Bazar, 07 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məhkəmə rüşvətə görə tutulan keçmiş xəstəxana direktoru ilə bağlı qərar verdi

Ali Məhkəmədə Qusar Rayon Mərkəzi Xəstəxanasının sabiq direktoru Mübariz Zeynalovun barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az xəbər verir ki, hakim Əziz Seyidovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mübariz Zeynalov 7 il müddətinə azadlıqdan məhrum olunub. Sumqayıt Apellyasiya Məhkəməsinin qərarına əsasən, birinci instansiya məhkəməsinin çıxadığı hökm apellyasiya şikayətinə münasibətdə dəyişdirilib.

Hökmdən təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin (CM) 308.2-ci maddəsi ilə təqsirli bilinməsi, ona CM-in 308.2-ci maddəsi ilə cəza təyin edilməsi və həmin cəzanın CM-in 311.1-ci maddəsi ilə təyin edilmiş cəza ilə qismən toplanılmaqla qəti cəzanın müəyyən edilməsi barədə müddəalar çıxarılıb. Mübariz Zeynalova verilmiş ittihamın CM-in 308.2-ci maddəsi ilə olan hissəsi ittihamdan xaric edilib.

Təqsirləndirilən şəxs üzərində CM-in 311.1-ci maddəsi ilə 2 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, xəstəxana direktoru 2021-ci il oktyabrın 19-da xidməti otağında 1000 manat rüşvət alarkən Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.1-ci (rüşvət alma) maddələri ilə cinayət işi başlanıb. Müəyyən edilib ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Qusar Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru Mübariz Ağakərim oğlu Zeynalov həmin tibb müəssisəsinin həkim-stomatoloqunun xidməti istifadəsinə veriləcək stomatoloji qurğunun adının xəstəxana tərəfindən büdcə vəsaiti hesabına alınacaq avadanlıqların siyahısına salınmaqla ona təqdim edilməsi müqabilində sonuncudan rüşvət qismində istədiyi 2 000 manat pul vəsaitinin 1 000 manatını alıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Mübariz Zeynalov tələb etdiyi rüşvətin qalan 1 000 manat məbləğini 19.10.2021-ci il tarixdə xəstəxanadakı xidməti otağında rüşvət qismində alarkən cinayət başında yaxalanıb.

Poliqon.info 


Etiket: Məhkəmə


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu şəxslər metro və avtobusdan pulsuz istifadə edə bilər – Siyahı

Xalq artistindən çağırış: Siz Allah, lütlənməyin, soyunmaq müasirlik deyil

HƏMAS İsraillə atəşkəsə ilkin razılıq verdi

Ördək, yoxsa dovşan: Bu psixoloji test bütün sirlərinizi açacaq

KİV: Ermənistanı Gürcüstanla birləşdirən körpü Azərbaycana qaytarılacaq

Macarıstanın Baş nazirinin Azərbaycana səfəri başa çatıb

Emil ilk dəfə yeni doğulan qızının üzünü göstərdi - Foto

Şuşada Prezident İlham Əliyevin adından TDT-nin dövlət və hökumət başçılarının şərəfinə nahar verilib

Barış Akarsunun 17 ildən sonra ortaya çıxan son görüntüsü gündəm oldu - Video

Ən çox oxunanalar