Bazar, 08 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Marşal Konevə görə qisas: “Zəhərli diplomat” meri öldürmək üçün Praqaya göndərildi?

Rusiya ilə Çexiya arasında Praqada sovet marşalı Konevə qoyulmuş abidənin sökülməsindən sonra gərginləşən münasibətlərin daha da kəskinləşməsi riski yaranıb...

PİA.az xəbər verir ki, buna səbəb Rusiya kəşiyyatının heykəlin sökülməsi haqda qərar verən Praqa merini zəhərləyib öldürmək planları barədə iddialardır.

Sovet təbliğatı marşal Konevi Praqanın xilaskarı elan etmişdi və indiki Çexiya paytaxtında ona böyük abidə qoyulmuşdu. Lakin indi çexlər Konevi xilaskar yox, işğalçı kimi qəbul edir və deyirlər ki, Praqa Hitler qoşunlarından hələ sovet ordusu şəhərə daxil olmazdan əvvəl milli azadlıq qüvvələri tərəfindən azad edilmişdi. Və bir neçə həftə əvvəl marşalın nəhəng heykəli Rusiya XİN-in və Müdafiə Nazirliyinin kəskin etirazlarına baxmayaraq sökülüb.

Bu günlərdə Çexiyanın “Respekt” adlı jurnalı adının açıqlanmasını istəməyən mənbəyə istinadən yazıb ki, təxminən üç həftə əvvəl diplomatik pasportla ölkəyə gələn Rusiya vətəndaşının çantası Praqanın Vatslav Havel Beynəlxalq Aeroportunda yoxlanılarkən orada bitki mənşəli güclü təsiredici qüvvəyə malik zəhər-ritsin aşkarlanıb. Zəhərliliyinə görə, ritsin döyüş təyinatlı zəhərləyici vasitədir, amma bu maddə ilə zəhərlənmənin ilkin əlamətləri qripə oxşayır. Bu isə indiki koronavirus pandemiyası dövründə əla maskalanma ola bilərdi.

Nəşrin yazdığına görə əslində həmin “rusiyalı diplomat” Rusiya xüsusi xidmət orqanlarından birinin əməkdaşıdır və o, aerportu Rusiya səfirliyinin avtomobilində tərk edib. Ehtimal edilir ki, “diplomatın” çantasındakı zəhər Praqa meri Zdenej Qrjibi, “Praqa-6” inzibati rayonunun rəhbəri Ondrjey Kolarjın və Rjeporye rayonunun rəhbəri Pavel Novotnının öldürülməsi üçün nəzərdə tutula bilər. Mer Z. Qrjib Konevin heykəlini sökdürməklə yanaşı Praqa Rusiya səfirliyinin yerləşdiyi küçənin adını dəyişdirib, qətlə yetirilən müxalif rusiyalı siyasətçi Boris Nemtsovun adını həmin küçəyə verib.

Bildirilir ki, Çexiyanın təhlükəsizlik qüvvələri həmin “diplomatın” gəlişindən xəbərdardır və Moskvanı qəzəbləndirən siyasətçilərin həyatına sui-qəsd təhlükəsini dəyərləndirir. Jurnal onu da yazır ki, Çexiya əks kəşfiyyatı təxminən ay yarım əvvəl Rusiyadan böyük sayda kəşfiyyatçının Avropaya göndərildiyini təsbit edib. Bu da həmin “diplomatın” çantası ilə əlaqəli ola bilər.

Praqa meri, solda

Çexiya XİN təsdiq edib ki, təxminən üç həftə əvvəl Rusiya səfirliyi yanında akreditə edilmiş diplomat Praqaya qayıdıb. Onu aerportda həmkarları qarşılayıb. Lakin XİN əlavə detalları açıqlamayıb. Baş nazir Andrey Babiş elan edib ki, bu fakt iki ölkə arasında münasibətləri gərginləşdirir, amma Rusiya səfirinin Çexiyadan xaric edilməsi kimi radikal addımlar atmaq hələ tezdir.

Rusiya XİN və Kreml isə bəzi praqalı siyasətçilərin həyatına sui-qəsd hazırlığı iddialarını sərt formada təkzib edib, bu cür saxta məlumatların iki ölkə münasibətlərini gərginləşdirmək üçün ortaya atıldığını bildirib.

Lakin bu da məlumdur ki, aprelin 23-dən, yəni “zəhərli diplomatın” gəlişindən sonra adları çəkilən hər üç siyasətçi xüsusi polis mühafizəsinə götürülüb. Həmin vaxt mer Zdenek Qrjib bildirib ki, naməlum şəxs onu təqib edir.

Ritsin bitki mənşəli zəhərdir və onun zəhərləyici gücü kalium sianidin-cüzi dozası insanı öldürməyə bəs edən zəhərin gücündən 6 min dəfə artıqdır. Hazırda ritsin ən güclü zəhər sayılır, ona qarşı vasitə mövcud deyil. Bu səbəbdən ritsin bir çox ölkələrin xüsusi xidmət orqanları tərəfindən geniş tətbiq olunur.

Maraqlıdır ki, indiki koronavirus pandemiyası şəraitində ritsinin tətbiqini COVİD-19 virusuna yoluxma kimi maskalamaq çox rahat olar. Çünki ritsinlə zəhərlənmə zamanı insan əvvəlcə yorğunluq, əzələ ağrıları, ürəkbulanması, qarın ağrısı hiss edir, onun temperaturu qalxır, orqanizm zəifləyir. Bir neçə gün sonra zəhərlənən şəxs qara ciyərin və mədəaltı vəzinin parçalanması, kəskin mədə qanaxması, böyrəklərin toksik distrofiyası nəticəsində əzablı ölümə düçar olur. Meyitin yarılması zamanı zəhərin izlərini aşkarlamaq qeyri-mümkündür.

Zəhər SSRİ dövründə KQB-nin silahlarından biri olub və 1921-ci ildə NKVD-nin labaratoriyasında hazırlanıb.(Virtualaz.org)

pia.az

 


Etiket: Rusiya Çexiya

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Səttar Möhbalıyev vəzifədən gedərkən nə istəyib?

Deputat Hicran Hüseynova və bacısı Fransada 5 milyon avroluq villanı sökdürüb,  yenisini tikir - Foto

900-cü qolunu vuraraq rekorda imza atan Kriştianu Ronaldu "təlxək" adlandırılıb    

Avropa ölkələri Rusiyanın dondurulmuş aktivlərini öz aralarında böləcək    

27 ailəlik növbəti köç karvanı Şuşa şəhərinə çatıb -  Yenilənib

Paris-2024: İlham Zəkiyev bürünc medal qazana bilər - Yenilənib

Paris-2024: Lamiyə Vəliyeva növbəti medalını qazanıb

Dövlət hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə maliyyə dəstəyi göstərəcək

Kapadokiya – Türkiyənin nağıl dünyası və tarixi incisi – Fotolar

Zakir Həsənov Hikmət Mirzəyevlə birgə hərbçilərin sosial-məişət şəraiti ilə tanış olub

Xankəndidə avtomat, pulemyot, qumbaraatan və qumbaralar tapılıb

Ən çox oxunanalar