Cümə, 17 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Mən seyidəm, İmam Hüseynin qədrini yaxşı bilirəm!” - Mir Şahin Ağayev

İmam Hüseyn, Həzrət Abbas kimi dəyərlərə isə toxunmayın...

İrançı qüvvələr məqsədyönlü şəkildə mənim çıxışımdan parçalar yayaraq guya dini inancları təhqir etdiyim barədə rəy yaratmaq istəyirlər”.

Bunu REAL TV-nin rəhbəri, jurnalist Mir Şahin Ağayev öz feysbuk səhifəsində yazıb.

O, hazırda maraqlı vəziyyət yarandığını bildirib: “İran İslam Respublikasının Ermənistan (Qeyri-İslam) Respublikasını öz milli maraqlarının tərkib hissəsitək müdafiə etməsi, onun sərhədlərini özünün qırmızı xətti sayması, sırağagünədək qardaş dediyi Azərbaycana sarı silah tuşlayaraq, dron qaldıraraq, Araza mobil körpü salaraq hərbi texnikası ilə üzərimizə yürüş imitasiyası yaratması, Nikol Paşinyan başda olmaqla, Ermənistanı müdafiə etməklə Xocalı soyqırımı müəlliflərinin yanında olduğunu nümayiş etdirməsi qalıb bir kənarda, bu yanaşma tərzini pislədiyimə, ola bilsin bir az sərt, amma haqlı tənqid etdiyimə görə məni linç hədəfinə çevirirlər”.

Mir Şahinin sözlərinə görə, İran İslam Respublikası inanclı insanların hissini işğal altındakı məscidlərimizdə donuz saxlayanlara susmaqla təhqir edib: “Mən yox! İnanclı insanlarımızı İrandan gələn azana Azərbaycanın səmimiyyətlə səcdə edən şiə camaatının etibarını ermənilərin ayağına verənlər təhqir edib, mən yox!

Mən seyidəm, ruhani ailəsində doğulmuşam, İmam Hüseynin də, Həzrət Abbasın da qədrini, dəyərini məqsədli irançılardan daha yaxşı bilirəm! Bazar günü mövzuya bir daha qayıdacağam. Görünür, daha bir açıqlamaya ehtiyac var! Amma İran İslam Respublikasının açıqlamasına olan ehtiyac daha böyükdür! Niyə Ermənistanın tərəfinə keçmək qərarına gəldi və ədalətli, öz tarixi haqqını bərpa etmiş Azərbaycanın yox, işğalçıların, Xocalı qatillərinin yanını seçdi? Bu suallara cavab verilməlidir! Mənim İmam Hüseyn həzrətlərinə, Həzrət Abbasa münasibətim hər bir səmimi Azərbaycan şiəsinin münasibətilə eynidir. Böhtanla, iftirayla diqqəti əsas mətləbdən yayındırmaq cəhdlərini yığışdırmaq, Azərbaycanın Qələbəsini həzm edə bilməmələrinin səbəbini izah etmək lazımdır! Azərbaycanı satıb İrana qaçan, orda hansısa Kərimə dövləti yaratmaqla bizi təhdid edən “soydaşlarımıza” görə cavab vermək lazımdır!

İmam Hüseyn, Həzrət Abbas kimi dəyərlərə isə toxunmayın! Onları ucuz siyasi məqsədlərinizə alət etməyin! Mövzu bu deyil! Mövzu İranın Ermənistana hər növ dəstəyidir! Pislənilməli, məhkum edilməli məsələ budur!”

Qeyd edək ki, o, bazar günü yayımlanan “Mir Şahinin vaxtı” verilişində İranın Azərbaycanla sərhəddə keçirdiyi hərbi təlimlər barədə danışaraq bu ölkənin Ermənistanın Qafan şəhərində konsulluq açmasını qınayıb. Bu zaman Mir Şahinin özünü ifadəsi zamanı dini şəxsiyyətlərin adından istifadə etməsi geniş müzakirələrə səbəb olaraq tənqid edilib.(unikal)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda bu ərazilərdə torpağın sotu 500 min manata satılır

Azərbaycanda tüğyan edən saxta “endirim minnətinə” qarşı necə mübarizə aparmaq olar?

Deputatın 64 yaşlı qudası 11 nəfəri işə düzəltmək adı ilə aldadıb

Lənkəranda itkin düşmüş 22 yaşlı qadının boğularaq öldürüldüyü müəyyən olunub, tanışı tutulub

Türkiyədə hələ də dövlət çevrilişi edə biləcək qurumlar və güc mərkəzləri mövcuddur?

Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - Yenilənib

Qətlə yetirilən tələbə barədə detallar: Könül sonuncu telefon danışığını kiminlə edib? - Video

Bakıda evi satan kirayənişin ölkədən qaçıb - Rəsmi

Paşinyan: Ermənistan sərhədçiləri artıq 10 gündür ki, Bağanis-Voskepar ərazisində xidmət aparır

Bakıda tıxacın aradan qaldırılması məqsədilə yeddi layihə icra olunacaq

Dövlət sərhədini pozmağa cəhd göstərən 10 nəfər saxlanılıb

Ən çox oxunanalar