Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Nar” Qarabağda şəbəkə əhatəsini genişləndirir

“Nar” Qarabağ iqtisadi zonasının bütün şəhərlərində şəbəkə xidmətlərinin genişləndirilməsini davam etdirir. Bu təşəbbüs “Nar”-ın regionlarda abunəçilərə kəsintisiz və sərfəli mobil xidmətlər təqdim etmək öhdəliyini nümayiş etdirir...

Ümumilikdə, “Nar” Qarabağ iqtisadi zonasında 100-dən çox baza stansiyasını uğurla inşa edərək istismara verib. Bununla da, Şuşa, Xankəndi, Zəngilan, Cəbrayıl, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd, Füzuli, TərtərAğdam abunəçiləri üçün etibarlı şəbəkə əhatəsindən faydalanmanı təmin edib. Həmçinin, “Nar” Laçın şəhərində satış və xidmət mağazasını təqdim edən ilk mobil operator olub.

Geniş şəbəkə infrastrukturunun inkişafı çərçivəsində “Nar” 2023-cü ildə önəmli nailiyyətlər əldə edib. Mobil operator hazırda ölkə üzrə 98,5% ərazi, 99,71% əhali əhatəsi ilə artan abunəçi bazasına sərfəli və yüksək keyfiyyətli mobil xidmətlər təqdim etməyə davam edir.

2024-cü ildə “Nar” öz şəbəkə infrastrukturunu daha da gücləndirmək planı çərçivəsində Qarabağ iqtisadi zonasının müxtəlif qəsəbə və kəndləri də daxil olmaqla, bütün ölkə ər “Nar”azisində baza stansiyası inşasını davam etdirməyi və abunəçiləri üçün daha əhatəli və etibarlı mobil təcrübə təmin etməyi planlaşdırır.

Hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

Poliqon.info


Etiket: “Nar”


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Dəhşətli qəzada həlak olan qazinin görüntüsü - Yenilənib,Video,Foto

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək

Deputat: “Uşağı əməliyyatla dünyaya gətirirlər, bunun nəyi analıqdır?!” - Video

Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı qərar verdi

AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib

Qətlə görə saxlanılan direktor müavini imiş - Yenilənib, Foto

Sabirabadda dəfn olundu, Bakıda televizor alanda tutuldu

Putin Peskovla bağlı qərarını açıqladı - Foto

Ceyhun Bayramovla ATƏT sədri arasında görüş keçirilib - Yenilənib

Ən çox oxunanalar