Şənbə, 06 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Medvedev: Aİ-də heç kim Ermənistan və Ukraynanı gözləmir

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini ermənilərə xəbərdarlıq edib...

Dmitri Medvedev əmindir ki, Qərb Ermənistanı Avropa İttifaqına (Aİ) dəvət etmək fikrində deyil və Ukrayna da yaxın gələcəkdə bunu əldə edə bilməyəcək.

Poliqon xəbər verir ki, Rusiyanın sabiq prezidenti və baş naziri bu barədə “Rossiyskaya qazeta”da dərc olunan məqaləsində yazıb.

“KTMT və Aİİ çərçivəsində müttəfiqlik münasibətləri ilə möhkəmlənən rus və erməni xalqları arasında çoxəsrlik dostluq çoxdan Vaşinqton və onun müttəfiqlərinin gözündə tikan olub. Zaqafqaziya respublikasını Avro-Atlantik düşərgəyə çəkmək üçün mühüm resurslar sərf edilir”, deyə Medvedyev məqaləsində baş verənləri təsvir edib.

Medvedyev xəbərdarlıq edib ki, İrəvana tam sədaqət müqabilində “qızıl dağları”, o cümlədən Avropa İttifaqına üzvlük təklif olunur.

“Ancaq özünüzü aldatmayın: bu cür vədlər sadəcə olaraq neokolonial siçan tələsinin yemidir. Heç kim “elitar klubun” qapılarını erməni xalqının üzünə açmaq fikrində deyil. Neo-Banderaitlərdən soruşun ki, onlar Aİ-yə üzv ola biliblərmi? Xeyr və onlar bunu tezliklə əldə etməyəcəklər”, deyə Medvedev ermənilərə düşünməyi təklif edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əlahiddə Ümumqoşun Ordusunun komandanı təyin edilən Kənan Seyidov kimdir? - Dosye

Xankəndidə əsaslı təmir və bərpadan sonra “Qarabağ” hotelinin açılışı olub - Yenilənib

AVRO-2024: İspaniya ilk yarımfinalçı olub -  Yenilənib

Prezident Xankəndidə əsaslı təmir və bərpadan sonra “Palace” hotelinin açılışında iştirak edib - Yenilənib

Prezident “İsa bulağı” istirahət kompleksinin açılışında iştirak edib - Yenilənib

Macarıstanın Baş naziri Viktor Orban Azərbaycana səfərə gəlib - Foto

Azərbaycan lideri Xankəndi Konqres Mərkəzinin təməlini qoyub -Yenilənib

Ayın dərinliyində nə baş verir? - Məşhur iddia təsdiqləndi

Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentləri Şuşada gəziblər - Yenilənib

Ən çox oxunanalar