Çərşənbə axşamı, 21 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Naqif Həmzəyev: "Kiber təhlükəsizlik sahəsində görüləcək işlərimiz çoxdur"

"Rəqəmsal texnologiya, dövlət senzurası və dövlət səviyyəsində təkmilləşdirilmiş kiber təhlükəsizlik sahəsində görüləcək işlərimiz hələlik çoxdur. Yaşadığımız rəqabət və dinamik bir dövrdə internetin idarə edilməsi insanların təhlükəsizliyinin təmin edilməsi baxımından da böyük əhəmiyyət daşıyır"

Bunu Avropa Şurasında Azərbaycan nümayəndə heyətinin üzvü, deputat Naqif Həmzəyev AŞPA-nın qış sessiyasında “İnternetin idarə edilməsi və insan hüquqları“ üzrə hesabatın müzakirəsi zamanı deyib.

Deputat qeyd edib ki, bu hesabat internetin bir sıra insan hüquqlarının həyata keçirilməsi, bərabərsizliyə qarşı mübarizə və insan inkişafının sürətləndirilməsində əvəzolunmaz rolunu təsdiq edir.

N.Həmzəyev Avropa Xalq Partiyası qrupunun üzvü, estoniyalı deputat Andres Herkelin “İqtisadi və sosial, ticarət, maliyyə, innovasiya, səfərbərlik və digər sahələrdə nailiyyətlərin əldə edilməsində, azadlıqların həyata keçirilməsi və insan inkişafının bütün sahələrində internet geniş potensiala malikdir. Universal istifadənin təmin edilməsi hamımız üçün prioritet məsələlərdən olmalıdır", - deyə söylədiyi fikirlərlə razı olduğunu və bu konteksdə də internetin informasiya mənbəyi kimi çox vacib olduğunu bildirib.

"Bütün səylərimizə baxmayaraq, rəqəmsal texnologiya, dövlət senzurası və dövlət səviyyəsində təkmilləşdirilmiş kiber təhlükəsizlik sahəsində görüləcək işlərimiz hələlik çoxdur. Yaşadığımız rəqabət və dinamik bir dövrdə internetin idarə edilməsi insanların təhlükəsizliyinin təmin edilməsi baxımından da böyük əhəmiyyət daşıyır. Bu gün dünyanın inkişafını elektron kommunikasiyasız təsəvvür etmək mümkün deyil. İnsanlar bir-birləri ilə əlaqə yaratmağa ehtiyac duyurlar və onların yerli, milli və beynəlxalq səviyyədə bu inkişafdan bəhrələnmək hüquqları var. Bununla belə, beynəlxalq razılaşma və standartların nəzərə alınması prioritetdir. Hesabatdan göründüyü kimi geniş və çox böyük əhəmiyyətə malik bu vacib sahə üzrə inkişaf etdirilməli məsələlər hələ də var. Bu tövsiyələr ilə, əlbəttə ki, insan hüquqları icmasının yeganə narahat olduğu məqamlar bitmir. Lakin, aydındıır ki, bu hesabatdakı tövsiyyələr internet idarəçiliyi mühitinin yaxşılaşdırılmasına öz töhfəsini verəcək", - deyə o ələvə edib. (Report)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qəza olan ərazidə naməlum şəxs göründü - Video

Rəisinin helikopterini azərbaycanlılar tapıb – Video

Müştərilərin ən çox şikayət etdiyi bankların adları açıqlanıb - Siyahı

Türkiyə İran Prezidentinin düşdüyü qəza ilə bəzi təfərrüatları açıqlayıb

Rəisinin həlak olduğu helikopter qəzası necə baş verib? - Mühəndis Pilot Əhməd İzgi danışdı

ABŞ Dövlət Departamenti Rəisinin ölümündə İran hakimiyyətini ittiham edib

Cavanşir körpüsünün söküntü işlərinin bitəcəyi tarix açıqlanıb

Notariusların fəaliyyəti ilə bağlı yeni tələblər müəyyənləşib

Azərbaycanda iki teatrın adı dəyişdirilir: İşçilərinin maaşı artacaq

İlham Əliyevdən hərbi xidmətə çağırışla bağlı sərəncam

Ən çox oxunanalar