Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müəllim 7 yaşlı uşağa işgəncə verdi, ölkə ayağa qalxdı – Foto

ABŞ-da məktəblərin birində 7 yaşlı uşağa işgəncə verilməsi ilə bağlı görüntülər insanların sərt təpkisinə səbəb olub.Uşağa işgəncə verən şəxs sonradan intihar edib...

Belə ki, ABŞ-da məktəblərin birində uşaqların cəzalandırılması üçün nəzərdə tutulmuş otaqda 7 yaşlı uşağa işgəncə verilməsi ölkəni ayağa qaldırıb. Olayın görüntüləri yayıldıqdan sonra cinayət işi başladılıb. İllinois əyalətində “Gages Lake” adlı məktəbdə baş verən hadisə ABŞ mediasında işıqlandırıldıqdan sonra ölkənin hüquq-mühafizə orqanları tərəfindən araşdırılmalara başlanılıb.

Aparılan araşdırmalar nəticəsində məlum olub ki, məktəbdə uşaqların cəzalandırılması üçün əlavə gizli otaq tikilib. Çəkilən görüntülərdən də məlum olub ki, 7 yaşlı uşaq həmin otağa salınaraq Cennifer Aquirre adlı müəllimə tərəfindən şiddətə məruz qalıb.

Müstəqil media orqanı olan “ProPublica”nın yazdığına görə, bundan öncə də bu məktəb barəsində hüquq-mühafizə orqanlarına 21 dəfə şikayət edilib. Bu şikayətlər nəticəsində araşdırmalar aparılsa da, heç bir nəticə əldə edilməyib. Nəhayət, görüntülərin yayılmasından sonra uşaqların cəzalandırıldığı həmin otaq aşkara çıxarılıb və orada olan kamera görüntülərinə baxış keçirilib.

Məktəbdə çalışanların sorğusundan sonra məlum olub ki, onlar öz aralarında həmin otağa “ofis” adı veriblər. Adı açıqlanmayan məktəb səlahiyyətlisinin verdiyi ifadədə qeyd edilir ki, bu otaqda təkcə 2018-2019-cu tədris illərində 1700 uşaq cəzalandırılıb. /Musavat.com

pia.az


Etiket: uşaq işgəncə


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

"Bakı marafonu 2023"ün qalibi: Hər şey mənim üçün asan oldu

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb

Ən çox oxunanalar