Çərşənbə axşamı, 16 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Kristal Abşeron” şirkəti ağacəkmə aksiyasına qoşulub

Aksiya ağac əkməklə ekoloji tarazlığın bərpası, ətraf mühitin qorunmasına kömək edilməsi, atmosferin oksigenlə zənginləşdirməsi məqsədilə həyata keçirilib...

Payız ağac əkini mövsümü çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilən növbəti genişmiqyaslı ağacəkmə aksiyasına "Kristal Abşeron” şirkəti də qoşulub.

Dekabrın 28-də Xocasəndə baş tutan aksiyada Ekologiya və Təbii Sərvətlər Naziri Muxtar Babayev, "Kristal Abşeron” şirkətinin təsisçisi Mahayət Nəbiyev və Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev iştirak edib. 15 hektar ərazidə Abşeron yarımadasının iqliminə uyğun Eldar şamı, zeytun, Şərq çinarı, oleandr ağaclarından ibarət ümumilikdə 10 000-ə qədər ağac əkilib. Damla suvarma sistemi quraşdırılıb.

Aksiya ağac əkməklə ekoloji tarazlığın bərpası, ətraf mühitin qorunmasına kömək edilməsi, atmosferin oksigenlə zənginləşdirməsi məqsədilə həyata keçirilib.

Kristal Abşeron bu cür ekoloji aksiyalarda mütəmadi olaraq iştirakı ilə ətraf mühitin mühafizəsinin vacibliyini daim diqqət mərkəzində saxlamağı əsas məqsədlərdən biri hesab edir və bu sahədə şirkət tərəfindən bu günədək müxtəlif aksiyalar da həyata keçirilib.

Qeyd edək ki, ölkə üzrə keçirilən bu cür aksiyaların əsas məqsədi ağac əkilməsini təşviq edərək təbiətin mühafizəsinə, eləcə də sağlam ekoloji mühitin yaradılmasına töhfə verməkdir.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin iki müavini vəzifəsindən azad edilib

Prezident İlham Əliyev  Nərimanov parkının açılışında iştirak edib - Yenilənib

Azərbaycan Ordusunun hərbi qulluqçusu bədbəxt hadisə nəticəsində həlak olub

Ərəstun Oruclu: Təxminən bir aydan sonra ABŞ-da siyasi gündəm tamamilə fərqli olacaq...

Politoloq: İran rejimi həmişəki kimi öz ampulasındadır...

Berlin raketlərimizin hədəfindədir - Kremldən şok hədə

Bakıda avtobusda qadınlar əlbəyaxa davaya çıxdı - Video

Ağdamda Birinci Qarabağ müharibəsinin şəhidi Məmməd Mirzəyev dəfn edilib - Yenilənib

Ən çox oxunanalar