Çərşənbə, 28 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mariya Zaxarova: “ABŞ diplomatı Tverdə dəmir yol tənzimləyicisini oğurlayıb”

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova özünün Telegram səhifəsində Moskvadakı Amerika səfirliyinin əməkdaşını dəmir yol tənzimləyicisinin (“flüqarka”) oğurlanmasında ittiham edib. Bu tənzimləyici mexanizmlər mərkəzi idarəetmə sistemi olmayan yerlərdə hərəkəti tənzimləmək üçün istifadə olunur.

Diplomat qeyd edib ki, hadisə Tver vilayətindəki Ostaşkov dəmir yol stansiyasında qeydə alınıb. Orada həmin istiqamətləndirici mexanizm yoxa çıxıb. Təhlükəsizlik kameraları avadanlığın bir kişi tərəfindən çıxarılıb diplomatik nişanlı avtomobilin yük yerinə qoyulmasını qeydə alıb. İnsidentin videosu NTV telekanalının saytında da yerləşdirilib. Həmin gün avtomobili yol qaydalarının pozuntusuna görə yol polis əməkdaşları saxlayıb və məlum olub ki,  avtomobilin sürücüsü amerikalı diplomatdır. Mariya Zaxarova əlavə edib ki, Vaşınqton artıq öz diplomatını bu əməlinə görə ABŞ-a geri çağırıb.

Mariya Zaxarova baş verənlərin Çexovun məşhur “Oğru” əsərini xatırlatdığını bildirir. “Çexovun ölməzliyini nəinki böyük dramaturqun ədəbi irsi, eyni zamanda  göründüyü kimi, ABŞ-ın Rusiyadakı səfirliyi də sübut edir”,-o ironiya ilə yazıb.

“Tver vilayətində dəmir yol tənzimləyicisini oğurlamaq hansısa məxfi casus əməliyyatı idi?”,-o ironiyasına davam edib.

 Çexovun əsərində qarovulçu dəmir yolunda qaykaları açan kişini yaxalayır. Bundan sonra müstəntiq dindirmədə aydınlaşdırır ki, həmin kəndli qaykanı varlı ağalar üçün balıq tutarkən tora “yük asqısı” kimi istifadə edirmiş. Və kəndli özünü günahsız sayırdı və pis heç nə etmədiyini deyirdi, hərçənd müstəntiq ona izah etməyə çalışırdı ki, bu əmələ görə insanlar həlak ola bilər. (virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Neftçalada su idarəsinin vəzifəli əməkdaşına çirkli su içirdilər — Video

Bakıda bu səfərbərlik idarəsinin rəisi işdən çıxarıldı

Ramil Səfərovun həyat yoldaşı, BDU rektorunun müşaviri... – Ağdamda xanım namizəd qalib gələcək?

Necə edək ki, evdə olmayanda elektrik sayğacı pul yazmasın?

Hümbət Hüseynov rəqibini sıxışdırmağa başlayıb - Pulunun gücü ilə

Bu proqramla telefonunuzda kart hesablarınızı oğurlayırlar

Ukraynanın Kurskdakı uğurunun əsas səbəbi - PUA hücumları...

Yaxın zamanda bu bürcləri xoş xəbərlər gözləyir

“Araz Market” müştərini aldatdığı üçün cərimələndi

Ən çox oxunanalar