Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Latın Amerikasının erməni diasporası və Qarabağ münaqişəsi...

Türkiyə və Azərbaycanın Latın Amerika siyasətlərini gözdən keçirməsinə və geniş təməlli münasibətlər qurmasına ehtiyac var...

Hüsamettin Aslan
“The Independent” qəzeti, 13 oktyabr 2020-ci il

Moskvada atəşkəs imzalanmasına baxmayaraq, işğal altındakı Qarabağ bölgəsində Azərbaycanla Ermənistan arasında toqquşmalar davam edir. Erməni ordusu son hücumlarına davam edərkən erməni diasporası da beynəlxalq aləmdə Azərbaycana və Türkiyəyə qarşı təzyiqlər göstərməyə çalışır.

Daha çox ermənilərin yaşadığı Latın Amerikasındakı diaspora tərəfindən hər ilin aprel ayında Azərbaycan və Türkiyənin diplomatik nümayəndəliklərində keçirilən qondarma soyqırımı anma mərasimini bu il sentyabr 27-dən sonra Qarabağla bağlı etirazları əvəz edib.

Erməni diasporası, diplomatları və Yaxın Şərq, Şimali Afrika, (İran, Suriya, Livan, Fələstin və Misir), Cənubi Asiya (Hindistan) və Latın Amerikasındakı (Argentina, Uruqvay) strateji tərəfdaşları və diaspor nümayəndələri bu perspektivin tanınmasına çalışırdılar. İndiki Ermənistan Respublikasında və Dağlıq Qarabağda təxminən 3 milyon insanın yaşadığı və 10 milyon insanın dünyaya yayıldığı təxmin edilir.

Ermənistan əhalisinin 4/5-nün xaricdə yaşadığı təxmin edilir. Argentina və Latın Amerikasında ən böyük erməni icmaları var və təxminən 150.000-i Buenos Aires, Kordoba və Rosario (Santa Fe) bölgələrinə yayılıblar.

Ermənistanla Cənubi Amerika ölkəsi arasındakı münasibətdə ilk dönüş nöqtəsi 1965-ci ildə baş tutub. Uruqvay dünyada qondarma erməni soyqırımını tam tanıyan ilk ölkə olub.

Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ bölgəsindəki gərginlik daha da artmağa başlayarkən Latın Amerikasındakı hökumətlər də bu iki keçmiş Sovet Respublikası arasındakı qarşıdurmanın sülh yolu ilə həlli yolunda açıqlamalar veriblər. Argentina Xarici İşlər Nazirliyi 27 sentyabrda başlayan qarşıdurmalara görə narahat olduğunu dilə gətirib. Bu səbəblə, ErmənistanAzərbaycan arasında hərbi əməliyyatların dayandırılmasına və münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində sülh yolu ilə həlli üçün danışıqların başlamasına çağırış edib.

Meksika Xarici İşlər Nazirliyi də bir açıqlamasında Dağlıq Qarabağda güc tətbiq edilməsi ilə bağlı xəbərlərdən dərin narahatlıq keçirdiyini bildirib.

Braziliya Xarici İşlər Nazirliyi isə: “Dağlıq Qarabağdakı son toqquşmaların səbəb olduğu insan tələfatına təəssüflənərək hərbi əməliyyatların dayandırılmasına çağırış edirik”, deyə açıqlama verib.

Ekvador Xarici İşlər Nazirliyi də beynəlxalq ictimaiyyəti Dağlıq Qarabağ bölgəsindəki sabitliyi poza biləcək mesajlar verməkdən çəkinməyə çağırıb.

Latın Amerikasından olan ilk Papa Fransis, Ermənistanla Azərbaycan arasındakı atəşkəsi alqışlayıb. Papa: “Atəşkəs çox kövrək görünsə də, onun qorunmasını təşviq edir. İnsan itkisi, əzablar və evlərin, ibadət yerlərinin dağıdılması ilə bağlı kədərinizi bölüşürəm”, deyib və bölgədə əziyyət çəkən mülki insanlar üçün dua edib.

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı və Çilinin keçmiş prezidenti Mişel Başelle Dağlıq Qarabağ münaqişəsi zonasında təmas xəttində mülki şəxslərin əziyyət çəkməsindən narahat olduğunu ifadə edərək təcili şəkildə atəşkəs elan edilməsi üçün çağırış edib.

Yuxarıda açıqlamaları verən ölkələr Ermənistanın önəmindən çox, ölkələrindəki erməni icmasının / diasporasının təsiri ilə bağlıdır. Çünki diaspora qondarma soyqırımını babalarının köç etməsinin səbəbi olaraq görür və iddiasının beynəlxalq ictimaiyyətdə “soyqırım” kimi tanımaq üçün davam edir.

