Cümə, 03 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məzahir Pənahovdan jurnalistlərə müraciət



“...medianın burada hansısa marağı var”


Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov sabah keçiriləcək bələdiyyə seçkilərində mətbuat işçilərini fəal olmağa çağırıb. 

PİA.AZ trend-ə istinadən xəbər verir ki, bu haqda Məzahir Pənahov bu gün keçirdiyi mətbuat konfransında deyib:
“Əgər seçkilər zamanı hansısa xoşagəlməz hallar baş verərsə, mətbuat nümayəndələri buna seyrçi kimi qalmamalıdır. Qalacaqlarsa, deməli, onların da burada hansısa marağı var. Xoşagəlməz hallar baş verərsə, dərhal bizə məlumat verin ki, o hallar qəsdən baş veribsə, həmin insanlar komissiyalardan uzaqlaşdırılsın, yox əgər bilməyərəkdən baş veribsə, maarifləndirmə işləri aparılsın. Biz burada şəxsi maraqlardan uzaq olmalıyıq. KİV nümayəndələri bu məsələlərə bu cür yanaşanda, bunun pis nəticələri olur. Bütün KİV nümayəndələrinə müraciət edirəm ki, sabah bizimlə əməkdaşlıq etsinlər".

M.Pənahov qeyd edib ki, seçkiləri müşahidə etmək üçün 50 551 nəfərə qədər müşahidəçi qeydə alınıb.

“Sabah Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərində 37 077-yə qədər namizədin iştirak edəcəyi gözlənilir. 8 siyasi partiya da rəsmi olaraq namizədlərini irəli sürüb. Bu partiyalara Yeni Azərbaycan Partiyası, Ümid Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Demokratik İslahatlar Partiyası, Sosial Demokrat Partiyası, Böyük Quruluş Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Ana Vətən Partiyası daxildir. Səsvermə 5015 məntəqədə həyata keçiriləcək. Bu məntəqələrdən 4887-si daimi, 128-i isə müvəqqəti yaradılan məntəqədir. Dünəndən etibarən, yəni seçkiqabağı təşviqat kampaniyası qurtardığına görə namizədlərin təbliğat xarakterli materialları, şəhərin müxtəlif yerlərində asılan plakatlar artıq yığışdırılıb. MSK çoxlu sayda maarifləndirici tədbirlər həyata keçirib. 8 ölkə miqyaslı müşavirələr, seminar və təlimlər keçirilib.Yerlərdə çox ciddi şəkildə tədbirlər həyata keçirilir və hesab edir ki, bu il də polislə bağlı problemlər olmayacaq. 

2000-ci ildən bəri Azərbaycan polisinin seçkilər zamanı davranışı ilə bağlı beynəlxalq təşkilatların hesabatlarında iradlara rast gəlinməyib. Bu da onun nəticəsidir ki, Daxili İşlər Nazirliyi və MSK əməkdaşlıq edib və polislər üçün lazımi təlimlər keçirilib. Bu il də kifayət qədər işlər görülüb, Mərkəzi Seçki Komissiyası da öz tövsiyələrini verib. Hesab edirəm ki, bu il polislə bağlı heç bir problem olmayacaq. Əvvəlki illərdə olduğu kimi, bu il də Avropa Şurasına dəvət göndərilib. Biz bu il Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresi nümayəndələrini dəvət etmişik, amma onlar bizə gəlmək imkanları olmadıqlarını dedilər. Biz çox təkid etdik, lakin gəlmədilər. Mən belə başa düşdüm ki, Qərbdə Yeni illə bağlı bayramlar olur və görünür, onlar bu səbəbdən qrup yığmaqda çətinlik çəkiblər. Amma biz bir ay əvvəlcədən müraciət etmişdik", - deyə MSK sədri vurğulayıb. 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını açıqladı

Məşhur COVID peyvəndinin mənfi təsirləri təsdiqləndi

Turan İsmayılov Nyu Yorkda mənzil aldı - 735.000 dollar dəyərində... - Fotolar

Paltaryuyan maşına içində dəfnə yarpağı olan corab qoyun

Gömrük idarəsində əməliyyat: Rəis ifadə üçün Bakıya gətirildi

Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən vəzifə verilir? - Açıqlama

Azərbaycanda işçilərin maaşlarını mənimsəyən vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb olundular

Bürclərin yanlış bilinən xarakterləri - Əsas miflər

“Avroviziya”dan bir gün öncə Quran yandırılacaq

Müğənni Əbdül Xalid dəhşətli qəzaya düşüb   

Tbilisi ilə Vaşinqton arasında gərginlik artıb, Gürcüstanın Baş naziri ABŞ-a getməyib

Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb

Ən çox oxunanalar