Cümə axşamı, 18 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müharibənin siyasi, sosial və psixoloji təsirləri... - İkinci Qarabağ savaşı Azərbaycanda nələri dəyişəcək?

Sərdar Cəlaloğlu: “Bu müharibənin Azərbaycan üçün böyük üstünlükləri oldu”

Fərqanə Mehmanqızı: “Müharibə bizdə çox böyük özgüvən yaratdı və bu özgüvən üstümüzdən 30 illik əzginliyi götürdü”.

Əhməd Qəşəmoğlu: “Müharibə Azərbaycan vətəndaşının həyatında bir çox sosial dəyişikliklərə səbəb olacaq”.

Bildiyimiz kimi Azərbaycan çox böyük bir sınaqdan keçdi. Bu sınaq işğal edilmiş ərazilərimizin azad edilməsi və qalib Azərbaycanın formalaşması sınağı idi. Bu vaxta qədər, yəni sentyabrın 27-ə qədər heç kəs bu sınağın və bu müharibənin başlanacağına demək olar ki, inanmırdı. Amma başlanan müharibə və Azərbaycan əsgərinin qazandığı uğurlar xalqa itirilmiş qalibiyyət sevincini qaytardı.

Müharibə başlanandan sonra ordumuzun müzəffər yürüşü başladı və hər gün onlarla yaşayış məskənimiz düşmən tapdağından azad edildi. Ali Baş Komandan İlham Əliyevin Qubadlının işğaldan azad olunması xəbərindən sonra xalqın son qələbəyə olan ümidi birə-beş artdı. Düşmənin və bütün dünyanın heç gözləmədiyi bir halda Şuşanın qəhrəman döyüşçülərimiz tərəfindən azad olunması isə Ermənistanın təslim olunması ilə nəticələndi. Bu doğrudan inanılmaz bir zəfərdi və biz bu gün bu zəfərin cəmiyyətimizə ötürdüyü impulslarla yaşayırıq. Artıq müharibə bitib və bilinən bəyanat imzalanıb. Xalq olaraq işğaldan azad olunmuş ərazilərimizi görmək ümidi ilə sabahlarımızı açırıq və o günləri səbirsizliklə gözləyirik.

PİA.az-ın əməkdaşı müharibənin Azərbaycan insanının psixologiyasında və sosial həyatında, həmçinin siyasi mühitdə hansı izlər buraxdığını və hansı dəyişikliklərə yol aça biləcəyini ekspertlərlə müzakirə edib.

Mövzunu PİA.az Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, MF İnkişaf Akademiyasının direktoru, psixoloq Fərqanə Mehmanqızı və sosioloq Əhməd Qəşəmoğlu ilə müzakirə edib.

Sərdar Cəlaloğlu: “Müharibə vaxtı siyasi partiyalar birlik nümayiş etdirdilər. Bu da lazım olan anda birləşmək idi. Bizim cəmiyyət bunu bacardı”.

ADP sədri cəmiyyətimizin bir yumruq kimi birləşdiyi dönəmdə siyasi mühitdə hansı dəyişikliklərin olacağını PİA.az-a şərh edərkən bildirib ki, bu birliyin cəmiyyətimizdə demokratikləşmənin yaradacağına ümid etmək doğru deyil. Sərdar Cəlaloğlunun fikrincə ədalətli seçki prinsipinə uyğun olaraq parlamentdə siyasi partiyalar təmsil olunmayana qədər Azərbaycanda siyasi mühitin demokratikləşməsindən danışmaq yersizdir:

“Bu müharibənin Azərbaycan üçün böyük üstünlükləri oldu. Birincisi, müharibə Azərbaycan orudusunun gücünü göstərdi. Məlum oldu ki, ordumuzun gücü haqda söylənələr söz-söhbət deyilmiş və ordumuz düşmən ordusundan qat-qat güclü olduöunu ortaya qoydu. İkincisi, bu müharibə Azərbaycan xalqının rəşadətini göstərdi. Xalq torpaqların işğaldan azad olunması üçün gərəkli qurbanları verməyə hazır olduğunu göstərdi və bir daha qeyd edim ki, xalqın birlik iradəsi bizim qələbəmizdə əhəmiyyətli rol oynadı. Üçüncüsü, müharibənin qələbə ilə bitməsi xalqımızda öz gələcəyi ilə bağlı böyük ümid və əminlik yaratdı. İndi bu ümid və əminlik bizi gələcəyə aparmaqdadır.

