Bazar, 28 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Moskvada Leyla Əliyevanın təşəbbüsü ilə ailə himayəsindən məhrum uşaqlar üçün bayram təşkil edildi - Foto

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə fondun Rusiyadakı nümayəndəliyi Yeni il ərəfəsində “Bizim ev” Ailə Tərbiyəsinə Yardım Mərkəzindəki uşaqları ziyarət edib...

“Report”un Rusiya bürosunun verdiyi məlumata görə, Yeni il ərəfəsində uşaqlara Moskva Kukla Teatrının “Qırmızı çiçək” tamaşası nümayiş etdirilib.

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin humanitar proqramlar üzrə rəhbəri Tamilla Əhmədova bayramın təşkilindən danışıb:

“Bu gün yenidən “Bizim ev” Ailə Tərbiyəsinə Yardım Mərkəzində olduğumuza və Yeni il ərəfəsində Mərkəzin uşaqlarını təbrik edə bildiyimizə görə şadıq. Bugünkü uşaqlar o kəslərdir ki, sabah ölkələrin, planetin, bütün bəşəriyyətin taleyini həll edəcək. Bu gün - uşaqlar, sabah – xalq. Bugünkü dünya böyüklərindir və biz özümüzdən sonrakı nəslə dinc, xoşbəxt bir həyat qoymalıyıq. Uşaqlar planetimizin sabahıdır”.

O, uşaqların problemlərinin heç vaxt Heydər Əliyev Fondunun diqqətindən yayınmadığını və bunun Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Fondun əsas fəaliyyət istiqamətlərindən biri olduğunu vurğulayıb:

“Fondun vitse-prezidenti, onun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyeva bütün ölkələrdə uşaqlara kömək etmək, onların həyatını daha parlaq və xoşbəxt etmək üçün nəzərdə tutulan istənilən layihəni daim dəstəkləyir”.

T.Əhmədova xatırladıb ki, “Bizim ev” Ailə Tərbiyəsinə Yardım Mərkəzindən olan uşaqlar Fondun dəvəti ilə Bakıya səfər edib, həmyaşıdları ilə tanış olub, əyləniblər:

“Sevindirici haldır ki, ölkələrimizin və xalqlarımızın övladları dövlətin və cəmiyyətin etibarlı himayəsi altında böyüyürlər. Bir-birinə qarşılıqlı hörmət şəraitində. Dostluqda ən möhkəm və səmimi münasibətlər uşaqlıqdan yaranır. Bu günün uşaq dostluğu sabahın xalqlar dostluğudur”, - T.Əhmədova fikrini yekunlaşdırıb.

“Bizim ev” Ailə Tərbiyəsinə Yardım Mərkəzinin direktoru Vadim Menşov əməkdaşlığa görə Heydər Əliyev Fonduna və şəxsən Fondun vitse-prezidenti Leyla Əliyevaya təşəkkürünü bildirib:

Heydər Əliyev Fondunun əməkdaşları artıq ailəmizin üzvləridir. Birgə proqramlarımız, layihələrimiz var, uşaqların işlə təmin olunması ilə birgə işləyirik, məzunlara kömək edirik. Uşaqlarımızın qayğısına qaldığı üçün Fonda və şəxsən Leyla xanıma təşəkkürümü bildirirəm”.

Tədbirin sonunda Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin əməkdaşları Mərkəzin uşaqlarına Yeni il hədiyyələri paylayıblar.

Fotolar

pia.az


Etiket: Leyla Əliyeva


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rəşad Nəbiyevin uğursuz taksi islahatı… – yuxarıları aldatmaq cəhdi, yoxsa səriştəsiz fəaliyyət…

Ziya Məmmədovun qardaşından sensasion açıqlama

Şahin İsmayılov Beyləqandan niyə qovulmuşdu? – İlginc iddiaalar

Tofiq Yaqublunun məhkəməsində ittiham aktı elan olunub

Beynəlxalq səyyahlar Füzulidə minaların zərərsizləşdirilməsi prossesini izləyib - Yenilənib

“Arash Medical Company”ni Anar Bayramov üçün özəl edən səbəb...

Qurban Yetirmişlidən zəlzələ iddialarına sərt reaksiya : “Mən fala baxmıram”

Bakıda 3 vətəndaşı aldadaraq 43 min manatını mənimsəyən şəxs saxlanılıb

Bakı Təşəbbüs Qrupu Olimpiya Oyunları prinsiplərinin Paris-2024-də pozulmasına dair bəyanat yayıb

Ən çox oxunanalar