Çərşənbə, 17 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Macarıstan Azərbaycan qazını almaq üçün Türkiyə ilə danışıqlar aparır

Hazırda Türkiyə təbii qazının alınması ilə bağlı ölkənin enerji şirkəti “Botaş” ilə də danışıqlar aparılır...

Macarıstan yerli təbii qazın alınması, eləcə də Azərbaycan qazının ölkə ərazisindən tranzit nəqlinə dair Türkiyə ilə danışıqlar aparır.

Bu barədə çərşənbə günü Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Ankarada türkiyəli həmkarları ilə görüşdən sonra bildirib.

O qeyd edib ki, Macarıstan ölkədə istifadə olunan qazın təxminən yarısını Rusiyadan “Türk axını” boru kəməri, eləcə də onun Bolqarıstan və Serbiyadan keçən qolu ilə alır. Nazir qaz təchizatı məsələsində Türkiyənin rolunun artacağını gözləyir, çünki “Azərbaycan qazının alınmasına dair saziş hazırlanır və bunun üçün də bu nəqliyyat marşrutu tələb olunacaq”.

“Bundan əlavə, hazırda Türkiyə təbii qazının alınması ilə bağlı ölkənin enerji şirkəti “Botaş” ilə də danışıqlar aparılır”, - XİN rəhbəri mətbuat konfransında məlumat verib.

“Biz Türkiyəyə etibarlı tərəfdaş olduğuna və bugünkü çox çətin şəraitdə belə enerji təchizatının təhlükəsizliyini təmin etməkdə bizə kömək etdiyinə görə bir daha təşəkkür edirik”, - deyə Siyarto vurğulayıb. O xatırladıb ki, vaxtilə Ankara və Budapeştin “dostları və müttəfiqləri” onları “Türk axını”ndan istifadədən çəkindirsələr də, onlar “inadkarlıq nümayiş etdirib, sanksiyalar təhlükəsinə boyun əyməyiblər”.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda tanınmış idmançı 27 yaşında vəfat etdi -Fotolar

Ruslar Rusiyadan qaçır: Hansı ölkələrə üz tuturlar?

Bu ölkədə istilərə görə gündüz işləmək qadağan edildi

YAP İdarə Heyətinin iclası bitib, bütün seçki dairələrindən namizədlər irəli sürülüb - Yenilənib

Xankəndidə İqtisadi məsələlər üzrə İşçi Qrupunun növbəti iclası keçirilib

Çempionlar Liqası: "Qarabağ"ın II təsnifat mərhələsindəki rəqibi dəqiqləşib

Bu deputatların da adı YAP-ın siyahısında yoxdur 

YAP-ın deputatlığa namizədləri açıqlanıb – Siyahı

Azərbaycanda dəhşət: Bir il əvvəl itkin düşən şəxs sevgilisi ilə birlikdə intihar edibmiş

Prezident Cəbrayıl, Qubadlı və Zəngilandakı xüsusi nümayəndəsinə müavin təyin edib

Ən çox oxunanalar