Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müsavat Gənclər Təşkilatının həbsdə olan sədri azadlığa buraxıldı - Məhkəmə qərarı

Bu gün Qaradağ Rayon Məhkəməsində Müsavat Partiyası Gənclər Təşkilatının həbsdə olan sədri Əbülfəz Sadıqlı, əmisi oğlu Asif Sadıqlı və “Nikoil Bank”ın keçmiş əməkdaşı Kamran Abbasovun işi üzrə proses davam etdirilib

Hakim Fuad Huseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror təqsirləndirilən şəxslərin hər biri barəsində 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması hökmünün çıxarılmasını istəyib.

Hakim müşavirəyə gedib. Müşavirədən sonra məhkəmə hökmü elan olunub.

Hökmə görə, təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbiri 1 il 6 ay müddətinə polisin nəzarətinə verilmə qətimkan tədbiri ilə əvəzlənib və onlar azadlığa buraxılıblar.

Qeyd edək ki, Ə.Sadıqlı 2018-ci ilin noyabrında həbs edilib. Ona qarşı dələduzluq və saxta sənəd hazırlayaraq ondan istifadə etmək ittihamı verilib.

İttihama əsasən, Ə.Sadıqlı yol polisinə “Nikoil Bank”dan götürülmüş kreditlə aldığı “Niva” markalı avtomobilə görə borclu qaldığı 5 100 manatın ödənməsi barədə saxta arayış təqdim edərək maşını öz mülkiyyətinə keçirib, daha sonra satıb. (Trend)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Türkiyədə dövlət çevrilişi təhlükəsi - Ərdoğan təcili toplantı keçirib...

Slovakiya Baş nazirinə sui-qəsd edən şəxsin məşhur yazıçı olduğu üzə çıxıb - Foto, Yenilənib

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

Sabir Rüstəmxanlının qızı ilə boşanan müğənni ilk dəfə ayrılıqlarından danışdı - Video

Rusiyada Leninin abidəsində zaman kapsulu tapıldı - Foto

İntim videolar çəkən FHN polkovniki şikayətini geri götürdü

Qarabağdakı sülhməramlı missiyanın fəaliyyətinə ehtiyac qalmadı...

Azərbaycanın bir qrup hərbçisi təltif edilib - Foto

Xarkov vilayətində Rusiyanın hücumu səngiyib, onlar yeni taktikadan istifadə edirlər...

Bakıda Fəvvarələr meydanında ofisiantlar bıçaqlanıb

Ən çox oxunanalar