Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

lham Əliyev: "Azərbaycanın demokratik inkişafı ilə bağlı bütün məsələlər gündəliyimizdədir"

"Avropa Komissiyasının bizim nəqliyyat sektorumuza böyük əhəmiyyət verməsi məni çox qane edir. Prezident Şarl Mişelə səfəri zamanı ona bizim Dəniz Ticarət Limanının, Azad İqtisadi Zonanın imkanları təqdim olundu. Biz Avropa təsisatlarının bu sahəyə ciddi yanaşmasını görürük".

Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Petr Mixalkonun etimadnaməsini qəbul edərkən deyib.

"Bu, təkcə iqtisadi, nəqliyyat sahəsində əməkdaşlıq baxımından deyil, həm də ümumilikdə regionda sabitlik və təhlükəsizlik baxımından həqiqətən də çox ümidverici sahə ola bilər. Çünki əməkdaşlıq ölkələri birləşdirir, onları bir-birindən asılı edir, onlar faydanı paylaşa bilir. Həmin səbəbdən də bu, hər hansı yanlış anlaşılma risklərini minimuma endirir. Siz bəlkə də bilirsiniz ki, biz Azərbaycanda nəqliyyat infrastrukturu şəbəkəsinin bütün vacib elementlərini tamamlamışıq və biz hazırıq, artıq bu potensialdan istifadə edirik. Sizin qeyd etdiyiniz digər sahələr də çox mühümdür. Humanitar, təhsil, sözsüz ki, Azərbaycanın demokratik inkişafı ilə bağlı bütün bu məsələlər bizim gündəliyimizdədir və biz Avropa İttifaqı ilə sıx şəkildə işləyirik", - dövlət başçısı bildirib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək

Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı qərar verdi

Qətlə görə saxlanılan direktor müavini imiş - Yenilənib, Foto

Sabirabadda dəfn olundu, Bakıda televizor alanda tutuldu

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Ceyhun Bayramovla ATƏT sədri arasında görüş keçirilib - Yenilənib

Putin Peskovla bağlı qərarını açıqladı - Foto

Köç karvanı Şuşaya çatıb, açarlar sakinlərə təqdim edilib - Yenilənib 

Baş nazirdən həqiqi hərbi xidmətə çağırışla bağlı qərar

Natiq Miri: Hər tərəfdə kim nə düşünürsə düşünsün, Azərbaycana möhtacdırlar...

Ən çox oxunanalar