Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Minlərlə rus Latviyadan qovulmaq ərəfəsindədir

Latviyanın miqrasiya qanununa edilən dəyişikliklərə görə minlərlə Rusiya vətəndaşı ölkədən qovulmaq ərəfəsindədir...

Poliqon xəvbər verir ki, bu barədə Rusiyanın Latviyadakı müvəqqəti işlər vəkili Oleq Zıkov Birinci Kanalda məlumat verib.

Diplomat qeyd edib ki, hazırda Latviyada Rusiya vətəndaşlarının hüquqlarına hörmətlə bağlı "son dərəcə kəskin" vəziyyət mövcuddur. O, xüsusən də daimi yaşayış icazələrinin kütləvi şəkildə ləğv edilməsinə diqqət çəkib.

"Yerli miqrasiya xidməti tamamilə qeyri-insani və fikrimizcə, ölkənin miqrasiya qanununa ayrı-seçkilik xarakterli düzəlişlərin tələblərinə vaxtında cavab verməyən rusların daimi yaşayış icazələrini kütləvi şəkildə ləğv etməyə başlayıb", Oleq Zıkov vurğulayıb.

O əlavə edib ki, müvafiq qanunvericilik təşəbbüsünün həyata keçirilməsi ilə əlaqədar bir çox Rusiya vətəndaşı Latviyadan qovulma riski ilə üzləşib. Eyni zamanda, söhbət eyni anda bir neçə min nəfərdən gedir.

2023-cü ilin sentyabrında Latviya parlamenti Rusiya vətəndaşlarının daimi yaşama icazələrinin dayandırılmasını nəzərdə tutan miqrasiya qanununa düzəlişlər qəbul edib. Bu sənədlərin qüvvədə olma müddəti yalnız dövlət dilini bilmək sertifikatı verilməklə uzadıla bilərdi.

Poliqon.info


Etiket: Rus Latviya Qovulma


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Ağ çiçəyim” gül mağazasında baş verən yanğın söndürüldü - Yenilənir, Foto

Azərbaycanla Ermənistan arasında sərhəd xəttinin koordinatları ilə bağlı protokol imzalanıb

Bakıda bu ərazilərdə torpağın sotu 500 min manata satılır

Azərbaycanda tüğyan edən saxta “endirim minnətinə” qarşı necə mübarizə aparmaq olar?

Lənkəranda itkin düşmüş 22 yaşlı qadının boğularaq öldürüldüyü müəyyən olunub, tanışı tutulub

Türkiyədə hələ də dövlət çevrilişi edə biləcək qurumlar və güc mərkəzləri mövcuddur?

Deputatın 64 yaşlı qudası 11 nəfəri işə düzəltmək adı ilə aldadıb

Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - Yenilənib

Bakıda evi satan kirayənişin ölkədən qaçıb - Rəsmi

Dövlət sərhədini pozmağa cəhd göstərən 10 nəfər saxlanılıb

Ən çox oxunanalar