Şənbə, 06 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Mədəm yoxdur, hər gün arıqlayıram, xəstəlik artır”- Tünzalə

Xərçəngdən əziyyət çəkən əməkdar artist Tünzalə Əliyeva “Bizimləsən” verilişinin qonağı olub

Axşam.az-ın məlumatına görə, aktrisa yaşadıqlarından bəhs edib. “Toppuş bacı” ləqəbi ilə tanınan Tünzalə hər şeyin səbəbinin arıqlamaq üçün etdirdiyi əməliyyatlar olduğunu deyib:

“Bu xəstəlik 5-6 ildir var imiş. Amma son günlər yemədiyim üçün, imunitetim düşdü və xəstəlik irəlilədi. Hər gün yeməliyəm ki, kökəlim. Amma hər gün arıqlayıram. İndi 80 kiloqram olmuşam. Yeyə bilmirəm, mədəm yoxdur. Yumurta, zülal qəbul etməliyəm, olmur. İştah üçün vitaminlər qəbul etməliyəm, o da şişi böyüdür. Çox yeyəndə qaytarıram. Məsələn, bu gün mən bir konfet yemişəm. İmunitetim yoxdur, qanım aşağıdır. Kimyaterapiya da qəbul edə bilmirəm. Hətta həyat yoldaşım deyir ki, gedib süni mədə qoyduraq, arıqlama. Mən hər zaman deyirdim görəsən, nə vaxt çəkim ikirəqəmliyə düşəcək. Düşdü, amma bu cür. Arıqlamaq üçün etdirdiyim əməliyyatlara görə çox peşmanam”.

Tünzalə bildirib ki, valideynləri onun xəstəliyindən xəbərsizdilər:

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

“Bilmələrini istəmirəm. Sağalmaq istəyirəm, qızım Zəhra balacadır. Onu məktəbə yola salmağı arzulayıram. Amma ömrüm buna yetəcəkmi... Qayınanam mənə çox dəstək olur. Hər dəfə xəstəxanaya gedəndə, qızımı qayınanama tapşırıram”.

Göz yaşlarını saxlaya bilməyən T.Əliyeva müayinə üçün xaricə getməyə hazırlaşdığını söyləyib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Xankəndidə əsaslı təmir və bərpadan sonra “Qarabağ” hotelinin açılışı olub - Yenilənib

Azərbaycan lideri Xankəndi Konqres Mərkəzinin təməlini qoyub -Yenilənib

Prezident Xankəndidə əsaslı təmir və bərpadan sonra “Palace” hotelinin açılışında iştirak edib - Yenilənib

Prezident “İsa bulağı” istirahət kompleksinin açılışında iştirak edib - Yenilənib

İlham Əliyev Şuşada Dövlət Xidmətləri Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib - Yenilənib

Prezident Şuşada Aşağı Gövhər Ağa məscidinin bərpadan sonra açılışında iştirak edib

Əlahiddə Ümumqoşun Ordusunun komandanı təyin edilən Kənan Seyidov kimdir? - Dosye

Elşad Miri masonların Bakı toplantısında iştirak edib?

Natiq Miri: Böyük Britaniyada leyboristlərin hakimiyyətə gəlməsi ilə ciddi dəyişikliklərin anonsu verilir...

Rəcəb Tayyib Ərdoğan: Kimsə fransızların formasında xoruz var, niyə xoruzlanırsan deyirmi?

Ən çox oxunanalar