Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

MDB müşahidəçiləri bölgələrdəki seçki dairələrində olublar

Azərbaycanda növbədənkənar prezident seçkilərinin monitorinqi çərçivəsində MDB-dən olan müşahidəçilər Lənkəran, Lerik, Masallı, Cəlilabad və Salyan rayonlarına, həmçinin Naxçıvan Muxtar Respublikasının Şərur, Sədərək, Şahbuz, Culfa və Ordubad rayonlarında və Naxçıvan şəhərində olublar...

“Report” MDB İcraiyyə Komitəsinə istinadən xəbər verir ki, dairə seçki komissiyalarının rəhbərləri növbədənkənar seçkilərin keçirilməsinə hazırlıqla bağlı görülən işlər barədə müşahidəçilərə məlumat veriblər.

Missiya üzvləri məntəqə seçki komissiyalarında olarkən onların texniki və metodiki təminatı, seçici siyahılarına dair işlərin gedişatı ilə yaxından tanış olublar. Müşahidəçilər seçki məntəqələrinin yaxşı təchiz olunmasını və komissiya üzvlərinin yüksək hazırlıq səviyyəsini qeyd ediblər.

Monitorinq zamanı müşahidəçilər Naxçıvan şəhərində və Ordubad-Culfa dairələrində keçirilən treninqlərdə iştirak ediblər. Bu treninqlər zamanı məntəqə seçki komissiyalarının üzvləri seçkilərin keçirilməsinin təşkilati məsələləri ilə bağlı təlimatlandırılıb.

Seçkiqabağı kampaniyaya da xüsusi diqqət yetirilib. Dairə seçki komissiyalarının sədrləri müşahidəçilərin diqqətinə çatdırıblar ki, namizədlərə və onların səlahiyyətli nümayəndələrinə təşviqat aparmaq üçün qanunla nəzərdə tutulmuş bütün imkanlar yaradılıb.

MDB müşahidəçilər missiyasının formalaşdırılması prosesi də başa çatıb. 169 müşahidəçinin akkreditasiyası üçün sənədlər Azərbaycan Mərkəzi Seçki Komissiyasına göndərilib. Buraya Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Türkmənistan, Özbəkistan, MDB-yə üzv dövlətlərin Parlamentlərarası Assambleyası və MDB İcraiyyə Komitəsinin nümayəndələri daxildir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda şok cinayət: Hoteldə sevgilisini pəncərədən atdı

Qətlə görə saxlanılan direktor müavini imiş - Yenilənib, Foto

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Türkiyədə dövlət çevrilişi təhlükəsi - Ərdoğan təcili toplantı keçirib...

Natiq Miri: Hər tərəfdə kim nə düşünürsə düşünsün, Azərbaycana möhtacdırlar...

Üç bürcü mayın ortalarında qeyri-adi dəyişikliklər gözləyir

Gürcüstanın Baş naziri: ABŞ-nin sanksiyalar söhbəti qeyri-ciddidir

Soyuq may ayında qiyməti ilə “hərarətləndirən” kafelər: Bulvardakı vəziyyət nə zaman düzələcək? - Video

Bahar Muradova: “Nikah yaşı ilə bağlı artıq təklif irəli sürülüb”

Ağ Ev: ABŞ Gürcüstanla münasibətlərə yenidən baxa bilər

Ən çox oxunanalar