Şənbə, 06 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Makron Qərb hərbiçilərinin Ukraynaya göndərilməsini istisna etməyib

Fransa prezidenti Emmanuel Makron fevralın 26-da Yelisey sarayında dövlət başçıları ilə görüşündən sonra Ukraynaya təcili dəstək vermək üçün koalisiya yaradıldığını elan edib...

Poliqon xəbər verir ki, Fransa prezidenti Ukrayna ordusuna orta və uzun mənzilli raketlər və bombalar tədarükünü vəd edib. Bundan əlavə, Makron etiraf edib ki, Qərb öz qoşunlarını Ukraynaya göndərilə bilər. Xatırladaq ki, daha əvvəl bunu Slovakiyanın Baş naziri Robert Fiko bəyan edib.

Fransa prezidentinin fikrincə, Avropa və Fransa Qərb qoşunlarının Ukraynaya göndərilməsi imkanını istina etməməlidir.

“Bu gün quru qoşunlarının rəsmi, nəzərdə tutulan və təsdiq edilmiş şəkildə yerləşdirilməsi ilə bağlı konsensus yoxdur. Amma dinamikada heç nəyi istisna etmək olmaz. Biz Rusiyanın bu müharibədə qalib gələ bilməməsi üçün lazım olan hər şeyi edəcəyik”, deyə Makron bildirib.

Qeyd edək ki, Yelisey sarayında keçirilən görüşdə iştirak edənlər beş sahədə əməkdaşlıq haqqında razılığa gəliblər. Bunlara kibermüdafiə, Ukraynada yüksək güclü silah və sursatların birgə istehsalı, Rusiyanın Ukraynaya hücumu ilə birbaşa təhdid edilən ölkələrin, xüsusən də Moldovanın müdafiəsi, Belarusla sərhəddə Ukraynaya qeyri-hərbi dəstək, ərazilərin minalardan təmizlənməsi əməliyyatları daxildir. Toplantıda Finlandiya, Litva, Rumıniya, Polşa, Almaniya, Danimarka, Slovakiya, Niderland, Xorvatiya, Latviya, Yunanıstan, İspaniya, Avstriya, Böyük Britaniya, İtaliya və s. Avropa ölkələrinin rəhbərləri iştirak ediblər.

Ukrayna Prezidenti Vladimir Zelenski görüşdə videobağlantı vasitəsilə iştirak edib.

Parisdə keçirilən görüşdə Macarıstanın baş naziri Viktor Orban və İsveçin baş naziri Ulf Kristersson iştirak etməyib və onlar bunu İsveçin NATO-ya üzvlüyünün təsdiqlənməsi prosedurunun başa çatdırılmasının zəruriliyi ilə izah ediblər.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Xankəndidə əsaslı təmir və bərpadan sonra “Qarabağ” hotelinin açılışı olub - Yenilənib

Azərbaycan lideri Xankəndi Konqres Mərkəzinin təməlini qoyub -Yenilənib

Prezident Xankəndidə əsaslı təmir və bərpadan sonra “Palace” hotelinin açılışında iştirak edib - Yenilənib

Prezident “İsa bulağı” istirahət kompleksinin açılışında iştirak edib - Yenilənib

İlham Əliyev Şuşada Dövlət Xidmətləri Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib - Yenilənib

Əlahiddə Ümumqoşun Ordusunun komandanı təyin edilən Kənan Seyidov kimdir? - Dosye

Prezident Şuşada Aşağı Gövhər Ağa məscidinin bərpadan sonra açılışında iştirak edib

AVRO-2024: İspaniya ilk yarımfinalçı olub -  Yenilənib

Elşad Miri masonların Bakı toplantısında iştirak edib?

Natiq Miri: Böyük Britaniyada leyboristlərin hakimiyyətə gəlməsi ilə ciddi dəyişikliklərin anonsu verilir...

Ən çox oxunanalar