Cümə axşamı, 18 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Narkoloji Mərkəzdə yanğın törətməkdə təqsirləndirilən şəxsin kürəkəni ifadə verib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Narkoloji Mərkəzdə baş verən yanğınla bağlı həbs edilənlər – Mərkəzin direktoru Telman Məmmədhəsənov, Mərkəzin təhlükəsizliyi üzrə mühəndisi, yanğın təhlükəsizliyinə cavabdeh şəxs Mahir Abdullayev, yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədov və onun həkimi, şöbə müdiri Afət Məmmədovanın məhkəmə iclası davam etdirilib

Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Nizami Ağayev ifadə verib.

O, təqsirləndirilən M.Məmmədovun kürəkəni olduğunu bildirib: “Qayınatam 10 ilə yaxındır Mərkəzdə müalicə alıb. Mən bunların ailə işlərinə qarışmırdım, müdaxiə etmirdim. Bildiyim qədər Məhəmməd Məmmədov içki içdiyi üçün Mərkəzə aparılıb. İstintaq dövründə bildim ki, yanğını qayınatam törədib. O, Mərkəzdə müalicə olunan zaman yalnız bir dəfə getmişəm. Qaynım Vahidlə ünsiyyətim var. O, atasının yanına həftədə bir dəfə gedirdi. Vahid arada deyirdi ki, Mərkəzin yanında olan mağazaya bir-iki dəfə pul verib. Həmin pul da atasına çatıb”.

N.Ağayev qeyd edib ki, qayınatasının yanına Mərkəzə gedən zaman ona siqaret alıb: “Məhəmməd Məmmədov içkili olanda mənim özümü də söyürdü. Mərkəzdə yatanda arada evə zəng edib uşaqları soruşurdu. Yanğından sonra onu görməmişəm. Həyat yoldaşım atasının Mərkəzi yandırmasına da inanmır”.

Məhkəmənin növbəti iclası oktyabrın 30-na təyin edilib.

Qeyd edək ki, bu il martın 2-də Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzində çoxsaylı insan tələfatı ilə nəticələnən yanğın baş verib.

Xatırladaq ki, şöbə müdiri Azad Ələkbərovun səhhətində problemlər olduğundan onun cinayət işi ayrıca icraata ayrılıb. O daha sonra dünyasını dəyişib.(Report)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Birlikdə özlərini meşədə asan boşanmış qadının və 11 yaş kiçik sevgilisinin fotoları - Video, Yenilənib

YAP İdarə Heyətinin iclası bitib, bütün seçki dairələrindən namizədlər irəli sürülüb - Yenilənib

Bu deputatların da adı YAP-ın siyahısında yoxdur 

YAP-ın deputatlığa namizədləri açıqlanıb – Siyahı

Benzinə görə bu maşınların qiyməti dəyişdi - Maşın bazarında son vəziyyət

Prezident Cəbrayıl, Qubadlı və Zəngilandakı xüsusi nümayəndəsinə müavin təyin edib

Bayden prezidentlik yarışından geri çəkiləcəyini istisna etməyib

Sabir Rüstəmxanlı və İqbal Ağazadə deputatlığa namizədliyini verməyəcək

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməliyyat qurumları 25 şəxsi cinayət başında yaxalayıb

"Birləşdik - 2024" beynəlxalq təlimi başa çatıb - Yenilənib

Ən çox oxunanalar