Cümə axşamı, 23 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mehdiyevin siyasi və mənəvi varisləri... – Ciddi zərbə vurulan “5-ci kolon”un tamamilə məhv olması üçün nə etməli?

Ramiz Mehdiyevin istefası göstərdi ki, bir neçə gün əvvəl AMEA-nın rəsmi saytı vasitəsilə yayımladığı qeybətçilik və təhdid dolu yazısı, doğrudan da onun ölkənin siyasi həyatında və gündəmində qalmaq uğrunda son çırpıntıları imiş. Belə görünür ki, artıq bu yazı paylaşılan ərəfədə daxilən istefa qərarı verilmişdi. Aydın məsələ idi ki, hakimiyyəti təhdid mesajları ilə zəngin olan həmin yazıdan sonra AMEA Prezidenti postunda uzun müddət qalmaq mümkün deyildi.

Eyni zamanda, son zamanlar Mehdiyevin ətrafında baş verənlər Azərbaycanda ictimai rəyin və təzyiqin, xüsusilə də mətbuatın heç də əvvəllər düşünüldüyü qədər zəif və təsirsiz vasitə, qüvvə olmadığını ortaya qoydu...

İnsanlar öz müsbət və mənfi əməllərinə görə dəyəri də, cəzanı da sağlıqlarında almalıdırlar və bunu verə bilən güclü dövlət, həmçinin cəmiyyət olmalıdır. Bu baxımdan indidən sonra Mehdiyevin özü və şəbəkəsi ətrafında cərəyan edəcək hadisələr dövlət və cəmiyyət üçün sınaq olacaq. Əgər hər şey bununla da bitəcəksə, deməli “aysberqin görünən tərəfi”ni zərərsizləşdirməklə kifayətlənmiş və özümüzü aldatmış olacağıq.

İlk baxışdan Mehdiyevin tutduğu xəttə xidmət edənlər hazırda məlum sahibsiz küçə canlıları kimi ortalıqda qalmış kimi görünürlər. Ancaq bu, yanlış qənaətdir və arxayınçılığa qətiyyən əsas verməməlidir.

Məsələ ondadır ki, Mehdiyevin uzun illər boyu daşıdığı missiyaya uyğun olaraq törətdiyi əməllərlə onun bugünkü komfortlu durumu adekvat deyil. Hər nə qədər cəmiyyət və mətbuat təzyiq etsə də, adam yenə də onu istefaya çağıranların yox, məhz özünün kefi istədiyi vaxt qara, bahalı lyuks maşına oturub, lyuks evinə getdi. Özünün və yaxınlarının böyük biznesləri, bankı, saysız-hesabsız mülk və obyektləri, ən əsası isə hakimiyyətin müxtəlif təbəqələrinə yerləşdirdiyi fiziki və mənəvi cəhətdən ona yaxın olan, onunla eyni “dəyərləri” bölüşən, eyni mərkəzə xidmət edən şəbəkə də öz yerindədir.


Bu şəbəkənin hüquq-mühafizə orqanlarından orduya, iqtisadi strukturlardan icra hakimiyyəti orqanlarına, təhsildən səhiyyəyə, QHT sektorundan mətbuata qədər çoxsaylı qurumlarda, ciddi postlarda təmsilçiləri var və onlar da heç də dövlətə sadiq adamlar sayıla bilməz. Fürsət əldə edən kimi dövlətə, millətə ziyan vuracaq fəaliyyətlərini davam etdirəcəklər...

Bu baxımdan Mehdiyevin AMEA Prezidenti postundan istefası hər nə qədər ciddi hadisə sayılsa da, həlledici məqam kimi qəbul olunmamalıdır.

Unutmayaq ki, Mehdiyevi yetişdirən və himayə edən xarici qüvvə təkcə artıq çoxdan yaşlanan və fiziki imkanları məhdudlaşan bu şəxsə stavka edəcək qədər sadəlövh deyil. İstisna etmək olmaz ki, yaxın gələcəkdə Ramiz Mehdiyevin siyasi-mənəvi varisi hansı formadasa üzə çıxarılacaq...

Dünən yayılan xəbərə görə, AMEA Prezidenti katibliyinin rəisi, Mehdiyevin baldızının oğlu, Prezident Administrasiyasında rəhbər olduğu vaxtlar onun köməkçisi işləmiş Eldar Əmirov saxlanılıb.

Təbii ki, bu adam Mehdiyev şəbəkəsinin heç də əsas aparıcı fiqurlarından deyil və əsasən “buyruq qulu” rolunu oynayıb. Ancaq hər halda, bu həbsi bəlkə də məlum şəbəkənin hüquqi yolla cəzalandırılmasının başlanğıcı hesab etmək olar.