Əslində, Almaniya, Rusiya, Amerika Birləşmiş Ştatları və Latın Amerikasının bir çox ölkəsi daxil olmaqla 30-a yaxın ölkə qondarma erməni soyqırımını tanıyıb. 

Latın Amerikasından olan döyüşçülər Ermənistanı dəstəkləyirlər

27 sentyabrda Dağlıq Qarabağda silahlı qarşıdurmanın başlanması ilə ErmənistanAzərbaycan həqiqi müharibəyə yaxınlaşıblar. Erməni diasporunun tanınmış üzvləri Azərbaycanın hücumlarını qınayarkən, İrəvanın mərkəzindəki böyük ekranlarda cəbhədən qəhrəmanlıq mənzərələri göstərilib.

Ermənistanın Xarici İşlər Nazirliyinin idarə etdiyi rəsmi “Twitter” hesabından bir tvit yayımlanıb. Pravoslav xristianları döyüşə səfərbər etmək üçün əlində avtomat və xaç tutan bir pravoslav keşişin şəklinin başlığına “İnam və Güc!” yazmaqla tərəfdarlar toplamağa çalışıblar.

“Radio France International”in (RFI) bildirdiyinə görə, Livan, Suriya və Latın Amerikasından olan döyüşçülər işğal altındakı Dağlıq Qarabağ bölgəsində davam edən qarşıdurmada Ermənistanım adından Azərbaycana qarşı mübarizə aparmaq üçün könüllü olaraq müraciət ediblər. Həmçinin, açıq mənbələrdən də Ermənistanın müxtəlif terror qruplaşmalarını, o cümlədən PKK və ASALA-nı Dağlıq Qarabağ bölgəsinə gətirdiyini və onlara silah verdiyini söyləyib.

Bunun xaricində Rusiya Erməniləri Birliyinin müharibəyə qoşulmaq istəyən 20 min könüllüdən ibarət bir siyahı hazırladığı iddia edilib. Ermənistan parlamentinin başçısı Ararat Mirzoyan veb-saytında verdiyi açıqlamada Avropa, Ərəb və Latın Amerikası ölkələrindəki həmsöhbətlərini Dağlıq Qarabağdakı vəziyyətlə əlaqədar dərhal hərəkətə keçməyə çağırıb.

Uruqvay erməni diasporunun Yerevanıdır

Uruqvay demək olar ki, diasporanın paytaxtıdır. Uruqvayda təxminən 20 min erməni diaspora üzvünün yaşadığı təxmin edilir. Uruqvay qondarma erməni soyqırımını tanıyan ilk ölkə olduğu üçün qondarma soyqırımın beynəlxalq tanınma prosesini də ilk o başladıb. Paytaxt Montevideo şəhərində qondarma Erməni Soyqırımı muzeyi və məbədi var və hər il Nümayəndələr Palatasında anma tədbirləri təşkil olunur.

Uruqvayın paytaxtında Cənubi Amerika Erməni Milli Komitəsi, Erməni İnqilab Federasiyası, Uruqvayın Erməni Milli Komitəsi və Uruqvay-Ermənistan parlament qrupu tərəfindən ciddi bir lobbi fəaliyyəti təşkil edilir. Əlbəttə ki, erməni iş adamları da bu birliklərdə çox aktivdirlər. Hətta 2011-ci ilin sentyabrında Uruqvay Xarici İşlər Naziri Luis Almaqro hökumətin Dağlıq Qarabağın statusu ilə bağlı rəsmi açıqlama vermək prosesini başlatdığını deyib. Yəni Qarabağı rəsmən tanımaq istəyir. Ancaq Ermənistan bu gün də rəsmi olaraq Qarabağı tanımır.

2020-ci ilin Uruqvay rəhbərliyi isə sağ-respublikaçı mənşəli olduğu və evangelistlərin dəstəyini aldığı üçün Ermənistan-Azərbayca­n gərginliyindən uzaq durur.

Braziliyadan Argentinaya qədər erməni varlığı

Braziliyadakı ermənilərin sayı 80 minə çatır. Onlar daha çox San-Pauloda, Ermənistanın adını daşıyan bir metro stansiyasının ətrafında yerləşirlər.

Çilidəki ermənilərin təxminən 3000 üzvü olsa da, onlar olduqca aktiv bir cəmiyyətə sahibdirlər. Hətta Kolumbiyada, ölkənin qərbindəki Qindioda Ermənistan adlı bir şəhər belə var. Ancaq Latın Amerikasındakı ermənilər diasporadan fərqli olaraq, Türkiyəyə qarşı aqressiv deyillər. Demək olar ki, qondarma erməni soyqırımı iddiaları olmasaydı, keçmişlərini unudacaq səviyyədədirlər.