Təbii ki, müharibənin Azərbaycanln siyasi mühitənə təsirləri də oldu. Müharibə vaxtı siyasi partiyalar birlik nümayiş etdirdilər. Bu da lazım olan anda birləşmək idi. Bizim cəmiyyət bunu bacardı. Halbuki bu müharibəyə qədər bizim siyasi partiyaları bir arada tutmaq üçün formul tapmaq olmurdu. Bu formul vətən müharibəsi oldu.

Lakin mən müharibədən sonra siyasi mühitin olduğu kimi qalacağını düşünürəm. Hesab edirəm ki, bundan sonra siyasi mühitdə demokratikləşmə hiss olunmayacaq. Çünki azad və ədalətli seçki prinsipinə uyğun olaraq parlamentdə siyasi partiyalar təmsil olunmayana qədər Azərbaycanda siyasi mühitin demokratikləşməsindən danışmaq yersizdir”.

Fərqanə Mehmanqızı: “Bəlkə də bu 30 ildə bizi inandırmışdılar ki, Qarabağda müharibə olsa, heç kim bu müharibəyə getməyəcək və xalqın birliyi olmayacaq. Amma bu müharibədə biz gördük ki, istər Azərbaycan qadını, istərsə də Azərbaycan kişisi savaşa hazırdır. Gözləntilərin əksinə olaraq Azərbaycan xalqı tək vücud olmağı başardı”.

Müharibənin cəmiyyətimizdə yaratdığı psixoloji durumu PİA.az-a şərh edən MF İnkişaf Akademiyasının direktoru, psixoloq Fərqanə Mehmanqızı xüsusi olaraq vurğulayıb ki, bundan sonra bir xalq olaraq əsas öhdəliyimiz daha da savadlı olmağımız və inkişamızı bütün sahələrdə təmin etməkdir:

“Müharibə bizdə çox böyük özgüvən yaratdı və bu özgüvən üstümüzdən 30 illik əzginliyi götürdü. Bu 30 ildə Azərbaycanda istər iqtisadi, istər sosial durumda nə qədər yüksəliş olsa da, həmişə məğlubiyyətmizin yaratdığı əzginliyimiz bir tərəfimizi geri çəkirdi. Torpaqlarımızın işğal altında olması isə bizə həm mənəvi, həm maddi tərəfdən ziyan vururdu.

Mən mənəvi tərəfini daha çox izah etməyə çalışacam. Məğlubiyyətin Azərbaycan xalqında yaratdığı əzginlik nəinki öz vətənimizdə, hətta xaricdə olanda da bizi müşahidə edirdi. Çünki xaricdə soruşanlara azərbaycanlıyam deyəndən sonra xəritədə işğal olunmuş ərazilərimizi göstərəndə bu işğalı yaradan minlərlə faktları və səbəbləri izah etməli olurduq. Bununla da qarşı tərəfi inandırmağa çalışıdırdıq ki, əslində ora bizim torpaqlarımızdır. Bu hal həm mənəvi, həm də fiziki cəhətdən bizi yorudu. Fikirləşirdik ki, niyə axı biz həmişə özümüzü təsdiqə etməyə çalışmalıyıq? Çox şükür bu bəladan canımız qurtardı.

İndi isə bir xalq olaraq bizdə özgüvənlilik var. Bu özgüvənliliyin səbəbi isə qazandığımız savaşdır. Digər tərəfdən də biz bir-birimizə güvənməyin önəmli olduğunun şahidi olduq. Biz bir-birimizdən başqa heç kəsin yaxın olmadığını və nə olursa olsun, bir-birimizin arxamızda olduğumuzun bir daha şahidi olduq.

