Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Makronun Ukraynaya qoşun göndərmək planının məqsədi nədir?

Fransa prezidenti Emmanuel Makronun Avropa İttifaqı (Aİ) ölkələrinin Ukraynaya qoşun göndərə biləcəyi ilə bağlı sözləri qitənin öz təhlükəsizliyinə getdikcə daha çox təsir edən Rusiyanın hərbi planlarını pozmaqda Avropa ölkələrinin qətiyyətini nümayiş etdirir...

Poliqon xəbər verir ki, bu barədə The New York Times qəzeti yazıb.

"Onun açıqlamaları Ukraynanın Vaşinqtonda müqavimətlə üzləşdiyi bir vaxta təsadüf edir. Çünki Konqresdəki respublikaçılar çox ehtiyac duyulan maliyyə yardımını əngəlləyir", deyə mətndə qeyd edilir.

Nəşr yazır ki, Avropa liderləri Rusiya ilə münaqişədə Ukraynaya dəstək verməyə hazır olduqlarını nümayiş etdirirlər, çünki döyüşlər uzanır və ABŞ-ın yardımı sual altında qalır.

Qeyd edək ki, Makron fevralın 26-da Yelisey sarayında dövlət başçıları ilə görüşündən sonra Ukraynaya təcili dəstək vermək üçün koalisiya yaradıldığını elan edib. Fransa prezidenti Ukrayna ordusuna orta və uzun mənzilli raketlər və bombalar tədarükünü vəd edib.

Fransa prezidentinin fikrincə, Avropa və Fransa Qərb qoşunlarının Ukraynaya göndərilməsi imkanını istina etməməlidir: "Bu gün quru qoşunlarının rəsmi, nəzərdə tutulan və təsdiq edilmiş şəkildə yerləşdirilməsi ilə bağlı konsensus yoxdur. Amma dinamikada heç nəyi istisna etmək olmaz. Biz Rusiyanın bu müharibədə qalib gələ bilməməsi üçün lazım olan hər şeyi edəcəyik".

Yunanıstan hökumətinin başçısı Kiriakos Mitsotakis isə bildirib ki, Ukraynaya Avropa NATO qüvvələrinin göndərilməsindən söhbət gedə bilməz. Parisdə Ukraynaya dəstək konfransından sonra jurnalistlərə açıqlama verən Mitsotakis qeyd edib ki, Avropa NATO qüvvələri münaqişə zonasına göndərilməyəcək. O, Yunanıstan üçün belə bir problemin olmadığını vurğulayaraq, bunun Avropa NATO ölkələri üçün də belə olduğuna əminliyini ifadə edib.

Baş nazir həmçinin bildirib ki, görüşdə vahid Avropa ordusunun yaradılması məsələsi müzakirə olunmayıb. Mitsotakisin fikrincə, bu məsələnin müzakirəsi Kiyevi dəstəkləmək üçün praktiki səylərdən yalnız yayındıra bilər.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qusar meşəsindən bu görüntü yayıldı, polis hərəkətə keçdi - Foto

Aytən Səfərova Xəzər TV-dən uzaqlaşdırılıb?

İki övladını küçəyə atan ananın üçüncü övladı da əlindən alındı - Açıqlama

Dövlət Film Fondunun direktoru: “Çətin vəziyyətdə qalmışdıq, Hacıbaba Bağırov bizə iş verdi” - Foto  

Ermənistanda delimitasiya əleyhinə yürüş edənlər İrəvana çatıblar - Video

Azərbaycanda su-kanalizasiya problemlərinə milyardlar gedib, amma...

Sumqayıtda “Azərişıq” ASC-nin əməkdaşını elektrik cərəyanı vurub

Bakıda beşmərtəbəli binada təhlükəli vəziyyət: RİH-in razılığı ilə zirzəmini mənzil etdilər - Foto

Ən çox oxunanalar