Bazar ertəsi, 19 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Natiq Miri: Putinin Bakıya səfəri Azərbaycanın mövqeyini, gücünü göstərən amildir...

Vladimir Putinin Azərbaycana səfəri elan olunduqdan sonra Rusiya sosial şəbəkələrində Azərbaycana qarşı faşist və şovinist zehniyyətdən doğan bir təbliğat başladı...

Politoloq: “Rusiyada toplumun şovinist, imperiyapərst kəsiminin rəyini, maraqlarını dövlət və konkret siyasi elita maraqları ilə qətiyyən eyniləşdirmək olmaz”.

“Nəzərə alınmalıdır ki, sosial mediada müəyyən şovinist, millətçi adı altında fəaliyyət göstərən bir çox profillər əslində reallıqda üzünü gizlədənlərdir. Bu üzünü gizlənənlər konkret şəbəkələr vasitəsilə yaradılmış və idarə olunan bir mexanizmdir. Əmin olun ki, bunların içərisində çoxlu sayda ermənilər də var”.

Bu sözləri politoloq Natiq Miri Putinin səfərinin elan edilməsindən sonra Rusiya sosial şəbəkələrində Azərbaycana qarşı faşist və şovinist zehniyyətdən doğan bir təbliğatın başlamasını Poliqon-a şərh edərkən qeyd edib.

Vladimir Putinin Azərbaycana səfəri elan olunduqdan sonra Rusiya sosial şəbəkələrində Azərbaycana qarşı faşist və şovinist zehniyyətdən doğan bir təbliğat başladı. Bu təbliğat dövlət səviyyəsində olmasa da, sıravi rusların Azərbaycana qarşı nə düşündüklərini ortaya qoydu və açığı bu yanaşma Azərbaycan üçün heç də ürəkaçıcı deyil. Bu səslər Rusiya ictimaiyyətini təmsil etməsə də, özlərinə patriot deyən kəsimin mövqeyi olaraq ortaya çıxmaqdadır.

Bəs, Kremlin və Rusiya hakim elitasının Azərbaycana yanaşması bu kəsimin yanaşmasından nə qədər fərqlənir?

Mövzunu Poliqon-un əməkdaşı Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri ilə müzakirə edib.

Natiq Miri: “Əgər indiki həssas məqamda gözlənilmədən Rusiya prezidenti Azərbaycana səfər edirsə, demək ki, bu dövlətin Azərbaycana çox böyük ehtiyacı yaranıb”.

Bu şəbəkənin, bu zehniyyətin düşüncəsinin dəyişmədiyini vurğulayan politoloq Poliqon-a bildirib ki, onlar hər zaman bütün etnosları öz imperiya xisləti altında əzməyə və guya ruslara xidmət etməyə çağıran, bunu diqtə edən bir zehniyyətə malikdirlər:

Rusiyada toplumun şovinist, imperiyapərst kəsiminin rəyini, maraqlarını dövlət və konkret siyasi elita maraqları ilə qətiyyən eyniləşdirmək olmaz. Çünki dövlət konkret dövlətin təhlükəsizliyi kontekstində, yəni bütün sahələr üzrə öz maraqlarını ifadə edən bir siyasət yürütməyə meyillidir. Bu da doğru addımdır, çünki bu hər bir dövlətə məxsus davranışdır. Ancaq konkret bir zümrə, xüsusilə də irqi, eyni zamanda millətçiliyi öndə tutan bir zehniyyət əlbəttə, özlərindən, yəni ruslardan başqa kimsəni qəbul etmirlər. Buna görə də, müxtəlif fikirlərlə həmin etnosu aşağılamaq və bu aşağılamaqla rusların daha üstün olduğunu biruzə vermək istəyirlər. Bu məsələnin birinci tərəfidir.