Fərqanə Mehmanqızı: “Bu qalibiyyət bizə bu torpağa, bu vətənə, bu xalqa görə “canımızdan keçməyə dəyər” hissini verdi”.

Bəlkə də bu 30 ildə bizi inandırmışdılar ki, Qarabağda müharibə olsa, heç kim getməyəcək və birlik olmayacaq. Amma bu müharibədə biz gördük ki, istər Azərbaycan qadını, istərsə də Azərbaycan kişisi savaşa hazırdır. Həmçinin də bu müharibə hər kəsin ön cəbhədə olanların arxasında olduğunu göstərdi. Gözləntilərin əksinə olaraq Azərbaycan xalqı tək vücud olmağı başardı.

Unutmayaq lazım deyil ki, savaş iki cəbhədə gedirdi. Yəni bir yandan pandemiya, bir yandan da cəbhədə düşmənlə savaşırdıq. Savaşın iki tərəfdən olması da bizdə ruh düşkünlüyü yaratmadı. Bu qalibiyyət də bizə bu torpağa, bu vətənə, bu xalqa görə canımdan keçməyə dəyər hissini verdi. Həmçinin biz nifrətin və sevginin bir arada olduğunu gördük və biz vətən üçün birləşdik. Bu savaş bir daha onu göstərdi ki, bizim millətçiliyimiz daha güclüdür. Ali Baş Komandan dediyi kimi biz istəsək “dəmir yumruq” kimi birləşə bilərik. Biz bunu sübüt etdik.

Düşünürəm ki, artıq xaricdə olanda biz kimlərəsə özümüzü sübut etməyə çalışmayacağıq və onlar bizdən danışacaqlar. Onlar bizim dünyaya nə qədər səs saldığımızı deyəcəklər. Hesab edirəm ki, bundan sonra Azərbaycanın inkişafı üçün əlimizdən gələni daha da artıq edəcəyik.

Fərqanə Mehmanqızı: “Ermənilərlə olan bütün tarixi keçmişi unutmamaq lazımdır. Unutmayaq ki, o tarixi bir də təkrarlanmasın”.

Bundan sonra əsas öhdəliyimiz daha da savadlı olmağımızdır. Bütün sahələr üzrə inkişamızı təmin etmək üçün var gücümüzlə çalışmalıyıq. Qonşu dillərə, xüsusilə erməni və rus dillərinə hər kəs sahib olmalıdır. Çünki biz hər an erməni milləti tərəfindən yenə də xaincəsinə hər hansı zərbə ala bilərik. Buna görə də biz onları dilini, psixologiyasını yaxşı bilməliyik. Düşməni tanımaq onu rahat idarəetməyə əsas verir. Buna görə də düşünürəm ki, hər bir azərbaycanlı erməni dilini rahat bilməlidir. Həmçinin də ermənilərlə olan bütün tarixi keçmişi unutmamaq lazımdır. Unutmayaq ki, o tarixi bir də təkrarlanmasın.

Sonra qələbə münasibətilə ilə istər öz vətənimizdə olan vətəndaşlarımızı, istərsə də xaricdə olan vətəndaşlarımızı və bütün soydaşlarımızı tərbrik edirəm. Eyni zamanda türkləri və bizim qələbəmizə sevinən dostlarımızı təbrik edirəm və inanıram ki, birliyimiz əbədidir”.

Əhməd Qəşəmoğlu: “Bu müharibə dünyada Azərbaycan xalqı haqqında yayılan yanlış fikrin üstündən xətt çəkdi”.

Müharibənin sosial sahədə cəmiyyətimizə və hər bir insanımıza təsirləri barədə PİA.az-a danışan sosiaoloq Əhməd Qəşəmoğlu bildirib ki, hər şeydən əvvəl işğaldan azad olunan ərazilərimizdə aparılacaq yenidənqurma işləri ilə bağlı həmin ərazilərdə yüzlərlə iş yeri açılacaq. Bundan başqa o ərazilərimizdə böyük yeraltı və yerüstü sərvətlərin olduğuna diqqət çəkən sosioloq qeyd edib ki, bu sərvətlər həm bölgənin həm də bütün ölkəmizin iqtisadiyyatının inkişafına səbəb olacaq. Və təbii ki, bu iqtisadi inkişaf müsbət mənada xalqımızın sosial vəziyyətinə təsir edəcək:

“İlk öncə qeyd edim ki, Allah şəhidlərimizə rəhmət etsin. Biz nəyə nail olduqsa, onların hesabına nail olduq”.

