Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məktəbli qızı zorlayanlardan biri məmur oğlu imiş


Beyləqanda 5 həmkəndlisi tərəfindən cinsi zorakılığa məruz qalan məktəbli qızın videogörüntüsünü çəkən məmur oğlu imiş


Aznews.az-a daxil olan məlumata görə, məktəbli qızın videogörüntüsünün çəkilməsində qapını arxadan bağlayan və çirkin istəklərinin həyata keçirilməsində Rasim Babayevə dəstək verən Murad Həziyev “Azərişıq” ASC-nin Beyləqan Rayon Şöbəsinin məsul əməkdaşı İsaxan Həziyevin oğludur.

İsaxan Həziyev Birinci Şahsevən kəndinin aparıcı mühəndisidir.

Məlumata görə, İsaxan Həziyev oğlunun bu əməlindən xəbərdardır. Ancaq, oğlunun azyaşlı olduğunu səbəb gətirən məmur hər cəhdlə onu bu cinayətdən kənarda saxlamağa çalışır.

5 nəfər həmkəndlisi tərəfindən cinsi zorakılığa məruz qalan məktəbli qız müsahibəsində “Murad qapını arxadan tutdu. Yalvardım ki, qapını aç, mənə kömək elə. O, mənə kömək eləmədi. Əksinə, dedi ki, “Rasim nə deyirsə o da olacaq”. Yalvardım ona, çəkmə məni dedim. Yalvarışlarıma, göz yaşıma belə baxmadı”-deyə bildirib.

Məktəbli qız onu da əlavə edib ki, Murad da daxil olmaqla gənclər videogörüntünün internet şəbəkəsinə qoyulması ilə onu şantaj edərək öz istəklərini həyata keçiriblər.

Məsələ ilə bağlı Birinci Şahsevən kəndi ilə əlaqə saxladıq. Məlumatı kəndin aidiyyatı qurumları təsdiqlədi.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - Yenilənib

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

"Bakı marafonu 2023"ün qalibi: Hər şey mənim üçün asan oldu

Ən çox oxunanalar