Çərşənbə, 28 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mingəçevirdə narkotikə görə 11 nəfər saxlanılıb

Faktlarla bağlı cinayət işləri başlanılıb, istintaq aparılır...

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən son 1 ay ərzində keçirilən əməliyyatlar zamanı şəhər ərazisində narkotik vasitələrin satışı, eləcə də daşınması ilə məşğul olan, içərilərində qadının da olduğu 11 nəfər saxlanılıb.

Bu barədə PİA.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, daxil olan əməliyyat məlumatları əsasında keçirilən tədbirlər zamanı şəhər sakinləri - Tural Mahmudov, Elxan Hacıyev, Zakir Qarayev, Rövşən Azayev, Zaur Qasımov, Azər Əliyev, Səkinə Allahverdiyeva, Abbasəli Qasımzadə, Faiq Qasımov, Həbib Bağırov və Sübhan Abdullayev tutulublar. Onların üzərindən, eləcə də yaşadıqları ünvanlardan metamfetamin, heroin, tiryək və ümumilikdə 2 kiloqrama yaxın qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

Faktlarla bağlı cinayət işləri başlanılıb, istintaq aparılır.

"Mingəçevir şəhəri ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir", - məlumatda qeyd olunub.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

General Rəfail Mehdiyev həbs edilə bilər: Milyonlarla vəsait yoxa çıxıb    

Polis rəisinin içərisində olduğu avtomobil qəzasına aydınlıq gətirilib

Bərdədə 22 yaşlı gəncin qətlə yetirilməsi ilə bağlı cinayət işi başlanıb - Yenilənib  

Ramil Səfərovun həyat yoldaşı, BDU rektorunun müşaviri... – Ağdamda xanım namizəd qalib gələcək?

Bu proqramla telefonunuzda kart hesablarınızı oğurlayırlar

Bütün Qafqazdan insanlar 3500 il öncə bura gəlib, yemək yeyiblər - Qərbi Azərbaycan Xronikası    

Zelenski Kursk əməliyyatından danışdı: “Bizə yad torpaqlar və insanlar lazım deyil”

Ən çox oxunanalar