Bakının Qaradağ rayonunda bıçaqlanma hadisəsi baş verib.
PİA.az xəbər verir ki, hadisə Lökbatan qəsəbəsində qeydə alınıb.
1990-cı i təvəllüdlü Vəlibəyov Qamal Artyomoviç qəbiristanlıq ərazisinə aparılıb. Naməlum şəxslərdən biri ona bir neçə bıçaq zərbəsi vurub.
Yaralı 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.
Həkimlərin verdiyi məlumata görə, yaralının bədən və aşağı ətrafına ümumilikdə 7 bıçaq zərbəsi vurulub.(APA)
pia.az