Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Minimum əməkhaqqı 38,5% artırıldı - Bu əhalinin real gəlirlərinə necə təsir edəcək?

“Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri: “Bu addım ölkə prezidentinin daxili siyasətində sosial məsələlərin hansı səviyyədə dayandığını bir daha hər kəsə əyani bir şəkildə göstərdi”

“Dünya iqtisadi böhranının Azərbaycan iqtisadiyyatı üçün yaratdığı mənfi fəsadlara və ümumu iqtisadiyyatın 3,8% azalmasına baxmayaraq Prezident yenə də əhalinin sosial təminatı ilə bağlı məsələlərə yox demədi”.

Bu sözləri sabiq maliyyə naziri Fikrət Yusifov ötən həftə Prezidentin minimum əməkhaqqının 130 manatdan 180 manatadək artırılması ilə bağlı fərmanını PİA.az-a şərh edərkən qeyd edib.

Azərbaycan prezidenti İlham Əliyev ötən həftə minimum aylıq əmək haqqının artırılması və “Minimum aylıq əmək haqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 3545 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Sərəncamda deyilir ki, minimum aylıq əməkhaqqının məbləği 2019-cu il martın 1-dən 180 manat müəyyən edilsin.

Nazirlər KabinetiAzərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə müəyyən olunmuş dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşlarının məbləğlərini bir ay müddətində bu sərəncamın 1-ci hissəsinə uyğunlaşdırmaq; Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən olunmuş dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşlarının məbləğlərinin bu sərəncamın 1-ci hissəsinə uyğunlaşdırılması ilə bağlı təkliflərini bir ay müddətində Azərbaycan Prezidentinə təqdim etmək, bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

“Minimum aylıq əmək haqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 3545 nömrəli sərəncamının 1-ci hissəsi ləğv edilir.

Qeyd edək ki, bundan əvvəl minimum aylıq əməkhaqqının məbləği 130 manat təşkil edib.
Bəzi ekspertlər hesab edirlər ki, fərmandan işçilərin sosial sığortasını almağa məcbur olan sahibkarlar və böyük iş adamları əziyyət çəkəcəklər. İqtisadçılar isə hesab edirlər ki, bəzi sahibkarlar yeni xərcləri tabeliyindəkilərin çiyinlərinə qoyacaq. Həmçinin bəzi ekspertlər bu fərmanın inflyasiyanın da artmasına səbəb olacağını da vurğulayırlar.

Minimum əməkhaqqının 38,5% artırılması əhalinin real gəlirlərinə necə təsir edəcək? Xüsusən büdcə çalışanları ilə özəl sektorda çalışanların real gəlirlərində hansı fərqlər meydana çıxa bilər? Və prezidentin bu fərmanı inflyasiyanın da artmasına səbəb ola bilərmi?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, sabiq maliyyə naziri, professor Fikrət Yusifova müraciət edib.

Fikrət Yusifov: “Minimum əmək haqqının artırılması ilə ölkədə infilyasiyanın da artacağına dair səslənən fikirlərin heç bir əsası yoxdur”.

Cənab İlham Əliyevin builki əmək haqqı artımlarının iqtisadi yüksəlişin reallıqlarına uyğun bir səviyyədə olmasını istədiyini vurğulayan sabiq maliyyə naziri PİA.az-a açıqlamasında qeyd edib ki, minimal əmək haqının birdən-birə 38,5%, yəni 50 manat artımına getmək bu məsələdə Prezident qətiyyətinin ifadəsi, onun əhalinin aztəminatlı təbəqəsinə münasibəti və bütövlükdə ölkənin sosial məsələlərinin həllinə bilavasitə qayğısının nəticəsi kimi dəyərləndirilməlidir:

“Son illər Azərbaycanda sosial məsələlərin həlli istiqamətində bir-birinin ardınca olduqca mühüm qərararlar qəbul edilir. Bu il də istisna təşkil etmədi. Cari ilin ötən dövrü ərzində artıq əhalinin sosial müdafiəsi ilə bağlı çox mühüm qərarlar qəbul edilib. Fevral ayının 8-də Prezident İlham Əliyev əhalinin sosial durumunun yaxşılaşdırılması sahəsində inqilabi bir addım atdı. Bu addımın miqyası olduqca böyük, onun əhatə dairəsi isə kifayət qədər genişdir. Bu addım ölkə prezidentinin daxili siyasətində sosial məsələlərin hansı səviyyədə dayandığını bir daha hər kəsə əyani bir şəkildə göstərdi.

