Cümə, 17 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Münhen konfransında Rusiyanın NATO ölkələrinə hücum riski müzakirə edilib

NATO üzvləri Münhen Təhlükəsizlik Konfransında Rusiyanın Şimali Atlantika Alyansı ölkələrindən birinə hücum ehtimalını müzakirə ediblər...

Poliqon xəbər veror ki, bu barədə Bloommberg Agentliyi mənbələrə istinadən məlumat yayıb. Agentliyin məlumatına görə, müzakirə iştirakçıları hesab edirlər ki, bu təhlükə “təcili reaksiya” tələb edir. Digər tərəfdən isə NATO ölkələri ABŞ-ın Avropanın müdafiəsində ənənəvi rolunu davam etdirəcəyinə getdikcə şübhə edir.

Bloomberg yazır ki, Münhen konfransında ABŞ-la bağlı bədbin proqnozlar üstünlük təşkil edib. Müzakirələrdə ştirak edən NATO müdafiə nazirləri Vaşinqtonun hələ də Ukraynaya maliyyə ayırmamasından narahat olduqlarını bildiriblər.

Nazirlər ABŞ dəstəyinin zəifləməsi fonunda Rusiyanın NATO müttəfiqinə birbaşa hücuma keçməyə sövq edə biləcəyi ssenariləri müzakirə ediblər. Bloomberg-in həmsöhbətlərindən biri qeyd edib ki, keçmiş görüşlərdəki qətiyyətdən fərqli olaraq, bu il Münhendə qeyri-müəyyənlik əhval-ruhiyyəsi hökm sürüb.

Almaniyanın müdafiə naziri Boris Pistorius Bloomberg-ə müsahibəsində Rusiyanın hücumunun olub-olmayacağını və ya nə vaxt olacağını bilmədiyini bildirib. Lakin Bundesver rəhbəri bunun beş-səkkiz ildən sonra baş verə biləcəyini istisna etməyib.

NATO-nun hərbi komitəsinin rəhbəri Rob Bauer daha əvvəl bəyan etmişdi ki, alyansın qüvvələri yaxın iyirmi ildə Rusiya ilə genişmiqyaslı müharibəyə hazırlaşır. O, NATO-ya üzv ölkələrin hakimiyyət orqanlarını və onların mülki əhalisini münaqişəyə və mümkün hərbi çağırışa hazırlaşmağa çağırıb.

İsveç, Norveç, Almaniya, Böyük Britaniya və bir sıra digər Avropa ölkələrinin rəsmiləri bu yaxınlarda Rusiya ilə mümkün müharibə hazlrlaşdıqlarını elan ediblər. Rusiya hakimiyyəti bu bəyanatları informasiya müharibəsinin bir hissəsi və avropalı siyasətçilərin öz vətəndaşlarının diqqətini iqtisadiyyatdakı problemlərdən yayındırmaq cəhdi adlandırır. Rusiya prezidenti Vladimir Putin bildirib ki, Moskva Polşa və ya Latviyaya qoşun yeritmək niyyətində deyil. Onun sözlərinə görə, Rusiyanın Avropada heç bir ərazi iddiası yoxdur və Avropa hakimiyyəti Rusiya təhlükəsini şişirdir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda bu ərazilərdə torpağın sotu 500 min manata satılır

Azərbaycanda tüğyan edən saxta “endirim minnətinə” qarşı necə mübarizə aparmaq olar?

Deputatın 64 yaşlı qudası 11 nəfəri işə düzəltmək adı ilə aldadıb

Lənkəranda itkin düşmüş 22 yaşlı qadının boğularaq öldürüldüyü müəyyən olunub, tanışı tutulub

Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - Yenilənib

Türkiyədə hələ də dövlət çevrilişi edə biləcək qurumlar və güc mərkəzləri mövcuddur?

Qətlə yetirilən tələbə barədə detallar: Könül sonuncu telefon danışığını kiminlə edib? - Video

Bakıda evi satan kirayənişin ölkədən qaçıb - Rəsmi

Paşinyan: Ermənistan sərhədçiləri artıq 10 gündür ki, Bağanis-Voskepar ərazisində xidmət aparır

Bakıda tıxacın aradan qaldırılması məqsədilə yeddi layihə icra olunacaq

Neftçalada üzərində güllə izi olan kəllə skeleti tapıldı - Foto

Slovakiyanın prezidenti güllələnən baş nazirin son durumunu açıqlandı - Yenilənib

Ən çox oxunanalar