Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Marqarita Simonyan Putinə qarşı olanların asılmasını təklif edib

RT-nin baş redaktoru Marqarita Simonyan “Rossiya 1” telekanalında “Vladimir Solovyovla bazar günü axşamı” tok-şousunda Rusiyada Vladimir Putinin əleyhdarlarını müzakirə edib...

Poliqon xəbər verir ki, Rusiya təbliğat platformasının əsas ruporlarından biri olan Simonyanın fikrincə, xaricdəki müxalifətə qarşı Avropaya qoşun göndərməklə, Rusiyadakı müxalifəti isə onları asılmaqla mübarizə aparmaq lazımdır.

Simonyanın çıxışından kimin bəyanatlarının və ya nəşrlərinin onu bu cür arqumentlər irəli sürməyə vadar etdiyi bəlli deyil.

Erməni təbliğatçı rus müxalifətçilərinin və müstəqil jurnalistlərin Qərbdə təriflənməsinə qəzəblənib və Rusiyanın bu halda nəyə can atmalı olduğunu izah etməyə çalışıb. O, 1812-ci ildə olduğu kimi, Avropaya “boz paltolu 300 min tamaşaçı” göndərmək gərəkdiyini vurğulayıb.

Həmçinin Simonyan ölkə daxilindəki rejimin əleyhdarları üçün 1863-cü il Polşa qiyamının yatırılmasından sonra “cəllad” ləqəbli qraf Mixail Muravyovun təcrübəsinə qayıtmağı təklif edib.

Qeyd edək ki, Rusiya federal televiziya kanallarında mütəmadi olaraq düşmənləri məhv etməyə çağıran təbliğat proqramları göstərilir. Məsələn, Dövlət Dumasının deputatı Andrey Qurulev 2023-cü ilin sonunda Putinə etibar etməyən hər kəsi təcrid etməyə və ya məhv etməyə, “daxili düşmənlərə” ölüm cəzasını qaytarmağa və yazıçı Boris Akunini məhv etməyə çağırıb. Lakin onun ritorikası Kremlə çox aqressiv görünüb və o, “Rossiya 1”in efirindən uzaqlaşdırılıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək

Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı qərar verdi

Qətlə görə saxlanılan direktor müavini imiş - Yenilənib, Foto

Sabirabadda dəfn olundu, Bakıda televizor alanda tutuldu

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Ceyhun Bayramovla ATƏT sədri arasında görüş keçirilib - Yenilənib

Putin Peskovla bağlı qərarını açıqladı - Foto

Köç karvanı Şuşaya çatıb, açarlar sakinlərə təqdim edilib - Yenilənib 

Baş nazirdən həqiqi hərbi xidmətə çağırışla bağlı qərar

Natiq Miri: Hər tərəfdə kim nə düşünürsə düşünsün, Azərbaycana möhtacdırlar...

Ən çox oxunanalar