Çərşənbə axşamı, 10 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mark Zukerberq “Facebook”dakı səhmlərini satıb xeyriyyə işlərinə sərf edir

“Facebook” sosial şəbəkəsinin qurucusu Mark Zukerberq ötən ilin noyabr ayının 9-dən bugünə kimi 2,8 milyard dollar dəyərində səhm satıb.

Yeniavaz.com “Forbes” nəşrinə istinadən bildirir ki, Mark Zukerberq 9 noyabr 2020-ci ildən 14 iyul 2021-dək "Facebook”dakı səhimlərinin 9,4 milyon ədədini 2,8 milyard dollara satıb və bunun 90%-ini xeyriyyə təşkilatına bağışlayıb. Səhm satışından Mark Zukerberqin şəxsi hesabına keçən vəsait isə 200 milyon dollar olub.

Bildirilir ki, 2012-ci ildə “Facebook”un səhimləri açıq satışa çıxarıldqdan sonra Mark Zukerberqin şirkətdəki payı təxminən 2 dəfə azalaraq 14%-ə düşüb.

Mark Zukerberq və həyat yoldaşı Prisçilla Çan 2015-ci ildə xeyriyyə təşkilatı qurublar və yeni doğulacaq qızlarına xitabən yazdıqları bir məktubda bildiriblər ki, onlar “Facebook”dakı 45 milyard dollar dəyərindəki səhmlərinin 99%-ini xeyriyyə məqsədilə təhsil və səhiyyə üçün ayıracaqlar.

Bu tarixdən sonra Zukerberq “Facebook”dakı səhmlərini sataraq xeyriyyə işlərinə sərf edir. İndiyə qədər 132 milyon ədəd səhmini 15 milyard dollara satıb. Bu məbləğin yalnız 2,1 milyard dollarını şəxsi hesabına köçürüb.

Səhm satışları 2018-ci ildə zirvəyə çatıb. Həmin il Zukerberq 5,3 milyard dollar dəyərində səhm satıb. 2019-cu ilin noyabrında milyarder səhm satışını dayandırıb və bir illik fasilədən sonra 2020-ci ilin noyabr ayında yenidən sahm satışına başlayıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

SSRİ-nin ilk qadın nazirinin oğlu anasının başına oyun açıb: "Məni aldatdı ki..."

Vilayət Eyvazov Xankəndiyə yeni rəis təyin etdi

Süni bahalaşmaya son qoyulur: Cəza tədbirləri başladı

Bakıda evə silahlı basqın etməkdə şübhəli bilinən şəxs zərərsizləşdirilib

Məşhur karate ustasının həbsi ilə bağlı yeni detallar: "Yeniyetmə qızlara porno göstərib"

Azərbaycanda onlayn oyunlara qurşanan tələbə yoxa çıxdı

Türkiyəni ayağa qaldıran Narinin meyitinin yerini polislərə Zirəddin Rzayev deyib? - İddia

Ərdoğan Türkiyəni sarsıdan cinayətdən danışdı

Ukrayna XİN İran səfirinə sərt xəbərdarlıq etdi

Ucarda qaçırılan 16 yaşlı qız niyə geri qayıtmaq istəmir?

Ən çox oxunanalar