Cümə, 23 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mahir Abbaszadə və Cavanşir Feyziyevlə bağlı qalmaqal davam edir: Bu deputatlar necə varlanıb?

Son vaxtlar Milli Məclisin deputatları Cavanşir Feyziyev və Mahir Abbaszadə ilə bağlı yayılan məlumatlar ciddi müzakirələrə səbəb olub. Belə ki, London məhkəməsi deputat Cavanşir Feyziyevin ailəsinə məxsus 5 milyonluq vəsaitin müsadirə edilməsi ilə bağlı qərar verib. Parlament üzvü Mahir Abbaszadə isə bu dəfə bahalı saat kolleksiyası ilə diqqət çəkib. İddia edilir ki, deputat qiyməti, hətta 100 min dollarlarla ölçülən saatlardan istifadə edir.

Məmurların varlanması və bunun mənbəsinin adətən naməlum qalması barədə Pravda.az-a danışan deputat Tahir Kərimli deyib ki, belə olan halda əlbəttə ki, vətəndaşlarda sual yaranır: “Onlar düşünürlər ki, necə olur ki, ancaq məmurlar və onların yaxın qohumları varlanır, başqaları isə varlana bilmir?! Deməli, ölkədə kimlərsə səlahiyyətlərindən və inzibati resurslarından istifadə edərək özünə şərait yaradır. Belə problemlərin qarşısının alınması üçün antiinhisarlıqla bağlı qanun qəbul edilməlidir. Məlumata əsasən, İqtisadiyyat Nazirliyində bu barədə qanun layihəsi hazırlanır. Sözsüz ki, ölkədə rüşvətin və korrupsiyanın kökü kəsilməlidir. Həmçinin sağlam iqtisadi münasibətlərin inkişaf etdirilməsi, məhkəmələrin yalnız qanuna tabe olması zəruridir. Yəni, ciddi qanunların tətbiqi və təmiz kadrların işlə təmin olunması nəticəsində xoşagəlməz halların qarşısını müəyyən qədər almaq mümkündür. Heç kim başqalarının varlı olmasının, sərvət sahibi olmasının əleyhinə deyil, lakin bütün bunlar qanun çərçivəsində olmalıdır. Ümumiyyətlə, məmurların fəaliyyətinin təkmilləşdirilməsinə ehtiyac var”.

T.Kərimli qeyd edib ki, Ali Məhkəmədə işləyəndə mənə təklif etdilər ki, özünə 50-100 kvadratmetrlik sahə ayıraraq, orada iş qurum: “Yəni, bununla mənim ömürlük çörəyim olacaqdı. Orada mağaza, istəsəm, lap kafe-restoran açıb işlədə bilərdim. Mənə bunu təklif edən yaxın adam idi. Əlbəttə ki, dərhal etiraz etdim və dedim ki, “səni bu saat həbs etdirərəm”. Beləliklə, mənə təklif edirdilər ki, vəzifəmdən sui-istifadə edərək qanunsuz olaraq özümə şərait qurum. Bundan imtina etdim. İndi isə heç nəyim yoxdur və əzabını çəkirəm. Əgər mənim də deputat maaşından əlavə gəlirim olsaydı, ailəm çətinlik çəkməzdi. Bunu, sadəcə, nümunə kimi dedim. İstənilən halda, qanunlar mükəmməl olmalı, vəzifələrə təmiz kadrlar təyin edilməli və hər kəs əyri yollara getməkdən çəkinməlidir”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

UEFA Konfrans Liqası: "Zirə" "Omoniya" səfərində böyük hesabla məğlub olub - Yenilənib

Türkiyə “Zəngəzur dəhlizi”nə görə Azərbaycandan inciyib?

KİV: İrəvandan Bakının COP29 dəvətinə cavab...

Ukraynanın Krasnodarda limanı vurması nəticəsində itkin düşən 17 tapılıb - Video, Yenilənib

Kirayə evlərin qiyməti ilə bağlı şok proqnoz 

Prezident və birinci xanım Dəşkənddə Heydər Əliyevin barelyefi önünə gül dəstləri qoyublar - Yenilənib

Nigar özündən gözəl qızlarının fotosunu paylaşdı

Ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri açıqlanıb

Sahil Babayev nazir olandan sonra pensiya alan əlillərin sayı sürətlə azalmağa başlayıb – Statistika

Azərbaycan Mərkəzi Bankının Baş direktoru işdən çıxıb

Ən çox oxunanalar