Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Masallı icra hakimiyyəti azyaşlının nikaha cəlb olunmasını araşdırır

Masallıda azyaşlının nikaha cəlb olunması ilə bağlı Masallı rayon İcra hakimiyyəti tərəfindən məlumat yayıb. PİA.az həmin məlumatı təqdim edir:

"Masallı rayonu, Bədəlan kəndində azyaşlı qızın erkən nikaha cəlb edilməsi ilə bağlı mətbuatda yayılan məlumatlara cavab olaraq bildiririk ki, məsələ ilə bağlı 07.06.2021-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyəti başçısının Bədəlan kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsinin verdiyi və mətbuatda yayılan məlumat əsasında Rayon İcra Hakimiyyəti başçısının tapşırığı ilə dərhal Rayon İcra Hakimiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın sədri və məsul katibi, aparatın Hüquq şöbəsinin müdiri, rayon Polis şöbəsinin məsul əməkdaşı, ərazi nümayəndəsi və məktəb direktoru birgə sözügedən ailə ilə yaşadıqları ünvanda görüşüb və qeyd olunan müraciət rayon Polis şöbəsinə təqdim olunub.

Araşdırma zamanı məlum olub ki, 11.07.2006-cı il təvəllüdlü, Bədəlan kənd tam orta məktəbinin 8-ci sinif şagirdi azyaşlı F.İ-nin atası 2007-ci ildə vəfat edib və hazırda azyaşlı qardaşı ilə birlikdə anasının himayəsində yaşayır. Ailə üzvlərinin və yaxınlarının deməsinə görə 05.06.2021-ci il tarixdə azyaşlı ilə hazırda Bədəlan kəndində olan, Rusiya Federasiyası vətəndaşı, orada sahibkarlıq fəaliyyəti ilə məşğul olan 1985-ci il təvəllüdlü Seymur adlı şəxs arasında Lənkəran rayonu, Osaküçə kəndində yerləşən restoranların birində nişan (öz demələrinə görə üzük taxma) mərasimi olub. İcra hakimiyyətinin işçiləri tərəfindən F.İ-nin ailə üzvləri, valideyni və orada olan yaxınları ilə maarifləndirici-profilaktiki söhbətlər aparılıb, Azərbaycan Respublikasının müvafiq Qanunlarının müddəaları onlara izah olunub, məsuliyyətləri barədə ciddi xəbərdarlıq edilib.

Azyaşlının valideyni həyat yoldaşının vəfat etdiyini, ailəsinin başsız qaldığını və bu səbəbdən qızını nişanlamağa (ad etməyə) razılıq verdiyini, qızının nikah yaşı çatdıqdan sonra nikaha daxil olmasına razılıq verəcəyini bildirib. Komissiya azyaşlıya və valideyninə erkən nikahın fəsadlarını izah edib, təhsilini davam etdirməsini və nikah yaşı çatmamış nikaha daxil olmamasını tövsiyyə edib. Bildirilib ki, azyaşlıya nikaha məcbur ediləcəyi təqdirdə DİN-nin 102 xidməti zəng mərkəzinə günün istənilən vaxtı müraciət edə bilər. Rayon Polis şöbəsində azyaşlı, valideyni və nişanlandığı oğlan dindirilib, izahatları alınıb, İzahatlarında hər iki tərəf nikah yaşı tamam olmadan evlənməyəcəkləri ilə bağlı təminat verib.

Məsələ ilə bağlı hazırda Rayon İcra Hakimiyyətində və rayon Polis şöbəsində araşdırma davam edir və nəzarətdə saxlanılmaqdadır".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək

Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı qərar verdi

Qətlə görə saxlanılan direktor müavini imiş - Yenilənib, Foto

Sabirabadda dəfn olundu, Bakıda televizor alanda tutuldu

Putin Peskovla bağlı qərarını açıqladı - Foto

Ceyhun Bayramovla ATƏT sədri arasında görüş keçirilib - Yenilənib

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Köç karvanı Şuşaya çatıb, açarlar sakinlərə təqdim edilib - Yenilənib 

Baş nazirdən həqiqi hərbi xidmətə çağırışla bağlı qərar

Natiq Miri: Hər tərəfdə kim nə düşünürsə düşünsün, Azərbaycana möhtacdırlar...

Ən çox oxunanalar