Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Metropoliten xətlərinə bayram ovqatlı qatar buraxılıb - Foto

Yeni il ilə bağlı “Bakı Metropoliteni” QSC tərəfindən altı stansiyada Milad ağacı quraşdırılıb...

Bu barədə Poliqon-a “Bakı Metropoliteni” QSC-dən məlumat verilib. Bildirilib ki, ənənəyə sadiq qalaraq, Yeni ilin gəlişi münasibətilə silsilə tədbirlər başlanılıb.

Bayram ovqatlı tədbirlərə “İçərişəhər”, “28 May”, “Sahil”, “Elmlər Akademiyası”, “Avtovağzal” və “Memar Əcəmi” stansiyalarının vestibüllərində müxtəlif oyuncaqlarla bəzədilmiş şam ağaclarının quraşdırılması ilə başlanılıb.

Ənənəyə uyğun olaraq, qatarlardan biri bayram ovqatı ilə bəzədilib. Hər gün xətlərdə müxtəlif marşrutlar üzrə hərəkət edən bu qatarın ön hissəsi 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü, yan hissələri isə Yeni ilin rəmzləri ilə bəzədilib.

Yeni ilin ilk günlərinə qədər bəzədilmiş qatar xətlərdə hərəkət edəcək, yolkalar stansiyalarda olacaq.
Bakı metropoliteni 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə hər dəfə sərnişinlərinin xüsusi rəğbətlə qarşıladığı tədbirlərin hazırlığını da yekunlaşdırıb.

Zəngin proqramlı tədbirlərə “İçərişəhər” stansiyasında retro vaqonların nümayişi, Şaxta baba ilə Qar qızın şən şousu, Bəhram Bağırzadə ilə görüş, dörd stansiyada konsert proqramları daxildir. Builki bayram tədbirlərinə daha biri də əlavə olunub: “İçərişəhər” stansiyasında Yeni ilə həsr olunmuş sərgi də açılacaq.

Fotolar

Poliqon.info


Etiket: Metropoliten


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Dəhşətli qəzada həlak olan qazinin görüntüsü - Yenilənib,Video,Foto

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Talıb Talenin özündən 15 yaş kiçik nişanlısının görüntüləri yayıldı - Video

Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək

Deputat: “Uşağı əməliyyatla dünyaya gətirirlər, bunun nəyi analıqdır?!” - Video

AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib

Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı qərar verdi

Qətlə görə saxlanılan direktor müavini imiş - Yenilənib, Foto

Ən çox oxunanalar