Digər tərəfdən isə nəzərə alınmalıdır ki, sosial mediada müəyyən şovinist, millətçi adı altında fəaliyyət göstərən bir çox profillər əslində reallıqda üzünü gizlədənlərdir. Bu üzünü gizlənənlər konkret şəbəkələr vasitəsilə yaradılmış və idarə olunan bir mexanizmdir. Əmin olun ki, bunların içərisində çoxlu sayda ermənilər də var. Çünki Vladimir Putinin indiki həssas məqamda qəfildən Azərbaycana səfər etməsi əlbəttə, bir çox başları qarışdırıb. Eyni zamanda Ermənistanda çox böyük narahatlıqlara səbəb olub. Ermənistanın havadarı kimi çıxış edən bir çox Qərb ölkələrində müəyyən əndişələrə səbəb olub.

Burada hər bir hərəkət çox diqqətlə izlənilir və izləniləcək də. Hər bir kəlmə təhlil olunacaq. Buna görə də, bu cür reaksiya əslində narahatlıqdan irəli gələn məsələdir. Buna görə də, dövlət və siyasi elita ilə şovinist qruplaşma və yaxuddakı konkret korporativ maraqlara xidmət edən müəyyən şəbəkələrin bu cür açıqlamalarını mən eyniləşdirməzdim. Bunlar fərqli məsələlərdir. Ciddiliyi etibarilə də fərqlidirlər. Biri konkret dövlətin maraqlarına xidmət edirsə, bu maraqlar qısa və uzun müddətdə dəyişə bilər.

Natiq Miri: “Bu Azərbaycanın mövqeyini, gücünü göstərən amildir. Əks təqdirdə, indiki vəziyyətdə Putinin Azərbaycanda nə işi var idi?”.

Bu konteksdə siyasət də dəyişir. Ancaq bu şəbəkənin, bu zehniyyətin düşüncəsi dəyişmir. Çünki onlar hər zaman bütün etnosları öz imperiya xisləti altında əzməyə və guya ruslara xidmət etməyə çağıran, buna diqtə edən bir zehniyyətə malikdirlər. Bu da dəyişmir və heç bir zaman da dəyişməyəcək. Bu təxəyyül xəstə təxəyyüldür və bunu müalicə etmək üçün bu insanlar qətiyyən çalışmırlar. Çünki onların özlərinin qəbul etdiyi yeganə gerçək və “həqiqət” budur.

Buna görə də, müəyyən qıcıqlar, bu cür reaksiyalar olacaq və bunu əlbəttə, dövlət maraqları ilə eyniləşdirmək lazım deyil. Çünki əgər indiki həssas məqamda gözlənilmədən Rusiya prezidenti Azərbaycana səfər edirsə, demək ki, bu dövlətin Azərbaycana çox böyük ehtiyacı yaranıb. Eyni zamanda, bu ehtiyac kontekstində bir çox məsələləri həll edə biləcək səviyyədə Azərbaycan əhəmiyyətli mövqeyə malikdir. Yəni bu Azərbaycanın mövqeyini, gücünü göstərən amildir. Əks təqdirdə, indiki vəziyyətdə Putinin Azərbaycanda nə işi var idi? Demək ki, ehtiyac var. Buna görə də, bir dövlət, o cümlədən Rusiya dövləti və prezidenti də bu ehtiyaclar kontekstində məsələlərə baxır”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva evlərində Rusiya Prezidenti Vladimir Putinlə şam ediblər

Qardaşının hesabına Milli Məclisdə lövbər salan deputat...

Rusiya Prezidentinin Azərbaycana səfəri başlayıb

Malik Həsənov Lotu Qulinin öldürüldüyü hoteli satıb?

Bakının 8 rayonu və Abşeronda iki gün su olmayacaq

Deputatlığa namizəd Əlibala Məhərrəmzadənin bu çıxışı dindarları qəzəbləndirdi - Video

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutuldu

Sevgi münasibətlərində birinci kim üzr istəməlidir? – Psixoloq danışdı

Maliyyəçi Elnur Rəhimovu “Bakı Tikiş Evi”ndən parlamentə kim və necə daşıyır?..

Ən çox oxunanalar