Çərşənbə axşamı, 21 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mərkəzi Asiyada Çinin və Türkiyənin maraqları...

Rusiya-Ukrayna müharibəsi Mərkəzi Asiya üçün dönüş nöqtəsi oldu...

Mərkəzi Asiyanın Qafqaz və Türkiyə vasitəsilə Avropa ilə əlaqəsinin Çin üçün həm müsbət, həm də mənfi cəhətləri var.

PİA.az xəbər verir ki, bu barədə The Cradle analitik nəşrinin məqaləsində bildirilir.

Nəşr yazır ki, 1996-cı ildə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) yaradılması ilə regionda sözsüz rol bölgüsü yarandı: Çin regionun iqtisadi məsələləri ilə, Rusiya isə müdafiəsi ilə məşğul oldu.

Türkiyə 2018-ci ildə Çinin “Bir kəmər, bir yol” beynəlxalq nəqliyyat və logistika layihəsinə qoşulub və Çin-Türkiyə əlaqələri inkişaf etməkdə davam edir. Lakin Çin Türkiyənin Orta Asiyadakı mövqeyi ilə bağlı dilemma qarşısındadır. “Bir kəmər, bir yol” layihəsi kontekstində, Çin Türkiyəyə həm Avropa ilə Mərkəzi Asiya arasında körpü, həm də maneə kimi baxır. 2017-ci ildən bəri isə Türkiyə uyğur məsələsində səssiz qalıb. Görünür ki, Ankara Pekinin geosiyasi layihələrində iştirak etməkdə çox maraqlıdır və bu üzdən də uyğurların milli əsaslarla təqib olunmasına ABŞ qədər səs çıxarmır. Bununla belə, Çinin Türkiyəyə qarşı inamsızlığı davam edir...

The Cradle-nin analitikləri hesab edir ki, Mərkəzi Asiyanın Qafqaz və Türkiyə vasitəsilə Avropa ilə əlaqəsinin Çin üçün həm müsbət, həm də mənfi cəhətləri var. Bu, ilk baxışda “Kəmər və Yol” layihəsi üçün müsbət görünsə də, digər tərəfdən Çindən yan keçməklə Mərkəzi Asiyanı Avropa ilə birləşdirmək imkanları Çini daha çox narahat edir. Çünki Mərkəzi Asiyanın Çindən daha çox müstəqil olması isə getdikcə Qərb dünyasının maraqlarına da uyğundur.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rəisinin helikopterini azərbaycanlılar tapıb – Video

Müştərilərin ən çox şikayət etdiyi bankların adları açıqlanıb - Siyahı

Rəisinin həlak olduğu helikopter qəzası necə baş verib? - Mühəndis Pilot Əhməd İzgi danışdı

Türkiyə İran Prezidentinin düşdüyü qəza ilə bəzi təfərrüatları açıqlayıb

ABŞ Dövlət Departamenti Rəisinin ölümündə İran hakimiyyətini ittiham edib

Cavanşir körpüsünün söküntü işlərinin bitəcəyi tarix açıqlanıb

Notariusların fəaliyyəti ilə bağlı yeni tələblər müəyyənləşib

Azərbaycanda iki teatrın adı dəyişdirilir: İşçilərinin maaşı artacaq

Xalq artisti: "Toya gedən rəqqasə pula görə özünü alçaldır"

Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib

Ən çox oxunanalar