Çərşənbə axşamı, 21 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Macarıstan Qətərlə qaz alqı-satqı müqaviləsi imzalayıb

Viktor Orban bildirib ki, Macarıstan Qətərlə qaz alqı-satqısı müqaviləsi imzalayıb...

Poliqon xəbər verir ki, Macarıstanın Baş naziri Viktor Orban Qətər əmiri Təmim bin Həməd Əl Tani ilə danışıqlardan sonra bildirib ki, Macarıstan Qətərlə qaz alqı-satqısına dair müqavilə bağlayıb, ölkələr iqtisadi əməkdaşlığı inkişaf etdirmək niyyətindədirlər.

"Son bir il ərzində Qətərin Avropa üçün mühüm əhəmiyyət kəsb edən ölkə olduğunu öyrəndik. Avropa iqtisadiyyatı çatışmayan rus qazının əhəmiyyətli bir hissəsini buradan gələn LNG ilə doldurdu... Biz enerji sahəsində əməkdaşlıq haqqında razılığa gəldik və əməkdalıq edəcəyik. Bir neçə ayaq üstündə durmaq həmişə bir ayaq üstündə durmaqdan yaxşıdır”, deyə Orban Dohadan Facebook-da paylaşdığı videomüraciətdə deyib.

Orban, həmçinin qeyd edib ki, “hərtərəfli və səmərəli danışıqlardan” sonra Macarıstan və Qətər liderləri infrastruktur və hava nəqliyyatını inkişaf etdirmək, rabitə və kənd təsərrüfatı sahəsində əməkdaşlıq etmək barədə razılığa gəliblər.

“Bununla da biz Qətər-Macarıstan iqtisadi əməkdaşlığı üçün yaxşı perspektiv açmışıq”, deyə Macarıstanın Baş naziri bildirib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rəisinin helikopterini azərbaycanlılar tapıb – Video

Müştərilərin ən çox şikayət etdiyi bankların adları açıqlanıb - Siyahı

Türkiyə İran Prezidentinin düşdüyü qəza ilə bəzi təfərrüatları açıqlayıb

Rəisinin həlak olduğu helikopter qəzası necə baş verib? - Mühəndis Pilot Əhməd İzgi danışdı

ABŞ Dövlət Departamenti Rəisinin ölümündə İran hakimiyyətini ittiham edib

Azərbaycanda iki teatrın adı dəyişdirilir: İşçilərinin maaşı artacaq

Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib

İran Prezidentinin helikopterində olan bütün cəsədlərin kimliyi müəyyən edilib

Azərbaycanda iki teatrın adı dəyişdirilir və işçilərinin maaşı artırılır

Ağstafada məktəbdə özbaşınalıq: Direktor məktəbi diskotekaya çevirib

Ən çox oxunanalar