Bazar, 08 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Maarifçi Qadınlar İctimai Birliyi uşaqları təhsilə cəlb edir

Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi şurasının 2018-ci il üçün elan etdiyi qrant müsabiqəsinin qalibi olmuş , Müxtəlif səbəbdən təhsildən kənarda qalan məktəbyaşlı uşaqların təhsilə cəlb edilməsi mövzusu üzrə ilk tədbirini keçirmişdir.

Tədbirdə Qazi Osmanpaşa ilcəsi Küçükköy qəsəbəsində məskunlaşan, əməkçi miqrantlar, İstanbulda yaşayan azərbaycanlı müəllimlər, ziyalılar iştirak edirdilər.

Bu tədbir Azərbaycan “Eğitim, Kültür və Sosyal Dayanışma” (təhsil mədəniyyət və sosial həmrəylik ) dərnəyinin nəzdində fəaliyyət göstərən H.Cavid adına məktəbin binasında keçirildi. Məqsəd uşaqların məktəbdən, təhsildən kənarda qalmasına adi hal kimi baxan,onları 9 yaşdan etibarən tekstillərdə çalışdıran, valideynlərə elmin, təhsilin mahiyyətini başa salmaq, öz övladlarına bu cür münasibət bəsləməklə məsuliyyət daşıdıqlarını izah etmək idi.

Layihə üzrə 2-ci tədbir 26 may 2018-ci ildə H.Cavid adına məktəbin binasında Sultan Çifliyi qəsəbəsində və Qaradəniz məhəlləsində yaşayan vətəndaşlarımızı əhatə edirdi. Bütün tədbirlərin əsas məram və məqsədi məktəbyaşlı uşaqların təhsilə cəlb edilməsi idi.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

3-cü tədbir 02 iyun 2018-ci ildə Qəhrəman Çanakkala şəhərində keçirildi. Bu tədbirdə məqsəd illərdi hər cür mədəni həyatdan təcrid olunmuş vətəndaşlarımızı sevindirirərək onlara maraqlı bir gəzinti təşkil etmək, onlarla yaxından ünsiyyətdə olaraq, müxtəlif ərazilərə səpələnmiş vətəndaşlarımızın məktəbə cəlb olunması üçün bizə yardımçı olmalarına çağırış etmək idi.

4-cü tədbir 15 iyun 2018-ci il tarixdə Bayrampaşa bələdiyyəsinin binasında keçirildi. Bu tədbirdə 50-ci il ərazisində yaşayan vətəndaşlarımızla bərabər, Azərbaycan məktəbində oxuyan, gələcəkdə övladlarının müvafiq təhsil sənədi almaq hüququndan istifadə edə biləcəkləri konusunda narahatçılıqlarına aydınlıq gətirmək idi. Bu tədbirdə 50-ci il ərazisində yaşayan vətəndaşlarımızla bərabər məktəbdə oxuyan şagirdlərin valideynləri də iştirak edirdilər.

Tədbir iştirakçılarına onları rahatsız edən bütün məsələlər haqqında maarifləndirici söhbət aparıldı.

Keçirilən bu tədbirlər əvvəlki illərdə olduğu kimi, çox yüksək nəticələr əldə edilməsi üçün zəmin oldu.

pia.az

Fotolar





Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Səttar Möhbalıyev vəzifədən gedərkən nə istəyib?

Deputat Hicran Hüseynova və bacısı Fransada 5 milyon avroluq villanı sökdürüb,  yenisini tikir - Foto

27 ailəlik növbəti köç karvanı Şuşa şəhərinə çatıb -  Yenilənib

Paris-2024: İlham Zəkiyev bürünc medal qazana bilər - Yenilənib

Dövlət hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə maliyyə dəstəyi göstərəcək

Paris-2024: Lamiyə Vəliyeva növbəti medalını qazanıb

Zakir Həsənov Hikmət Mirzəyevlə birgə hərbçilərin sosial-məişət şəraiti ilə tanış olub

Kapadokiya – Türkiyənin nağıl dünyası və tarixi incisi – Fotolar

Xankəndidə avtomat, pulemyot, qumbaraatan və qumbaralar tapılıb

Ən çox oxunanalar