Kilsə bu cəmiyyətin toplanış mərkəzidir. Bu gün Argentinada erməni xristianlığının mixtu qolları var və Argentina Respublikası ilə Çili üçün ən vacibi 
erməni apostol kilsəsinin baş yepiskopluğudur. Erməni baş yepiskopu Kissaq Muradian Papa Fransiskin yaxın dostudur. Elə Papa Fransis də bu dostluğa görə 2015-ci ildə qondarma soyqırımın yüzüncü ildönümündə Vatikanda 20-ci əsrin ilk soyqırımını rəsmi olaraq elan edən ilk baş rahib olmuşdu.

Latın Amerikasındakı ermənilərin gənc bir tarixi var. 19-cu və 20-ci əsrin əvvəllərində Osmanlıdan Braziliya, Uruqvay və Argentinaya köçüblər 1920-ci ildə isə bu köçün zirvəsindən sonra Latın Amerikasına çox az erməni axını olub və 1950-ci ilə qədər davam edib.

Əslində Uruqvay, 1915-dən 50 il sonra, yəni 1965-ci ildə Erməni Soyqırımını tanıyan ilk ölkə olduğuna görə erməni dünyasında məşhurlaşıb.

Diaspora Latın Amerikasındakı sağçı və evangelist hökumətlərə təsir göstərə və yeni cəbhə aça bilmədi

Latın Amerikasındakı sağ respublikaçı və evangelist cəmiyyət ermənilərdən çox uzaqdır. Xüsusilə 2015-2016-cı illərdən bəri Latın Amerikasının 10-dan çox ölkəsində hakim olan evangelist koalisiyalar daha çox İsrail və ABŞ-ın xətti ilə xarici siyasət yürüdürdülər. Latın Amerikası ölkələri, demək olar ki, İsrailin mənafelərinə uyğun olmayan heç bir siyasət yürüdə və ya qarşı çıxa bilməyiblər.

Bu baxımdan İsrail-ABŞ şirkətləri Xəzər dənizi və Azərbaycandan çıxan təbii qaz və neftin beynəlxalq bazarlara nəql edilməsində böyük rol oynayır. Buna görə də, ErmənistanAzərbaycan arasındakı qarşıdurmada azərbaycanlıların tərəfini tutan İsrail ikitərəfli siyasət izləyir.

Son təhlildə erməni diasporası Latın Amerikasında Türkiyə və Azərbaycana qarşı yeni bir cəbhə açmağa çalışıb. Ancaq ideoloji və dini səbəblərdən buna müvəffəq ola bilməyib. Lakin bu, diasporanın təsirini azaltmaz. Latın Amerikasındakı sağ millətçi evangelist hökumətlər bu gün İsrail və ABŞ şirkətlərinin Azərbaycandakı mənafelərinə xələl gəlməməsi üçün siyasi və ticari səbəblərdən beynəlxalq bir təzyiq yaratmırlar. Lakin sağçı-evangelist hökumətlərin öz ölkələrində koronavirusun yaratdığı daxili siyasi vəziyyətə görə güclərini qoruması da çətin görünür.

Bu səbəbdən, erməni diasporasının bu gün olmasa belə, yaxın gələcəkdə ideoloji və dini qarşıdurma səbəbiylə Latın Amerikası hökumətlərində və xarici siyasətində təsir gücünü artırması ehtimalı yüksəkdir.

Türkiyə və Azərbaycanın isə Latın Amerika siyasətlərini gözdən keçirməsinə və geniş təməlli münasibətlər qurmasına ehtiyac var.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - Video

Slovakiya Baş nazirinə sui-qəsd edən şəxsin məşhur yazıçı olduğu üzə çıxıb - Foto, Yenilənib

Bakıda vətəndaşın kirayə verdiyi üçotaqlı ev satılıb - Video

“Ağ çiçəyim” gül mağazasında baş verən yanğın söndürüldü - Yenilənir, Foto

İntim videolar çəkən FHN polkovniki şikayətini geri götürdü

Sabir Rüstəmxanlının qızı ilə boşanan müğənni ilk dəfə ayrılıqlarından danışdı - Video

Rusiyada Leninin abidəsində zaman kapsulu tapıldı - Foto

Qarabağdakı sülhməramlı missiyanın fəaliyyətinə ehtiyac qalmadı...

Ən çox oxunanalar