Bazar, 08 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Leyla Əliyeva Hematologiya və Transfuziologiya İnstitutunda müalicə alan uşaqlarla görüşüb - Foto

B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda  tədbir keçirilib...

Dekabrın 29-da B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda “Müalicə alan məktəbyaşlı uşaqların distant təhsili” layihəsi çərçivəsində “Distant Bilik” mərkəzinin rəhbəri Fuad Ağayevin təşkilatçılığı ilə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbir keçirilib.

PİA.az xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tədbirdə iştirak edib.

Əvvəlcə Heydər Əliyev Fondunun vitse-prezidentinə institutun fəaliyyəti və burada aparılan müalicə prosesi barədə məlumat verilib.

Leyla Əliyeva bu səhiyyə müəssisəsində tətbiq edilən distant təhsil layihəsi ilə tanış olub. Səhiyyə və Təhsil nazirliklərinin dəstəyi ilə reallaşan layihə xüsusi ehtiyacı olan uşaqların fasiləsiz və keyfiyyətli ümumi təhsil almaq hüququnu təmin etmək, həmçinin leykemiya xəstəsi olan uşaqların cəmiyyətə inteqrasiyasına dəstək vermək, onların informasiya-kommunikasıya texnologiyaları biliyinin artırılmasına nail olmaq və potensiallarını nümayiş etdirmək üçün şərait yaratmaq məqsədi daşıyır. Uşaqlar müalicə almaqla yanaşı, burada olduqları müddətdə təhsillərindən də geri qalmır və dərslərinə davam edirlər.

Bildirilib ki, ölkənin hematologiya və transfuziologiya sahəsi üzrə baş müəssisəsi olan bu müalicə ocağında xəstəliyin diaqnostikasının beynəlxalq standartlara uyğun aparılmasına nail olunub.

Uşaqların bayramla əlaqədar hazırladıqları maraqlı çıxışlar, səsləndirdikləri mahnılar, ifa etdikləri rəqslər tədbirə xüsusi rəng qatıb. Bayram şənliyində Şaxta babanın iştirakı uşaqlar tərəfindən sevinclə qarşılanıb.

Leyla Əliyeva balacaların müalicəsi ilə maraqlanıb, Elmi-Tədqiqat İnstitutunun müxtəlif şöbələrində müalicə alan uşaqlarla görüşüb, onların valideynləri ilə söhbət edib.

Heydər Əliyev Fondunun vitse-prezidenti balacaların tezliklə sağalmasını arzulayıb, onlara hədiyyələr təqdim edib.

Tədbirin sonunda şagirdlərin əl işlərindən ibarət sərgiyə baxış keçirilib. (Report)

pia.az

Fotolar




Etiket: Leyla Əliyeva


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Səttar Möhbalıyev vəzifədən gedərkən nə istəyib?

Deputat Hicran Hüseynova və bacısı Fransada 5 milyon avroluq villanı sökdürüb,  yenisini tikir - Foto

27 ailəlik növbəti köç karvanı Şuşa şəhərinə çatıb -  Yenilənib

Paris-2024: İlham Zəkiyev bürünc medal qazana bilər - Yenilənib

Dövlət hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə maliyyə dəstəyi göstərəcək

Paris-2024: Lamiyə Vəliyeva növbəti medalını qazanıb

Kapadokiya – Türkiyənin nağıl dünyası və tarixi incisi – Fotolar

Zakir Həsənov Hikmət Mirzəyevlə birgə hərbçilərin sosial-məişət şəraiti ilə tanış olub

Xankəndidə avtomat, pulemyot, qumbaraatan və qumbaralar tapılıb

Ən çox oxunanalar