Çərşənbə, 18 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Külli miqdarda mənimsəmədə təqsirləndirilən teatr işçisinin məhkəməsi başlayıb

Azərbaycanda külli miqdarda mənimsəmədə təqsirləndirilən teatr işçisinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib...

"Report" xəbər verir ki, Bakı Söır Cinayətlər Məhkəməsinin hakimi Leyla Məmmədova-Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Çıxış edən prokuror Orxan Səmədov prosesin məhkəmə baxışına verilməsini təklif edib.

Müşavirədən qayıdan məhkəmə heyəti prosesin baxışa verilməsini açıqlayıb.

Hakim təqsirləndirilən şəxs barəsində polisin nəzarət altına vermə qətimkan tədbiri dəyişdirilmədən saxlanılması qərarını elan edib.

Məhkəmənin ilk baxışı yanvarın 22-nə təyin edilib.

Qeyd edək ki, Azərbaycan Dövlət Pantomima Teatrında 2019-cu ildən mühasib vəzifəsində çalışmış Kərimova Aytən Ceyhun qızı 2023-cü ilin yanvar ayında işində yol verdiyi ciddi nöqsanlara görə tutduğu vəzifədən azad edilib.

Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində onun barəsində Cinayət Məcəlləsinin 179.3.2, 308.2 və 313-cü maddələri ilə cinayət işi başlanılıb. İstintaq tamamlanıb və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məlum olub ki, Aytən Kərimova mühasib vəzifəsini icra etdiyi müddətdə həmin teatrda müxtəlif vasitələrlə ümumilikdə 332 000 manat məbləğində pul vəsaitini mənimsəyib. Bununla da Mədəniyyət Nazirliyinin əmlakının qorunub saxlanılması və maliyyə vəsaitlərindən qənaətlə, fəaliyyətə uyğun istifadəsinə və nazirliyin qanunla qorunan mənafelərinə mühüm zərər vurulub.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Livanda partlayış nəticəsində 2800 nəfər yaralanıb, 8 nəfər ölüb - Yenilənib

Narin Güranın ölüm səbəbi məlum oldu: Hansı yolla qətlə yetirilib?

Azərbaycanda gələn il dövlət büdcəsi 40 milyard manata yaxın olacaq

Bakıda məşhur avtosalonlarının sahibi həbs edildi

Azərbaycanın iqtisadi artım proqnozu açıqlanıb

Bakıda yeni ekspres marşrut fəaliyyətə başlayır

COP29 zamanı Bakıda optimallaşdırılmış nəqliyyat sxemi tətbiq ediləcək

Bakıda peşə liseyinin tələbələri arasında dava düşüb, bıçaqlanan var

Lukaşenko: Belarusa hücum üçüncü dünya müharibəsinin başlanması demək olacaq    

İsrail hökuməti Beyrutdakı partlayışa görə təcili toplanıb

Sosial müdafiə və sosial təminat üzrə xərclər 600 milyon manatdan çox artırılır

Ən çox oxunanalar