Bundan az öncə isə vaxtilə Mehdiyev tərəfindən biznesi əlindən alınmış və açıq reketliklə üz-üzə qalmış Zülfüqarlı qardaşları mətbuat vasitəsilə müəyyən mesajlar veriblər. Loğman Zülfüqarlı Mehdiyevin cinayətlərilə bağlı deyib: “Bu cinayətlər 2005-ci ilin dekabrında törədilib və təəssüflə qeyd edirəm ki, bu gün də araşdırılmamış qalmaqdadır. Amma ümidimizi itimirik və Ramiz Mehdiyevin də çox yaxın zamanlarda bizə qarşı cinayətlərə görə qanun qarşısında cavab verəcəyinə, cəzaya çatdırılacağına əminik”.

Deməli, digər çoxsaylı qanunsuzluqlar və cinayətlər bir tərəfə, təkcə Zülfüqarlı qardaşları ilə bağlı epizod Mehdiyevin özünə qarşı qanunun tələb etdiyi formada tədbir görülməsinə imkan verir. Bəs, görək bu istiqamətdə sona qədər zəruri addımlar atılacaqmı?...

Hazırda daxili siyasətdə cərəyan edən hadisələr belə qənaətə gəlməyə əsas verir ki, Azərbaycanda Moskvaya bağlı “5-ci kolon” indiki qədər çətin duruma düşməyib. Bu şəbəkənin mənəvi atası urvatsız, hətta aşağılanmış şəkildə yola salınır.

Hansı ki, 2019-cu ildə, Prezident Adminstrasiyasından çölə atıldığı vaxt daha hörmətlə, izzətlə, abırlı şəkildə gedə bilərdi. Lakin görünür, xidmət etdiyi dairələr buna imkan verməyib, heç özü də bunu bir o qədər arzulamayıb. Ümid edib ki, əvvəlki təsirini, nüfuzunu qoruyub saxlaya biləcək, hətta Azərbaycanın siyasi həyatını, hətta hakimiyyəti silkələyə biləcək gücə malik olacaq. Ancaq alınmadı.

Əksinə, Azərbaycan üçün taleyüklü müharibə ərəfəsində bu şəbəkə mümkün qədər zərərsizləşdirildi, ona həvalə olunan missiyanı istədiyi şəkildə yerinə yetirə bilmədi. Ona əsas zərbəni isə 44 günlük müharibə və onun nəticələri vurmuş oldu. Bu zərbədən ayılmamış həmin bu çetənin başı mümkün qədər tezliklə əzilməlidir.

Elə əzilməlidir ki, bir daha kimsə “5-ci kolon”, başqa dövlətin canişini rolunu oynamağı ağlının ucundan belə keçirə bilməsin. Şəbəkənin bütün aparıcı nümayəndələri zərərsizləşdirilməlidir. Eyni zamanda, bu qüvvənin cəmiyyətdəki dayaqları ilə düzgün iş aparılmalı, məsələn rusdilli təhsilin onun əlində vasitəyə çevrilməsinə imkan yaradılmamalıdır...

Bir də ortada Azərbaycan elmi var. Dövlət mütləq Mehdiyevin gedişinin elmə müsbət nəsə verdiyini göstərməlidir! Doğrusu, onun AMEA-ya rəhbər gətirilməsi heç də elmə doğma münasibətin göstəricisi deyildi.

Lakin hələ 2019-cu ildə çoxlarına məlum idi ki, onun bu vəzifəyə gətirilməsi bir növ əlacsızlıqdan irəli gəlirdi və onun öz seçimi idi. Ancaq bununla yanaşı, həmin addım onun Azərbaycanın ictima-siyasi həyatından silinməsi üçün qısamüddətli vasitə, tramplin kimi nəzərdə tutulmuşdu. Ümid edək ki, bundan sonra sözügedən sahə daha təmiz, vicdanlı, dövlətə, xalqa və ən əsası elmə bağlı olan əsl ziyalılara, alimlərə həvalə olunacaq və heç vaxt siyasi oyunların, intriqaların, kimlərinsə siyasi ambisiyalarının girovuna çevrilməyəcək...

Cəlal Məmmədov(azpolitika.info)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu ərazi Azərbaycanın nəzarətinə keçir - Sanosyan

Paytaxt sakinlərindən Şəhriyar Məmmədyarovun qadınlarla bağlı qalmaqal yaradan fikirlərinə reaksiya

Polkovnik-leytenant arvadının kotteclərini satıb ziyanı ödəmək istəyir

Dəhşətli istilər gəlir: Temperatur 43 dərəcəyə yüksələcək

Azərbaycanda ana autizmli övladlarını qəsdən zəhərləyib?

Çingiz Əhmədov Şəhriyar Məmmədyarovu dəstəklədi: "Bütün sahələrdə kişilər öndədirlər"

Bakıda türk dünyasının ilk müştərək film layihəsi ilə əlaqədar görüş keçirilib

Ağdam sakini Şəkidə ov tüfəngi ilə özünü öldürüb

Norveç, İrlandiya və İspaniya Fələstini suveren ölkə kimi tanıyıb

İsrailin Münhendəki baş konsulluğuna hücum olub

Ən çox oxunanalar