Cümə, 17 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Lavrovu kimin əvəz edəcəyi bilindi - Putin komandasında nə baş verir?

Vəzifə verilən üç qubernator Şoyquya yaxındır, hakimiyyətdə daha ciddi kadr dəyişiklikləri gözlənir.

Son günlərdə Rusiya prezidenti Vladimir Putinin üç qubernatoru vəzifəsindən azad etməsi diqqət çəkib.

Penza vilayətinin rəhbəri İvan Belozertsevin həbsindən sonra daha üç qubernator “könüllü” istefa verib. Diqqəti çəkən əsas məqam hər üç qubernatorun müdafiə naziri, Putinin varisi olacağı deyilən Sergey Şoyquya yaxın olmasıdır.

İstefaya gedənlərdən biri müdafiə nazirinin yerlisi, Tuvanın başçısı Şolban Kara-Ooldur. Kara-Ool qubernator vəzifəsini 14 il icra edib. Yeni seçkilərədək onun yerini Vladislav Xovalıq tutacaq.

“Könüllü” istefaya gedən ikinci məmur Ulyanovsk qubernatoru Sergey Morozdur. O, istefasını payızda keçiriləcək parlament seçkilərində iştirakı ilə əlaqələndirib. Təhlilçilərin fikrincə, bu, Kremlin keçmiş Ulyanovsk qubernatorunu cəzalandırmayacağı anlamına gəlir, ancaq ona qarşı ittihamlar var və sakit təqaüd gözləməyə də bilər. Ulyanovsk qubernatoru vəzifələrinin müvəqqəti icrası Aleksey Russkiyə tapşırılıb. O, bir dönəm kommunistlərin Dövlət Dumasında təmsilçisi olub, amma iddialara görə, Ulyanovskın yeni sahibinin atası müdafiə naziri Sergey Şoyquya yaxındır və “Tuva klanı”na daxildir.

Həftəsonu Şimali Osetiyanın yeni başçısı təyin edilmiş Sergey Menyailo da hərbçidir. Siyasətə Krımın ilhaqından sonra hərbidən gəlib. Sevastopolun admiral-qubernatoru vəzifəsindən sonra Sibir federal dairəsinə prezidentin xüsusi nümayəndəsi təyin edilib. O, Sergey Şoyqu ilə əlaqələndirilən üçüncü qubernatordur.

“Rosbalt” bildirir ki, prezidentlə "Tayqa toplantısından" sonra müdafiə nazirinin mövqeyinin gücləndirildiyi göz qabağındadır. Təbii ki, bu təyinatlar Sergey Şoyqunun Putinin varisi olacağı mövzusunu yenidən aktuallaşdırıb. Sanki belə təəssürat yaranır ki, Putin Müdafiə Nazirliyinin rəhbərinə minnətdar olduğunu hiss etdirmək istəyir.

Daha bir ehtimal da var ki, müdafiə naziri hazırda Ukraynaya görə güclü təzyiqlərə sinə gərdiyi üçün onun mövqeləri möhkəmləndirilir. Başqa bir ehtimala görə isə güc strukturları rəhbərlərinin Ukrayna konflikti səbəbindən prezidentdən “istəkləri artıb”. Həm də onlar kifayət qədər sülhpərvər mövqe tutublar. Məsələn, Təhlükəsizlik Şurasının katibi Sergey Patruşevin Ukrayna probleminin həllində sülh yoluna üstünlük verməsi ilə bağlı açıqlaması prezidentin yaxın əhatəsində olan, Prezident Administrasiya rəhbərinin müavini Dmitri Kozakın sərt mövqeyi ilə ziddiyyət təşkil edir.

Bildirilir ki, qubernatorların istefaları bununla bitməyəcək. Çox güman ki, Vladimir, Krasnoyarsk və Stavropol vilayətlərinin qubernatorları da tezliklə yola salınacaq.

İddialara görə, yayda növbə nazirlərə və baş nazir müavinlərinə çatacaq. Bildirilir ki, Rusiya xarici işlər naziri Sergey Lavrov vəzifəsini, nəhayət, tərk edəcək. Onun yerinə Prezident Administrasiyası rəhbərinin müavini Dmitri Kozakın təyin ediləcəyi proqnozlaşdırılır. Bu təyinat Rusiya xarici işlər nazirinin ABŞ-da iş təcrübəsi olanlar arasında seçilməsinə də nöqtə qoyacaq.

Bundan əlavə, “Sputnik V” vaksininin təşviqi və satışına məsul olan Rusiya İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyevin vəzifə pilləsində irəliləyəcəyi barədə iddialar var. Bildirilir ki, yazda ona çox geniş səlahiyyətli baş nazir müavini postu veriləcək, Mixail Mişustinin digər müavinləri - Belousovdan Qolikovayadək bütün baş nazir müavinləri ona tabe ediləcək. Andrey Belousovun isə baş nazirin müavini postunu itirəcəyi ehtimalı yüksəkdir.

Ümumiyyətlə, ekspertlərin fikrincə, Rusiya hakimiyyətində kifayət qədər isti yaz olacağı gözlənir…(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda bu ərazilərdə torpağın sotu 500 min manata satılır

Azərbaycanda tüğyan edən saxta “endirim minnətinə” qarşı necə mübarizə aparmaq olar?

Deputatın 64 yaşlı qudası 11 nəfəri işə düzəltmək adı ilə aldadıb

Lənkəranda itkin düşmüş 22 yaşlı qadının boğularaq öldürüldüyü müəyyən olunub, tanışı tutulub

Türkiyədə hələ də dövlət çevrilişi edə biləcək qurumlar və güc mərkəzləri mövcuddur?

Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - Yenilənib

Qətlə yetirilən tələbə barədə detallar: Könül sonuncu telefon danışığını kiminlə edib? - Video

Bakıda evi satan kirayənişin ölkədən qaçıb - Rəsmi

Paşinyan: Ermənistan sərhədçiləri artıq 10 gündür ki, Bağanis-Voskepar ərazisində xidmət aparır

Dövlət sərhədini pozmağa cəhd göstərən 10 nəfər saxlanılıb

Bakıda tıxacın aradan qaldırılması məqsədilə yeddi layihə icra olunacaq

Ən çox oxunanalar