Şənbə, 06 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kuleba: Ukrayna Slovakiyadakı seçkilərin nəticələrindən qorxmur

Ukrayna Slovakiyada keçirilən parlament seçkilərində rusiyayönlü partiyanın qələbəsindən və Polşada keçiriləcək səsvermədən narahat deyil...

Poliqon xəbər verir ki, bunu Ukraynanın Xarici İşlər naziri Dmitri Kuleba Sovakiyada keçirilən seçkiinin nəticələrini şərh edərkən Politico nəşrinə deyib.

“Bu dövlətlərin hər ikisi başa düşürlər ki, Kiyevin təhlükəsizliyi onların təhlükəsizliyidir”, deyə Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri bildirib.

Dmitri Kuleba qeyd edib ki, Kiyev Slovakiyadakı seçkinin nəticəsini reallıq kimi qəbul edir:

“Biz Slovakiya və Polşadakı seçkilərdən qorxmuruq və bunu reallıq kimi qəbul edirik. Şübhə etmirəm ki, bəzən həddindən artıq qızğın seçkiqabağı müzakirələrə və emosiyalara baxmayaraq, hər iki ölkənin xalqı başa düşür ki, Ukraynanın təhlükəsizliyi onların da təhlükəsizliyidir. Slovak və polyak xalqları Rusiyanın yanında yaşamaq istəmir”, deyə Dmitri Kuleba Politico nəşrinə müsahibəsində deyib.

Qeyd edək ki, dünən Slovakiyada keçirilən parlament seçkilərində rusiyayönlü keçmiş Baş nazir Robert Fikonun qalib gəldiyi məlum olub. Bəzi ekspertlər hesab edir ki, səsvermənin nəticələri NATOAvropa İttifaqının birliyinə təhlükə yarada bilər.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Xankəndidə əsaslı təmir və bərpadan sonra “Qarabağ” hotelinin açılışı olub - Yenilənib

Azərbaycan lideri Xankəndi Konqres Mərkəzinin təməlini qoyub -Yenilənib

Prezident Xankəndidə əsaslı təmir və bərpadan sonra “Palace” hotelinin açılışında iştirak edib - Yenilənib

Prezident “İsa bulağı” istirahət kompleksinin açılışında iştirak edib - Yenilənib

İlham Əliyev Şuşada Dövlət Xidmətləri Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib - Yenilənib

Prezident Şuşada Aşağı Gövhər Ağa məscidinin bərpadan sonra açılışında iştirak edib

Əlahiddə Ümumqoşun Ordusunun komandanı təyin edilən Kənan Seyidov kimdir? - Dosye

AVRO-2024: İspaniya ilk yarımfinalçı olub -  Yenilənib

Elşad Miri masonların Bakı toplantısında iştirak edib?

Natiq Miri: Böyük Britaniyada leyboristlərin hakimiyyətə gəlməsi ilə ciddi dəyişikliklərin anonsu verilir...

Ən çox oxunanalar