Bazar, 18 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məhkəmə-Hüquq Şurası arvadını qətlə yetirən hakimlə bağlı qərar verdi - Yenilənib

Məhkəmə-Hüquq Şurasının videokonfrans formatında iclası keçirilib.

Qurumdan "Report"a verilən məlumata görə, iclasda Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Fəqan Əhmədov barədə cinayət təqibinin həyata keçirilməsinə razılıq verilməsinə dair Baş prokurorun təqdimatına baxılıb.

Baş prokurorun birinci müavini Elçin Məmmədov məlumat verib ki, Pərvanə Əhmədovanın qətli ilə bağlı Baş Prokurorluq tərəfindən başlanılmış cinayət işi üzrə toplanmış materiallara əsasən, onun əri, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Fəqan Əhmədov şübhəli şəxs qismində tutulub və barəsində cinayət təqibinin həyata keçirilməsinə razılıq verilməsi üçün Şuraya müraciət edilib.

Hazırda cinayətin törədilmə səbəbi, şəraiti və iş üzrə digər mühüm hallar araşdırılır.

Məhkəmə-Hüquq Şurasının iclasında təqdimatın təmin edilməsi qərara alınıb.

***

Sabunçu Rayon Məhkəməsinin hakimi Fəqan Əhmədovun həyat yoldaşı Pərvanə Əhmədovanı odlu silahla qətlə yetirməsi ilə bağlı detallar açıqlanıb.

PİA.az xəbər verir ki, bu barədə e-huquq.az-a F.Əhmədovun vəkili Bəylər Məmişov məlumat verib. Vəkil hadisənin tərəflər arasında zarafat zəmnində baş verdiyini deyib.

"Fəqan Əhmədovun həyat yoldaşını guya qəsdən öldürməsi ilə bağlı məlumatlar həqiqətə uyğun deyil. Hadisə zarafat zəmnində baş verib. Fəqan Əhmədov odlu silahla ehtiyasız davranıb. Belə ki, o silahın boş olmasından əmin olub. Silahı zarafata həyat yoldaşına tuşlayıb və bədbəxt hadisə baş verib. Təqsirləndirələn şəxs Baş Prokurorluğun İstintaq idarəsində ifadəsi zamanı da bunları qeyd edib", - deyə B.Məmişov qeyd edib.

Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata görə, mayın 30-da paytaxt sakini Əhmədova Pərvanə Süleyman qızının qəsdən öldürülməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə Sabunçu rayon prokurorluğunda başlanan cinayət işi üzrə istintaqın aparılması Baş Prokurorluğun rəhbərliyinin göstərişinə əsasən Baş Prokurorluğun İstintaq idarəsində tapşırılıb. Əhmədov Fəqan Rövşən oğlunun özünə məxsus ov tüfəngindən atəş açaraq Pərvanə Əhmədovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Fəqan Əhmədov şübhəli şəxs qismində istintaqa cəlb edilib. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanın yanğınsöndürmə təyyarəsi az sonra Türkiyənin hava limanına enəcək

Livanın bütün ərazisində elektrik enerjisi kəsilib

"Bakıdan Qazaxa 12 manat, Şuşaya 26 manat?" - Şikayət

İsrailə raket yağışı: "Hizbullah" Livandakı hücuma cavab verdi

Qayınanasının fotosunu paylaşıb bunları yazdı

Separatçı necə YAP-ın İdarə Heyətinin üzvü və deputat ola bildi?

40 yaşından sonra ana olan məşhurlarımız - Siyahı

Şuşa-Laçın yolunda bulağın ətrafında yaranmış xoşagəlməz vəziyyət aradan qaldırılıb

Putin Sergey Butini XİN başçısının birinci müavini təyin edib

Bu insanlar münasibəti idarə etməyi sevirlər - Dominant bürclər

Ən çox oxunanalar