifayət qədər kəskin videomüraciətində Navalnı Rosqvardiyanın direktoru Viktor Zolotova təşəkkür edib. Navalnının bu müraciətindən əvvəl keçmiş poladəridən və Vladimir Putinin uzun müddət təhlükəsizlik xidmətinin başçısı olmuş Zolotov rəsmi hərbi geyimdə çəkildiyi videoda müxalifət liderini duelə çağırmış, onu xurd-xəşil edəcəyi ilə hədələmişdi.

Həmin vaxt Navalnı dəmir barmaqlıqlar arxasında idi. O təşkil etdiyi etiraz aksiyaları ilə bağlı artıq neçənci dəfə idi ki, həbs olunmuşdu. İndi isə Navalnı özünün yazdığı videoda deyir: “Mən sizin çağırışınızı qəbul edir və bizim duelimizin yeri kimi dövlət telekanalının canlı efirində debat təklifi edirəm. Bizim duelimiz 1-ci, 2-ci və ya hər hansı federal telekanalda olacaq”.

Navalnının bu videosunda habelə “Ulduz Müharibələri” filminin qəhrəmanlarının obrazlarından, Miki Mous və mərhum təkbətək döyüş ulduzu Brus Linin görüntülərindən istifadə olunub. Navalnı Zolotova cavab üçün bir həftə vaxt verib.

Navalnı Zolotovu və Putin administrasiyasını dəfələrlə tənqid edib. O bildirıb ki, Zolotovun duel çağırışı Rusiyada qeyri-adekvat və divanə adamların hakimiyyətdə olduğunu isbat edir. Navalnı bildirir ki, Zolotov və Putin Rusiyanı banan respublikasına çeviriblər.

Navalny öz tənqidi videolarında MoskvaRusiyanın başqa regionlarında Zolotov və onun ailə üzvlərinə məxsus olduğu iddia edilən imarətlərin görüntülərini verib. Navalnı bu mülklərin oğurluq pulla alındığını iddia edir.

Buna cavab olaraq sentyabrda yaydığı videoda Zolotov Navalnı və Putinin başqa tənqidçilərinin çürümüş, paslanmış və aşılanmış adamlar olduğunu söyləmişdi. O iddia edirdi ki, bu adamlar üçün vətən anlayışı yoxdur.

Zolotov videoda deyirdi: “Mən sadəcə olaraq səni rinqdə, cüdo tatamisi üzərində və ya hər hansı başqa yerdə duelə çağırıram”. Navalnının cavab videosuna Milli Qvardiya rəhbərinin münasibəti hələlik məlum deyil.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Masajda ölən iki yaşlı uşağın atası: "Prosedur zamanı şoka düşdü" - Yenilənib

Əməkdar jurnalist telekanala rəhbər təyin olundu - Foto

Məşhur karate ustasının həbsi ilə bağlı yeni detallar: "Yeniyetmə qızlara porno göstərib"

Yeni qaydalar gənc hərbiçilərin mənzillə təmin olunmasında nə qədər rol oynayacaq?

Azərbaycanda onlayn oyunlara qurşanan tələbə yoxa çıxdı

Süni bahalaşmaya son qoyulur: Cəza tədbirləri başladı

Ucarda qaçırılan 16 yaşlı qız niyə geri qayıtmaq istəmir?

Ərəstun Oruclu: İran bütün hədəflərini, məqsədlərini Rusiya ilə bağlamaq istəmir...

Vilayət Eyvazov Xankəndiyə yeni rəis təyin etdi

Politoloq: Ermənistanın Konstitusiya Məhkəməsi sənədə “veto” qoya bilər...

Ən çox oxunanalar