Son illər demək olar ki, hər dəfə ölkə başçısı ilin başlanğıcında insanların əmək haqlarının və təqaüdlərinin artırılmasının qayğısına qalır. O bu addımları dünya iqtisadi böhranının ölkəmizin iqtisadiyyatında azalmalara səbəb olduğu 2016-cı il başa çatan kimi - yəni 2017-ci ilin yanvar ayında da belə atdı.

Dünya iqtisadi böhranının Azərbaycan iqtisadiyyatı üçün yaratdığı mənfi fəsadlara və ümumu iqtisadiyyatın 3,8% azalmasına baxmayaraq Prezident yenə də əhalinin sosial təminatı ilə bağlı məsələlərə yox demədi. Əgər o, həmin dönəmdə buna yox desəydi, heç şübhəsiz reallığı dərk etməyi bacaran hər bir azərbaycan vətəndaşı Prezidentin bu addımını başa düşərdi. Ancaq o, belə etmədi.

İlham Əliyev ölkənin iqtisadi durumundakı çətinliklərə, maliyyə çətinliklərinə baxmayaraq bu vəziyyətlərdə də əhalinin sosial müdafiəyə ehtiyacı olan zümrəsinin yanında olduğunu bir daha göstərdi.

Fikrət Yusifov: “Hökumət bu artımları da, minimum əmək haqqının artımını da 2019-cu il üçün öncədən proqnozlaşdırıb”.

2017-ci ili iqtisadiyyatda bərpa ili elan edən ölkə başçısı eyni addımları növbəti 2018-ci ilin əvvəllərində də atdı. 2019-cu il iqtisadi yüksəliş ili olacaq və bu səbəbdən də cənab İlham Əliyev builki əmək haqqı artımlarının iqtisadi yüksəlişin reallıqlarına uyğun bir səviyyədə olmasını istədi. Minimal əmək haqının birdən-birə 38,5% - yəni 50 manat artımına getmək bu məsələdə Prezident qətiyyətinin ifadəsi, onun əhalinin aztəminatlı təbəqəsinə münasibəti və bütövlükdə ölkənin sosial məsələlərinin həllinə bilavasitə qayğısının nəticəsi kimi dəyərləndirilməlidir.

Son fərmanla Azərbaycanda minimum əmək haqqının məbləği 2019-cu il martın 1-dən 130 manatdan 180 manata çatdırılır. Beləliklə, ölkəmizdə minimum əmək haqqının yaşayış minimumunun səviyyəsinə çatdırılması təmin olunacaqdır. Minimum əməkhaqqının artımı birbaşa olaraq 600 minədək insanı əhatə edəcək. Onlardan dövlət sektorunda işləyən 450 min nəfərin əmək haqqında 30 faiz, özəl sektorda işləyən 150 min nəfərin əmək haqqında isə 25 faiz artım baş verəcək.

Minimum əmək haqqının artırılması ilə bağlı dövlət büdcəsindən illik 400 milyon manat, 2019-cu ilin qalan 10 ayı üzrə isə 335 milyon manata qədər əlavə vəsait yönəldiləcək. Bu mühüm sosial əhəmiyyətli tədbir, eyni zamanda, əmək münasibətlərinin leqallaşdırılması istiqamətində istədiyimiz nəticələrin əldə olunmasına imkan verəcək.

Fikrət Yusifov: “Beynəlxalq təşkilatların da Azərbaycanda infilyasiya barəsindəki proqnozları hökumətin proqnozları ilə üst-üstə düşür”.

Minimum əmək haqqının 180 manat səviyyəsində müəyyən olunması o deməkdir ki, mülkiyyət formasından asılı olmayaraq heç bir müəssisə onda çalışan işçilərə bundan az əmək haqqı verə bilməz. Əmək qanunvericiliyinə əsasən, əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənişlərin məcmudur. İşçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qanunla qadağandır.

Minimum əmək haqqının artırılması ilə ölkədə infilyasiyanın da artacağına dair səslənən fikirlərin heç bir əsası yoxdur. Hökumət bu artımları da, minimum əmək haqqının artımını da 2019-cu il üçün öncədən proqnozlaşdırıb. Beynəlxalq təşkilatların da Azərbaycanda infilyasiya barəsindəki proqnozları hökumətin proqnozları ilə üst-üstə düşür”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Dəhşətli qəzada həlak olan qazinin görüntüsü - Yenilənib,Video,Foto

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Talıb Talenin özündən 15 yaş kiçik nişanlısının görüntüləri yayıldı - Video

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

“Trendyol” Azərbaycan üçün qiymətləri kəskin artdı

ABŞ Azərbaycanla Ermənistan arasında sülhün mümkünlüyünə inanır

Ən çox oxunanalar