Müharibə Azərbaycan vətəndaşının həyatında bir çox sosial dəyişikliklərə səbəb olacaq. Belə ki, bildiyimiz kimi Azərbaycan 20 faiz torpağını düşməndən azad etdi. Bu böyük qələbədir və qeyd edim ki, bu torpaqlar da Bakı ətrafında olan torpaqlar deyil. Söhbət Qarabağ torpaqlarından gedir. Hamıya məlumdur ki, Qarabağ torpaqları çox məhsuldar və münbitdir.

Bundan sonra isə orada böyük işlər görüləcək. Şəhərlərdə tikintilərin aparılacağı, infrastruktur layihələrin olacağı bildirilir. Bu zaman da Azərbaycan əhalisinin çoxu bu işlərdə iştirak edəcəklər. Tikintilərin aparılması yüzlərlə yeni iş yerlərinin açılması deməkdir. Həmçinin də o torpaqlarda olan yeraltı və yerüstü sərvətlərin istismarına başlayacağıq və bu sərvətlər iqtisadi inkişafımıza yeni təkan verəcək. Bu yeraltı və yerüstü sərvətlər həm bölgənin həm də bütün ölkəmizin iqtisadiyyatının inkişafına səbəb olacaq. Və təbii ki, bu iqtisadi inkişaf müsbət mənada xalqımızın sosial vəziyyətinə təsir edəcək. Buna görə də Azərbaycan xalqının sosial vəziyyətinin yaxşılaşacağını gözləyirik.

Əhməd Qəşəmoğlu: “Müharibədən əvvəl dünyanın çox yerində Azərbaycan xalqı qorxaq, sözünü deyə bilməyən xalq kimi tanınırdı. Amma müharibədən sonra bunun belə olmadığını bütün dünya bildi”.

Biz və bu işlə məşğul olanlar da artıq layihələr hazırlamağa başlamışıq. Həmin torpaqlarda hansı işlərin daha effektli olacağı haqqında məlumatlar veriləcək.

Bir məsələni də qeyd edim ki, bu müharibə Azərbaycan xalqının əzmini göstərdir. Biz göstərdik ki, yeri gələndə sıx birləşə bilərik. Həmçinin də bu müharibə dünyada Azərbaycan xalqı haqqında yayılan yanlış fikrin üstündən xətt çəkdi. Müharibədən əvvəl dünyanın çox yerində Azərbaycan xalqı qorxaq, sözünü deyə bilməyən xalq kimi tanınırdı. Amma müharibədən sonra bunun belə olmadığını bütün dünya bildi”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

YAP İdarə Heyətinin iclası bitib, bütün seçki dairələrindən namizədlər irəli sürülüb - Yenilənib

Bu deputatların da adı YAP-ın siyahısında yoxdur 

YAP-ın deputatlığa namizədləri açıqlanıb – Siyahı

Benzinə görə bu maşınların qiyməti dəyişdi - Maşın bazarında son vəziyyət

Birlikdə özlərini meşədə asan boşanmış qadının və 11 yaş kiçik sevgilisinin fotoları - Video, Yenilənib

Prezident Cəbrayıl, Qubadlı və Zəngilandakı xüsusi nümayəndəsinə müavin təyin edib

Bayden prezidentlik yarışından geri çəkiləcəyini istisna etməyib

"Fənərbaxça" Cenk Tosunla iki illik müqavilə imzalayıb

Sabir Rüstəmxanlı və İqbal Ağazadə deputatlığa namizədliyini verməyəcək

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməliyyat qurumları 25 şəxsi cinayət başında yaxalayıb

"Boşanmış qadınla ailə qurarasınız?" - Sorğu, Video

Ən çox oxunanalar