Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mariya Zaxarova: Xeyr, Ermənistana xəyanət edən Rusiya deyil, Aİ olub...

Son hadisələri, o cümlədən sentyabrın 19 və 20-də Qarabağda baş verən toqquşmaları götürsək, avropalı müşahidəçilər sadəcə olaraq ən alçaq mövqe tutduqlarını açıq-aydın göstərdilər...

Poliqon xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova oktyabrın 4-də keçirdiyi brifinqdə bildirib.

“Onlar əvvəlcə Ermənistanı nəsihət və vədlər verməklə məşğul idilər, sonra sadəcə olaraq rəsmi İrəvanı özlərinin hansısa növbəti tələlərinə sövq etdilər, və vəziyyətin necə inkişaf etdiyinin səssiz şahidi oldular. Axı rəsmi İrəvanı Moskvanın vasitəçiliyi ilə əldə olunan razılaşmaları həyata keçirmək yolundan çəkindirən və sövq edən Qərb ictimaiyyəti oldu. Daha doğrusu AB və ABŞ. Brüssel isə Moskva, İrəvan və Bakının razılaşdığı hər şeyi yerinə yetirmək lazım olmadığını, hansısa xüsusi yolla getmək lazım olduğu barədə fikir səsləndirənlər arasında ilk sırasda idi. Bu xüsusi yol, təəssüf ki, biz indiki vəziyyətə gətirib çıxarıb”, deyə Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi brifinqdə qeyd edib.

Zaxarova bildirib ki, Rusiya sülhməramlılarının atəşkəsin əldə edilməsində vasitəçi kimi çıxış etməsini Aİ də heç bir praktiki şəkildə kömək və yardım etməyi düşünmədən kənardan müşahidə etdi.

““Laçın dəhlizi” açılandan sonra ölkəmizin nümayəndələri Qarabağa humanitar yardımın çatdırılmasını necə təşkil ediblər, Ermənistana gedən Qarabağ sakinlərini necə müşayiət ediblər. Bütün Brüssel, bütövlükdə Aİ buna səssizcə, kənardan baxırdı. Yaxşı, necə susmaq olar? Ermənistan vətəndaşlarına guya Rusiya tərəfindən xəyanət edildiyi barədə yalanlar söyləmək nə qədər doğru idi. Xeyr, xəyanət edən Rusiya deyildi. Rusiya həmişə orada olub, həmişə bu bölgədə axan qanı dayandırıb. Həmişə maddi, iqtisadi və humanitar yardım göstərib. Moskvanın vasitəçiliyi ilə razılaşdırılan həyata keçirməkdən isə İrəvanı Aİ çəkindirdi. Ona görə də ermənilərə xəyanət edən də Aİ olub”, deyə Zaxarova vurğulayıb.

Zaxarova qeyd edib ki, Aİ-nin Ermənistandakı missiyası heç bir sabitlik və ya gərginliyin azalmasını təmin etmir.

“Əsas vəzifə Ermənistanın təhlükəsizliyini təmin etmək və Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasına yardım etmək deyil, Brüsselin maraqlarına uyğun kəşfiyyatın monitorinqi və vəziyyəti təhrik etməkdir”, deyə diplomat əlavə edib.

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişellə bu yaxınlarda verdiyi müsahibəni şərh edən Zaxarova xatırladıb ki, məhz Aİ Praqa və Brüsseldə sammitlərni təşkil edib, Ermənistan rəhbərliyi “Dağlıq Qarabağı” Azərbaycanın ərazisi kimi tanıyıb.

“Onlar bundan əvvəl deyirdilər ki, “Dağlıq Qarabağ”ın ərazisi Ermənistana aiddir. Niyə Şarl Mişel bu razılaşmaları əldə etdiyi zaman Qarabağ ermənilərinin hüquqlarını və təhlükəsizliyini xatırlamadı? Nə üçün bu Praqa və Brüssel prosesi zamanı Aİ rəsmi Yerevanın kuratoru olmaqla Dağlıq Qarabağ sakinlərinin təhlükəsizliyinin qayğısına qalmağı təklif etməyib? Çünki Aİ yalnız bir işlə məşğul idi - təxribatla. Aİ və ABŞ heç vaxt Dağlıq Qarabağ sakinlərinin taleyi ilə maraqlanmayıb, bu, onların siyasi oyununun yalnız bir hissəsidir. Onlar Rusiya ilə maraqlanırdılar. Onların bütün hərəkətləri rusofob yanaşmaya əsaslanır”, - deyə Zaxarova brifinqdə bildirib.


Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü bur daha vurğulayıb ki, ermənilərin Qarabağı tərk etməsinə görə Qərb məsuliyyət daşıyır
“Ona görə də baş verənlərə görə məhz Brüssel məsuliyyət daşıyır. Moskva, İrəvan və Bakı arasında hər üç saziş sözün əsl mənasında məhz bu sammitlərlə əvəzlənib və İrəvanın mövqeyi Aİ-nin təsiri altında formalaşıb. Ermənistan hakimiyyətinin öz mövqeyini formalaşdırmaq suveren hüququdur, lakin ən azı ardıcıl olmalıdır”, deyə Zaxarova qeyd edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 15-ə qədər davam edəcək

Azərbaycanda yığılan vergilərin 32 faizi neft-qaz sektorunun payına düşüb...

Milli Məclisin sədri Özbəkistana işgüzar səfərə gedib

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Magistral yollarda görmə məsafəsi məhdudlaşacaq

“X”in məhkəmədə uduzması tədqiqat üçün böyük qələbə adlandırıldı

Ən çox oxunanalar