Meksikada 7,1 bal gücündə zəlzələ baş verib.
Bu barədə Meksikanın Seysmoloji Xidmətinin “Twitter” səhifəsində məlumat verilib.
Qeyd olunur ki, zəlzələ Meksikanın Akapulko şəhərindən 11 kilometr cənub-şərqdə, on kilometr dərinlikdə meydana gəlib.
Zəlzələ nəticəsində paytaxt Mexiko şəhərinin bir hissəsində elektrik enerjisi kəsilib.
Hələlik dağıntılar və insan tələfatı barədə məlumat verilməyib.
pia.az